Kişilər nə istəyir?

Kişilərin istədikləri:
1. Qadınların heç bir şey istəməməsini istəyir.
2. " Səni sevirəm " sözünü bir dəfə söyləyərək, qarşı tərəfi bununla 20 il idarə etməyi istəyir.
3. Göydən yağış deyil, qadın yağsın istəyir.
4. Futbolun 90 dəqiqədən 24 saata çıxarılmasını istəyir, bu 24 saatı də televiziya qarşısında, pijamaları və pivəsiylə keçirmək istəyir.
5. Evli olmaq, amma subay kimi yaşamaq istəyir.
Ardı →

Kişilər niyə susur?

Kişilər bəzən «Susmaq-qızıldır' xalq deyiminin dəyərini anlayırlar. Psixoloqların fikrincə, kişilər
qadınlarla aranı pozmamaq üçün susduqları zamanlar olur. Qadınlar hardan bilsin ki, bu susqunluq onun qəlbinin sakitliyi üçündür. Kişilər isə öz sirlərini gizlətməyə çalışırlar.
Sirr 1
Qonşu mənzildəki xanım həqiqətən çox gözəldir.
Bu о demək deyil ki, kişi onun yanına getmək istəyir. Siz soruşsanız ki, „Qonşu mənzildəki xanım gözəldir?“, cavab isə „Kim? Qonşu mənzildəki xanım? Men heç fikir verməmişəm“ olacaq. Kişilər bu cürdür — onlar ətrafda cazibədar qadın görən kimi avtomatik baxırlar.
Sirr 2
Bəzən »Mən futbola gedirəm" ifadəsi «Sənin əlindən bir az dincəlmək istəyirəm» deməkdir.
Çox zaman futbola (digər idman oyunlarına) getmək kişilərin öz yarının əlindən dincəlmək bəhanəsidir. Əlbəttə heç bir ağıllı kişi deməz ki, "Əzizim, səndən yo­ruldum, istəyirəm dostlarım ilə vaxt keçirim". Odur ki, özlərini idman həvəskarı ki­mi göstərirlər.
Ardı →