Pakistan kinosu haqda düşüncələr

  • Kino
Tarixin müəyyən dönəmində Hindistan kinosunun vahid ailəsinə daxil olan Pakistan kinosu Hindistan dini mənsubiyyətinə görə ikiyə bölünəndən sonra öz adını İslamla şərəfləndirib Pakistan İslam Respublikasının kinosuna çevrildi. Beləliklə, Bollivud kino sənayesindən ayrılıb, Lahorda özünün Lollivud kino sənayesini yaradan Pakistan ötən əsrin 60-cı illərinin sonunda ekranlara “Sayxa” filmiylə təşrif buyuranda sadə statistik tamaşaçı Pakistan-Hindistan münasibətlərindən xəbərsizdi.

Belə ki, o dövr ekranlarda heyranlıqla tamaşa etdiyimiz hind filmləri kimi, mentalitetimizə uyğun abır-həyasıyla seçilən “Sayxa” elə hind filmi kimi də yaddaşlarımızda qaldı. Əgər bu gün internetə girib “Sayxa” haqda məlumat almaq istəsəniz, yenə də çaşıb qalacaqsınız. Çünki bəzi yerlərdə o hind, bəzilərində isə Pakistan filmi kimi təqdim olunur. Ancaq, bununla belə, Pakistan kino tarixinin elə bir dövrü olub ki, Pakistan kinosunun Hindistan, hind kinosunun isə Pakistanın kino ekranlarına çıxarılmasına qadağalar qoyulub. Yəni ölkələri arasında gedən müharibələrin ağrı-acısını kino sənətkarları da çəkməli olublar. 70-ci illərdə hind kinosu onun pakistanlı pərəstişkarlarına pirat yoluyla çatırdı.
Davamı →

10 ən yaxşı sovet filmi

  • Kino
Sovet hakimiyyəti dövründə Rusiyanın nəhəng kino sənayesinə milyonlarla dollar investisiya yatırılmışdı.
Bu gün həmin filmləri xüsusilə köhnə nəsil təkcə sevgiylə xatırlamır, həm də filmlərdə rol alan aktyorları əsrin ən yaxşı sənətkarları kimi qiymətləndirir. Bu filmlərdəki bir çox uğurlu və hazırcavab deyimlər müasir rus dilinə inteqrasiya edib. Oxucularımıza sovet mədəniyyəti və irsini təşkil edən ən yaxşı 10 filmi təqdim edirik.
Davamı →

Əmir Kusturitsa - “Durnalar uçur” ən yaxşı 3D filmi kimi

  • Kino
Zaman və məkan
Rejissorluqda ilk təəssürat zaman və məkanla bağlıdır. Məkan qəhrəmanın şüurunu müəyyənləşdirir. Təəssüflər olsun ki, bu gün çoxları buna əhəmiyyət vermir. Əgər dahiləri – Pudovkin, Dovjenko, Koppala və ya Çaplini – xatırlasaq, onların məkana necə yanaşdıqlarını anlayarıq. Məsələn, Dovjenkoda bu məsələ insanla təbiət arasındakı dialoqla birbaşa əlaqəlidir. Səssiz kino olmasına baxmayaraq, ölüm ayağındakı qoca ilə yaşamalı olan uşaq arasındakı münasibətlər təbiət prizmasından göstərilib. Təbiət hərfi mənada kadrlarda iştirak etməsə də, onu insanla zaman arasındakı təbiilikdə hiss etmək olur. Tutalım, toy mərasimi – bu hadisədir, amma həm də hadisənin inkişafına çalışan ayindir.

Film strukturunun kino dilindən asılı olduğunu anlamaq vacibdir. Əhvalat onun sayəsində ya nizamlı, ya da kaleydoskopik şəkildə düzülür. Xatırlayıram ki, mən öz dilimi ilk filmimin çəkilişi vaxtı tapdım. Hadisə uzun dəhlizi olan nişan mərasimi zalında cərəyan edirdi. Ora aktyor olaraq oğlan uşağı yerləşdirib, onun ardınca da kameranı divar boyu qaçırtdım ki, kadr havasını dəyişsin. Bir müddət keçəndən sonra anladım ki, lazımlı effekti almaq üçün gərək bucağı dəyişəsən. “Durnalar uçur” filmini xatırlayırsınızmı?
Davamı →

Məşhur filmlər haqqında 12 fakt

  • Kino
1. ”Yağış adam”ı filmində rol alan aktyor Dastin Hofman filmdə kazino səhnələrində olan fasilələr zamanı qumar oyunlarına qoşulurmuş. Buna görə də filmin prodüseri ona nəzarət etməsi üçün xüsusi adam təyin etmişdi.

2. “Gözəlçə” filmində aktyor Riçard Gir pianoda ifa etdiyi musiqini özü bəstələyib.

3. Yaratdığı obrazı daha da canlı etmək üçün aktyor Arnold Şvartsneqqer “Terminator” filmi müddətində gözünü qırpmayıb. O, filmdə robort obrazını canlandırıb.

4. Aktyor Cim Kerri “Karib dənizinin quldurları” filmində ona təklif olunan Cek Sərçə obrazından imtina edib. Film hələ də rekordlar qırmaqda davam edir.

5. “Ferris Büller tətil götürür” filmində rol alan Çarli Şin narkoman obrazını canlandırmaq üçün iki gecə yatmayıb.
Davamı →

Yorulmuş atları güllələyirlər

  • Kino
ABŞ Böyük depressiya dövründədir. Hər yerdə aclıq və yoxsulluq hökm sürür. İnsanlar pul qazanmaq və bir parça çörək üçün hər şeyi etməyə hazırdır. O cümlədən, günlərlə davam edən rəqs marafonunda iştirak etmək və marafonun sonunda veriləcək 1500 dollar mükafatı almaq üçün ölkənin müxtəlif yerlərindən gəlmiş cütlüklər arasında ölüm-dirim mübarizəsi gedir.

Kaliforniya sahillərində təşkil edilən marafonun qalibi isə yalnız bir cütlük ola bilər. Bütün ümidlər təsadüfən yarışmada tanış olan və birlikdə iştiraka məcbur edilən Robertlə Qloriyayadır. Robertin uşaqlıq xatirələrinə həkk olunmuş babasının yorulmuş atı güllələməsi səhnəsi isə filmin sonunda onun özünün Qloriyanı güllələməsi epizodu ilə üst-üstə düşür. Söhbət 1969-cu ildə çəkilmiş “Yorulmuş atları güllələyirlər” filmindən gedir…
Davamı →

Federiko Fellini necə rejissor oldu?

  • Kino
Federico FelliniFederiko Fellini İtaliyanın Adriatik dənizi sahilində yerləşən Rimini kurort şəhərciyində anadan olub. Federiko məktəbdə çalışqan şagird sayılsa da, onu yalnız yaradıcılıq aləmi cəlb edirdi. Fərqi yox idi: o, həm mahir rəssam, həm də, məsələn, kukla teatrının aktyoru ola bilərdi. Amma valideynlərinin könlünü xoş etmək üçün 1939-cu ildə Roma Universitetinin hüquq fakültəsinə daxil oldu. Buna baxmayaraq, universitetin arxiv materialları göstərir ki, gələcəyin böyük kinorejissoru mühazirələrdə bir gün də olsun iştirak etməyib.

O, Amerika komikslərinin böyük pərəstişkarı idi. Hollivudun kino aləmində reportyor olmağa can atırdı. F.Fellini özünü karikaturaçı, jurnalist və nəhayət, ssenarist kimi sınaqdan keçirməyə başlayır. 
Davamı →

Azərbaycan kinosunun icmalı

Kinematoqrafiya – (yunan sözləri «kinema» – hərəkət və “qrafi” – yazmaq, təsvir etmək- sözlərinin birləşməsindən yaranıb, hərəkətdə olan təsvir deməkdir) XIX əsrdə Fransada meydana çıxmışdır. 1895-ci il dekabrın 28-də Lui və Ogüst Lümyer qardaşları Parisin Kaputsino bulvarındakı “Qrand-Kafe”də özlərinin ixtira etdikləri aparatla çəkdikləri kiçik süjetlərin nümayişini keçirirlər. Elə həmin tarix də dünya kinosunun ad günü hesab olunur.

Davamı →