Lütfəli Abdullayev
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Adil Rza oğlu İsgəndərov 1910-cu ildə Gəncə (o dövrdə Azərbaycan Rusiyanın tərkibində olduğundan şəhər Yelizavetpol adlanırdı) şəhərində anadan olmuşdur. Orta təhsil aldıqdan sonra o, Bakıya gəlmiş və 1931-ci ildə burada Teatr Texnikumunu bitirmişdir. Lakin seçdiyi sənət yolunda irəliləmək üçün orta təhsilin az olduğunu hiss edincə o, Moskvaya yollanmışdır. Adil İsgəndərov A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutuna daxil olmuş və 1936-cı ildə oranı rejissor diplomu ilə bitirmişdir. Qeyd etmək lazımdır ki, Moskvada təhsil aldığı illərdə o, Moskva Bədaye Teatrında və Vaxtanqov adına teatrda rejissorluq təcrübəsi keçmişdir.
Alen Fabyen Marsel Moris Delon 1935-ci il 8 noyabrda Paris yaxınlığında o qədər də böyük olmayan bir şəhərcikdə – Soda anadan olub. Amma çox çəkmədi ki, balaca oğlan valideynlərinə görə taleyin sərt üzü ilə qarşılaşmalı oldu. 5 yaşı tamam olar-olmaz valideynləri ayrıldılar, Alen Delon isə pansiona verildi. Pansiondan sonra daha çətin dövrlər başladı. 16 yaşı olanda sallaqxanada qəssab işlədi. Hər hansı yeniyetmə üçün ağır sayıla biləcək bu işdə təxminən bir il çalışdı. Amma, yalnız bununla kifayətlənmədi. O, boş vaxtlarında idmanla – velosport və boksla məşğul oldu. Tez-tez filmlərə baxmaq üçün kinoteatrlara getməyə başladı. 17 yaşına çatanda Alen Delon Hind-Çinə müharibəyə yola düşdü. Və burada gördükləri, yaşadıqları bu yeniyetmənin həyatında dərin izlər buraxdı. O, orduda da özünü sərbəst apardığına görə, rütbəsini üç dəfə endirib, amma sonradan bərpa ediblər.