ELMLƏR NEÇƏ NÖVDÜR?


          
Elmlərin insan üçün ümumi önəmi, onların nə qədər əqli, və insanın fitri ehtiyacına uyğun olmasından asılıdır.
Elmlər, genəl olaraq 3 cürdür:
1)Sırf əqli. 2)Qismən əqli. 3)Empirik.
Sırf əqli sahələr, biləvasitə həyatın mərkəzində dayanan və insanın, varlığı dərk etməsinə və insan olmanın gərəklərini ifa etməsinə birbaşa qatqıda bulunan sahələrdir; teologiya, psixologiya, sosiologiya, fəlsəfə, politologiya və s. adlarla nisbi olaraq bölünmüş elm sahələrinin ehtiva etdiyi sferalar kimi.
Qismən əqli və 2-ci dərəcəli sahələrə isə riyaziyyat, cəbr, həndəsə və s-i (həmçinin şahmatı) misal göstərmək olar.
Empirik və 3-cü dərəcəli elmlərə isə biologiya, kimya, coğrafiya, arxeologiya, tarix, dil və s-i nümunə göstərmək olar.
Riyaziyyat, həndəsə kimi sahələrin, 1-ci dərəcəli elm olmamasının səbəbinin izahı bizə görə belədir; bu elmlər, insanın fitri gərəksinimi üçün birbaşa olaraq vacib elmlər deyildir. Çünki rəqəmlər ya da fiqurlarla bağlı hansısa məqamlar, insanın praktiki yaşamı və əqli sferası üçün heç bir boşluğu dolduracaq ünsürlər deyildir və insanın bunlara fitri bir ehtiyacı yoxdur.
(Ustad Dekartın izahı isə belədir: Əqli elmlərin ən asanı və ən konkreti, həndəsə və riyaziyyatdır və bu elmləri bilmək üçün sadəcə diqqət yetərlidir; çünki bu sahələrin mövzuları sabitdir və bu elmlərdə, təcrübə ediləcək yeni bir şey olmadığı üçün, (dərin mənada) səhv etmə (və ya düz etmə) ehtimalı da olmur).
Ümumiyyətlə çox insan, bir yanılqıya düşərək, riyaziyyatın, məntiqin təməli və əsası olduğuna və dolayısıyla da bu elmin, məntiq üçün labüd olduğuna inanır; halbuki əslində tam əksinədir; riyaziyyat məntiqin deyil məntiq riyaziyyatın təməlidir və insan zatən düşünmənin ilk əsaslarına, doğuşdan və fitri olaraq sahibdir və üstəlik də düşünmənin digər əsaslarını qurmaq üçün yeganə yol da riyaziyyat deyil və hətta ondan xeyli daha önəmli yollar vardır. Bir sözlə, məsələn iki eyni keyfiyyətlərə və zəka yapısına sahib insan götürək; bunlardan biri, bütün ömrünü riyaziyyat, cəbr kimi sahələrə həsr edirsə; digəri isə bu elmlərlə heç məşğul olmayıb, insan həyatı üçün birbaşa zəruri sahələrlə (teologiya, psixologiya, sosiologiya və s.) məşğul olursa, ikincinin birincidən daha zəki və bacarıqlı olması daha güclü ehtimaldır.
Nəticə olaraq; əslində bizə lazım olan, hansısa elmin özündən çox, DÜŞÜNMƏKdir! O düşünməni, düzdür riyaziyyat da təmin edir; lakin bu düşünmə, əvvəla məhdud xarakterli olduğu üçün, həmçinin fitri yapımıza lazım olmayan məlumatlar əsasında olduğu üçün; hər düşünmənin bizə qatqısı da az olur; lazımsız olmaqla yanaşı bir də qısıtlı olan bu riyaziyyat bilgilərindən, çox da böyük «döngələr» çıxmadığı üçün dərin düşünmə və yanılma ehtimalı da yetərincə aktual olmur.
Bütövlükdə düşüncəmizin, həyatın kiçik bir modeli olduğunu nəzərə aldıqda, yaşamımızda bizə praktiki olaraq lazım olacaq bilgilərin əhəmiyyət ardıcıllığının, eynilə düşüncəmiz üçün də eyni sıraya və önəmə malik olduğunu; məsələn bir insanın, hansısa rəqəm və ya üçbucaq fiquru barədə məlumata ya da məsələn quşların hansı yapıya sahib olduğu bilgisinə və ya filan ölkənin hansı materikdə yerləşməsi barədə məlumata ya da tarixdə hansı hadisənin baş verməsi barədə bilgiyə birbaşa olaraq ehtıyacı olmadığını söyləmək olar. Bu bilgilərin, insan üçün önəmi, mikroskopik olduğu kimi, həyatın proyeksiyası olan düşüncəmizin və dolayısıyla da zəkamızın da onlara ehtiyacı eyni nisbətdədir.
Həyatda bizə lazım olan ən vacib bilgilər, elə həyatın və yaşamın nə olması ilə bağlı bilgilərdir və bizi buna birbaşa götürəcək hər yol, birinci dərəcəli önəmə sahibdir, dolayısıyla da bu sahə və yollar, elə insan zəkası və potensialı üçün də eyni qədər önəmə sahibdir.
Müəllif: Yunis Dürüst
Davamı →

27 elementin formulu

27 nömreli element tam və qısaldılmış ionn formaları onları yazın:

Ca (OH) 2 + Na2CO3>

H3PO2 + Mg (OH) 2>

Al (OH) 3 + HCl>

NH4Cl + Ca (OH) 2>

CAVAB  1) +27 Co 3D (6) 4s (2) qısa forması. +27- Nüvə. Co-Co. Qalan boş elektron orbitals edir.

+27 Co 1s (2) (2) 2s (2) 2p (6) 3s (2) 3P (6) 3D (6) 4s-tam forması.

Sayı dərəcəsi kimi mötərizə yazılı ki, bütün.

p = 27 proton.

e = 27 elektronların.

n = 32 neytronların.

2) Ge (+4) GeO2

Sb (+5) Sb2O5

Cr (+6) CrO3

Mn (+7) Mn2O7

3) Na2Co3 + Ca (OH) 2 = 2NaOH + CaCO3 (precipitate)

H3PO2 + Mg (OH) 2 \ \ \ H3PO2-mövcuddur. Bəlkə baxımından H3PO4 var idi. Sonra 3Mg (OH) 2 + 2H3PO4 = Mg3 (Po4) 2 + 6H2O

2 faizAl (OH) 3 + 6HCl = 2AlCl3 + 6H2O

2NH4Cl + Ca (OH) 2 = 2NH3 + CaCl2 + 2H2O-mənim bu reaksiya NH4Cl və Ca (OH) 2-bərk olmalıdır, və temperatur 200 dərəcə Selsi edir


Davamı →

Dövri qanun

  • Kimya
Dövri qanun aşağıdakı kimi ifadə olunur:
Kimyəvi elementlərin, eləcə də onların əmələ gətordiyi bəsid və mürəkkəb maddələrin forma və xassələri atomların nüvə yükünün artmasından dövri surətdə asılıdır.
Dövri qanunun qrafik təsviri dövri sistem cədvəli adlanır.

Dövri sistem cədvəli:
dövrlərdən – üfiqi yerləşmiş sıralardan və
qruplardan – şaquli yerləşmiş sütunlardan ibarətdir.
Dövrlər sıralara, qruplar isə əsas (A) və əlavə (B) yarımqruplara bölünür.
Cədvəlin qısa və uzun forması var.
Qısa formada:
7 dövr
10 sıra
8 qrup
I, II, və III dövrlər kiçik, qalan dövrlər isə böyük dövrlər adlanır.
Davamı →

Fiziki və kimyəvi hadisələr

  • Kimya
Bir maddənin başqa maddə ilə çevrilməsi ilə nəticələnməyən hadisələrə fiziki hadisələr deyilir.
Bu zaman maddənin yalnız aqreqat halı və ya forması dəyişir.
Bir maddənin başqa maddə ilə çevrilməsi ilə nəticələnən hadisələr kimyəvi hadisələr adlanır. Bu zaman başlanqıc maddədən yeni maddələr əmələ gəlir. Kimyəvi hadisələrə kimyəvi reaksiyalar deyilir. Kimyəvi reaksiyaları bəzi xarici əlamətlərinə görə təyin etmək olar:
Rəng dəyişməsi
Çöküntü alınması
Qöxunun əmələ gəlməsi
Qaz əmələ gəlməsi

Kimyəvi hadisələr həmişə fiziki hadisələrlə müşayiət olunur. Məsələn, təbii qazın yanması zamanı karbon qazı və suyun əmələ gəlməsi (kimyəvi hadisə) ilə yanaşı işıq və istilik ayrılır (fiziki hadisə).
Davamı →

Qarışıqlar

  • Kimya
İki və daha çox qarışıq maddənin kimyəvi xassələrini itirmədən əmələ gətirdiyi sistem qarışıq adlanır.
Eynicinsli qarışıqlar
Xassələri hər yerdə eyni olan qarışıqlardır. Tərkibindəki hissəciklər gözlə və ya optik cihazlarla görünmür. Buraya daxildir:
Məhlullar (şəkərin suda məhlulu)
Ərintilər (bürünc, polad, çuqun)
Qaz qarışıqları (hava, tüstü)
Ardı →

Nefrologiya 8

701) Trombotik mikroangiopatiyada mikrodamarların zədələnməsinin xarakterik morfoloji əlamətləri hansıdır?
 A) Subendotelial boşluğun genişlənməsi və boş membranaya bənzər materialın yığılması
 B) Əlamətlərin olmaması
 C) Bütün sadalananlar
 D) Ödem və / və ya endotelial hüceyrələrin bazal membrandan ayrılması
 E) Damar daxili trombların əmələ gəlməsi


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008


Ardı →

Ümumi immunologiya 20

951) Histouyğunlaşmanın əsas kompleksi molekulaları hansı zəncirə malikdir?

A) 4 zəncirə
B) 1 polipeptid zəncirə
C) Sadalananların heç birinə
D) 3 zəncirə
E) 2 zəncirə

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.95
Ardı →

Ümumi immunologiya 19

901) Allergenspesifik immunterapiyanın təsir xüsusiyyətlərinə hansı aid deyil?

A) Qeyri-əlverişli ətraf mühit faktorlarına orqanizmin rezistentliyinin artması
B) Allergenə toxuma həssaslığının azalması
C) Allergik iltihabın əlamətlərinin süstləşməsi
D) Sadalananların hamısı
E) Qeyri-spesifik toxuma hiperaktivliyinin azalması

Ədəbiyyat: Е.И. Соколов .«Клиническая иммунология и аллергология» 2003 г., стр.545
Ardı →

Ümumi immunologiya 18

851) Sadə spirometrin köməkliyi ilə hansını ölçmək olmaz?

A) Ağ ciyərlərin həyat tutumunu
B) Ağ ciyərlərin qalıq həcmini
C) Ağ ciyərlərin funksional qalıq həcmini
D) Ağ ciyərlərin tənəffüs həcmini
E) Sadalananların hamısını

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.421
Ardı →

Ümumi immunologiya 17

801) İlboyu uzunmüddətli,aramsız orta-ağır gedişatlı allergik rinit zamanı hansı preparat seçilir?

A) Yerli α-adrenomimetiklər
B) Kombinə olmuş preparatlar (sistemli antihistamin + α-adrenomimetiklər)
C) Natrium-kromqlikat
D) İntranazal QKS (qlükokortikosteroid)
E) Ssistem antihistamin preparatları

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.533
Ardı →