Kişilərin qadınlarda sevdiyi səkkiz xüsusiyyət

Bir kişi bir qadınla yeni tanışdırsa və ya həmin qadınla uzun müddətli əlaqəsi olsa belə, qadının etməsini xoşladığı bəzi hərəkətlər var.

1. Başınızı onu sinəsinə qoymağınız
Kresloda uzanıb televizor izləyərkən və ya uzun gündən sonra çarpayıda uzanarkən, qadının başını kişinin sinəsinə qoyması və kişinin qadını qucaqlaması ən gözəl duyğulardan biridir. Kişilər özlərini qoruyucu kimi hiss etməyi sevirlər və bu hərəkət qadının kişinin qollarında özünü təhlükəsiz hiss etdiyini göstərir.

2. İlk mesajı qadının yazması
“İlk mesajı kişi yazmalıdır” deyə bir təzyiq var. Bəzən kişi bezdirici olmamaq üçün heç mesaj yazmamağı seçə bilər. Kişiyə ilk mesajı qadının göndərməsi onun gününü işıqlandırar və gözəl söhbətin başlamasına səbəb olar.
Davamı →

Evlənilməyəcək qadınlar

Kişilər evlilik mövzusunda qadınlara görə daha az seçici olub sevdiyi qadınla böyük problemlər yaşamır, evlənmələrinə çox böyük maneələr çıxmırsa evlənmək üçün çox düşünmürlər. Kişilər özünü yaxşı hiss etdirən, ona dəyər verən, sahiblənən, qısqansa belə həyatına müdaxilə etməyən bir qadınla evlənmək istəyir.

Bəs kişilər hansı qadınlarla evlənmək istəmirlər?

Yemək bişirə bilməyən qadın
Kişilər üçün dadlı yemək hazırlaya bilən və belə bacarığı olan qadınlar həmişə bir addım öndədirlər.

Yersiz qısqanclıq edən qadın
Mütəmadi olaraq sevgilinizi lazımsız qısqanclıqlarla boğur və ona rahat nəfəs almasına imkan vermirsinizsə, o da təbii olaraq sizinlə bir ömür keçirməkdən qorxacaq.

Sevgilisinin xarakterini dəyişdirmək istəyən qadın
Bir kişini əldə etdikdən sonra dəyişdirə biləcəyinizi düşünmək və onu dəyişdirməyə çalışmaq, münasibətdə edə biləcəyiniz ən böyük səhvidir. Kimsə tam mənasıyla dəyişməz, birini sevəcəksinizsə olduğu kimi sevməlisiniz və onu dəyişdirməyə çalışmamalısınız.
Davamı →

Tərləməyə qarşı ən effektiv yol

Gün ərzində işimizlə əlaqədar müxtəlif yerlərdə olur, durmadan hərəkət edirik. Bu isə orqanizmdə tər ifraz edən hüceyrələrin aktivliyini artırır. Mütəxəssislər belə hesab edirlər ki, tərindən pis qoxu gələn insanlar malariya xəstəliyindən xüsusilə ehtiyyatlı olmalıdırlar. Yay aylarında mümkün olduğu qədər tünd çay, kofe, şirin məmulatlar və şokoladdan uzaq durmalıdırlar. Çünki adıçəkilən məhsullar tər ifrazını artırır.

Bu gün apteklərdə tər qoxusunun qarşısını almaq üçün ən müxtəlif vasitələr satılır. Həkimlər bu vasitələrdən yuyunduqdan sonra tam qurulanıb sonra istifadə etməyi məsləhət görürlər. Onların fikrincə, tərlədikdən sonra istifadə edilən bu məhsullar heç də effektiv nəticə vermir. Həddən artıq tərləyən insanlara isə həkimlər müntəzəm olaraq ev şəraitində hazırlanan təbii vasitələrdən istifadə etməyi məsləhət görürlər.

Davamı →

Kişilər üçün maskalar

Qəbul edək ki, biz kişilər üçün dəriyə qulluq səhər oyananda və ya çirkləndikdə üzün yuyulmasından ibarətdir. Əslində isə dərimizin cavan qalmasını və gec qocalmasını istəyiriksə, vaxtaşırı olaraq dəriyə qulluq vasitələrindən istifadə etməyimiz mütləqdir. Bu vasitələrin sırasında müxtəlif tərkibli dəriyə qulluq maskalarının adlarını çəkə bilərik.

Bildiyimiz kimi üz dərisi çox həssasdır və yanlış maskalar onu çox qısa müddətdə zədələyə bilər. Buna görə də dəriniz üçün maska hazırlayarkən və ya hazır maskalardan istifadə edərkən onun tərkibinə qarşı xüsusilə diqqətli olun. İndi sizinlə bir neçə dəriyə qulluq maskasının reseptini bölüşmək istəyirik.
 
Yağlı dəri üçün üz maskası
Orta ölçülü bir kartofu iki yerə bölün. Onu sürtkəcdən keçirib gözünüzün ətrafı istisna olmaqla suyunu pambıqla üzünüzə sürtün. Təxminən on dəqiqə kimi üzünüzdə saxlayın, daha sonra yuyub qurulayın. Bu maska üzünüzdəki yağ mübadiləsini tənzimləyəcək.
Davamı →

Təraşdan sonra

Bəzən üzqırxmadan sonra dərimizdə müxtəlif problemlər meydana gəlir: dəri qızarır və qaşınmalar yaranır və.s. Əgər siz də bu kimi problemlərdən əziyyət çəkirsinizsə o zaman bu məqaləni diqqətlə oxuyun. Çünki bu dəfəki məqaləmiz ülgüclə üzqırxmadan sonra yaranan problemlərin həlli haqqındadır.

Mount Sinai Xəstəxanasının Dermatoloji Departamenti və Kosmetik Klinik araşdırmalar mərkəzinin direktoru Dr.Joshua Zeicherə görə dərisi qızarmaya meyilli, quru və qaşıntılı olan kişilərə üzlərini təmizləmək üçün ülgücdən istifadə etməmək məsləhət görülürür. Əgər ülgücdən istifadə etməkdə qərarlısınızsa, bu prosesdən bir neçə saat öncə üzünüzü buna hazırlamalısınız. Hazırlıq prosesi isə aşağıdakı məehələləri əhatə edir:
 
Davamı →

Günəş kremləri yalnız qadınlar üçün deyil

Kişilər, yəqin, siz də qəbul edərsiniz ki, bizim ən böyük problemlərimizdən biri saqqal və bığdır. Hər gün təraş etmək dərini qıcıqlandırır, qızartlara səbəb olur. Həmçinin üzdə civzələri varsa, təraş problemlərə yol açır.

Təraş köpükləri, təraş gelləri kimi məhsullarda bol miqdarda alkoqol, nanə, hidroksid kimi maddələr var. Bunlar isə dəridə müxtəlif qızartıların yaranmasına səbəb olan amillərdir.

Buna görə də maksimum dərəcədə dərimizə uyğun təraş köpüyü və ya gel seçməyə çalışmalıyıq. Məsələn, həssas dərilər üçün nəzərdə yuyulan gel və təraş köpüklərinin tərkibində ətir, mentol, spirt, limon, portağal, qreyfrut, evkalipt, kafur ya da nanə kimi qıcıq yaradan maddələr olmur.
Davamı →

Kişiləri qoruyun!

Tarixə düşən bu cümlə tanınmış bir demoqrafa məxsusdur. Demoqraf və həkimlərin müşahidələrinə görə, kişilər qadınlardan daha az yaşayır.

Bu tendensiya, demək olar, bütün ölkə və millətlərə xasdır. Orta hesabla qadınlar kişilərdən 7-10 il çox yaşayır. Bunun səbəbləri nədədir?

1. Bioloji səbəb. Həkimlərin müşahidələrinə görə, kişi cinsinə mənsub olan rüşeymlərin sayı bir neçə dəfə çox olur. Lakin buna baxmayaraq qızlar daha tez-tez doğulur. Məsələ burasındadır ki, müşahidələrə görə, uşaqsalmalar zamanı daha tez-tez hallarda məhz oğlanlar həlak olur. Belə ki, oğlanlar qızlarla müqayisədə daha «incə məxluqdurlar».

Burada da hər şey qurtarmır. Həyatın 1-ci ilində doğulan oğlanlardan müxtəlif səbəblərə görə qızlarla müqayisədə 20% çox uşaq həlak olur. Beləliklə, qızların həyat davamlılığının səviyyəsi oğlanlarla müqayisədə daha yüksəkdir.

2. Ehtiyatsızlıq və risk. 1 yaşından 4 yaşına qədər olan yaş qrupunda da oğlan uşaqları arasında ölüm halları qızlarla müqayisədə daha çoxdur. Bunun səbəbi — qızların oğlanlarla müqayisədə daha diqqətli, ehtiyatlı və qorxaq (yaxşı mənada) olmasıdır.

Bu tendensiya, demək olar, bütün yaş qruplarında dəyişilmir. Kişilər qadınlarla müqayisədə daha riskli və ehtiyatsız olur. Bu səbəbdən də bədbəxt hadisələr, ağır qəzalar, zəhərləmələr və s. kişilərin iştiraki ilə daha tez tez baş verir.


Ardı →

Qadın ruhundan anlayan kişilər


Qadının ruhundan anlayan, qadını xoşbəxt etməyi bacaran kişiylə birlikdə olmağın müsbət tərəflərini qadınlar çox yaxşı bilir. Amma çox təəssüf ki, belə şansa çox az qadın sahib olur. Qadını başa düşən kişiylə birlikdə olmağın 10 üstünlüyü:

1. Qadın olmağın ləzzətini sonuna qədər yaşayırsınız.

2. Heç bir xüsusi gün yaddan çıxmır, balaca sürprizlərlə ağlınızı başınızdan alıb sizə yaşam enerjisi verir.


Ardı →

Centlmenliyə gedən 10 addım

1. Dürüst olun və niyyətinizi nədirsə, onu bəlli edin.
Sevgili olmağı düşünmürsünüzsə, bunu ona deyin. Axtardığınız şey başqadırsa, zatən bu münasibət alınmayacaq, aldatmağın mənası yoxdur. Qadınlar əşya deyil, fərddir. İstifadə edib atacağınız insanlar deyillər. Əgər bir gecəlik münasibət axtarırsınızsa, bunu əldə etmək üçün yalan danışmağınıza ehtiyac yoxdur. Küçədə sizin kimi düşünən və kağız üzərində qələbə əldə edə biləcəyiniz xeyli qadın var.
2. Münasibətin davam etməyəcəyinin fərqinə varmısınızsa, onu daha çox aldatmayın.
Bəzən işlərin yaxşı olduğunu və gələcəkdə də yaxşı olacağına özümüzü inandırırıq. Ancaq reallıqda münasibət irəliləmir, irəliləməyəcək də. Bəli, bunu qəbul etmək çətindir. Fəqət iki tərəf üçün də ən yaxşıdır budur. Vəziyyət budursa, kişi məsuliyyəti öz üzərinə götürüb addım atmalıdır. Vaxtını itirmə, ən əsası isə qarşındakı insanın vaxtını xərcləmə.
Davamı →

Qadınlar saqqallı kişiləri bəyənir

Qadınlar kimi biz kişilər də daim sevdiyimiz insanın gözündə gözəl görünmək üçün çalışmalıyıq. Bunun üçün sevdiyimiz qadının kişilərdə bəyəndiyi əsas xüsusiyyətlər haqqında məlumatlı olmağımız mütləqdir.

Əziz kişilər, bu dəfə sizə qadınların böyük hissəsinin bizim barəmizdəki fikrləri haqqında məlumat vermək istəyirik. Oxuyun və onların kişilərin xarici görünüşündə əsas diqqət etdiyi özəlliklər barədə daha yaxından tanış olun.

“Social Psychological and Personality Science” jurnalında çap edilən bir araşdırmada göstərilir ki, qadınlar  hələ də gur saçlı kişiləri daha cazibədar hesab edirlər. Lakin bütün bunlarla yanaşı onların fikrincə, keçəl kişilər çox vaxt yaraşıqlı olmasalar da, bu saç modeli onları daha inamlı və özünəəmin göstərir.

Buna görə də onlar uzunsaçlıları yaraşıqlı hesab etsələr də, keçəl kişilərlə birlikdə ola bilirlər. Ancaq keçəllik dedikdə qətiyyən seyrək saçlar nəzərdə tutulmur. Qadınların fikrincə, seyrək saçlı kişilər daha etibarsızdırlar.

Eyni zamanda sözügedən məqalədə o da bildirilir ki, qadınlar özlərinə tərəf müqabili seçərkən kişilərin üz quruluşuna və saqqallarına qarşı da xüsusi həssaslıqla yanaşırlar. Belə ki, onlar gur saqqallı və təmiz üzlü kişiləri eyni dərəcədə yaraşıqlı hesab edirlər. Bu zaman qadınlar tərəfindən  heç arzu edilməyən tərəf müqabili çirkli saqqallı kişilərdir.

Bu qədər, əziz kişilər. Bu dəfə sizi müəyyən qrup qadınların fikri ilə tanış etməyə çalışdıq. Amma unutmayaq ki, bu fikirlər heç də bütün qadınların münasibəti deyil. Əsas odur ki, sizi olduğunuz kimi sevən və qəbul edən insanı tapasınız.

kishi.az 


Davamı →