Ququ quşu yuvası üzərindən uçuş

  • Kino
Bəhsini edəcəyimiz film Ken Keseyin eyniadlı romanı əsasında ekranlaşdırılmışdır. Film 9 nominasiyada Oskara namizəd olmuş və 5 əsas nominasiyada ( Big Five ) Oskar mükafatını qazanaraq (ən yaxşı rejissor, ən yaxşı ssenari, ən yaxşı film, baş rolda ən yaxşı kişi aktyoru və baş rolda ən yaxşı qadın aktyor) bu əsas nominasiyalarda Oskarı qazanan 3 filmdən (digərləri “İt Happened One Night” və “The Silence of The Lambs” filmləridir) biri olmağı bacarmışdır.

Bu film 1993-cü ildə ABŞ Konqres Kitabxanası tərəfindən “mədəni, tarixi və estetik olaraq önəmli” filmlər siyahısına seçilərək filmin ABŞ Milli Kino Arxivində mühafizə edilməsinə qərar verilmişdir. Həmçinin film 8,7 İMDb xalı ilə Top250-də 15-ci pillədə qərarlaşmışdır. Film ardıcıl 12 il İsveçdə yayımlanaraq göstərilmə rekordunu öz əlində saxlayır.
Davamı →

Faşist diktaturasının kino sənətinə təsiri

  • Kino

Kino və diktatura mövzusunu araşdırarkən maraqlı bir ziddiyyət üzə çıxır. Diktatura bəzi ölkələrdə kinonun bir sənət növü kimi az qala məhvinə rəvac versə də, bəzi ölkələrdə, əksinə, totalitar rejim kinonun inkişafına səbəb olub. Əsasən Afrika, Asiya, Kuba da daxil olmaqla Latın Amerikası və Mərkəzi Amerikanın bir sıra ölkələrində siyasi senzura kinonun inkişafı yolunda ciddi əngəldir.

Amma bu tendensiyanın əks qütbündə faşist diktaturası zamanı kino sənətində inqilab etmiş italyan neorealizmi, sərt dini rejimin qılıncı altında bütün dünya kinematoqrafiyası üçün hadisə sayılası filmlər ortaya çıxaran, dahilər yetişdirən İran kinosu dayanır.

Diktatura ilə kino sənətinin ilk toqquşduğu dövr isə İkinci Dünya müharibəsinə təsadüf edir.


Ardı →

Azərbaycan kinosunun qaraçısı

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.
“Azərbaycan kinosunun əcnəbi qəhrəmanları” adlı rubrikasında oxuculara milli filmlərimizdə əsas rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir.
1966-cı ildə «Azərbaycanfilm” Kinostudiyasında istehsal olunmuş “Qaraca qız” bədii filmini, yəqin ki, yaxşı xatırlayırsınız. Yazıçı Süleyman Sani Axundovun əsəri əsasında ekranlaşdılrılan bu filmdə bir neçə əcnəbi aktyor yer alıb.
Onlardan biri də filmdə qaraçı Yusif rolunun ifaçısıdır. Bu aktyorun özü də elə qaraçıdır. Söhbət Oleq Xabalovdan gedir.
Ardı →

Uolt Disney və onun yaratdığı obrazlar

  • Kino

Amerikalı rejissor, rəssam və prodüser.

Həyatı
Uolt Disney 5 dekabr 1901–ci ildə Çikaqoda İrlandiyadan gəlmiş çox kasıb bir ailədə dünyaya göz açmışdır. 1919–cu ildən etibarən Kanzas–Siti şəhərində karikatura rəssamı işləmişdir. Daha sonralar Disney reklam kampaniyasına daxil olmuş və burada Y.Ayverksomla birgə işləməyə başlamışdır. Onlar bir yerdə Disneyin məşhur qəhrəmanlarının hazırlanması ilə məşğul olmuş, rəsm karikaturaları çəkərək «Gülməyin qramı» adlı film yaratmışlar. Bu formada ilk reklam çarxları fəaliyyətə başlamışdır. Bundan sonra Uolt Disney özünün çox da böyük olmayan «Laf–o qramz» adlı şəxsi kompaniyasını yaratmışdır.


Ardı →

Azərbaycan kinosunun yaranması

Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri («Bibiheybətdə neft fontanı yanğını», «Balaxanıda neft fontanı», "Şəhər bağında xalq gəzintisi", «Qafqaz rəqsi» və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.
1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə M. Musabəyovun «Neft və milyonlar səltənətində» romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor B.N.Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu H.Ərəblinski oynamışdır.1916-cı ildə Bakıda Ü.Hacıbəyovun «Arşın mal alan» operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.
Ardı →

Azərbaycan kino sənətinin tarixi

Azərbaycan kinosu hər zaman fərqliliyi, milliliyi özündə birləşdirib. Hətta sovet rejimində belə filmlərimizdə bizə xas olan dəyərlərimiz elə ustalıqla verilib ki, hər dəfə bu filmlərə baxanda tamaşaçı özü üçün yenilik tapır. Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetlər — «Bibiheybətdə neft fontanı yanğını», "Şəhər bağında xalq gəzintisi", «Qafqaz rəqsi»ndən və bir bədii kinosüjetdən — "İlişdin«dən ibarət idi. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətlər (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradıldı. 1915-ci ildə adıçəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun „Neft və milyonlar səltənətində“ romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov dəvət olundu. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolu Hüseyn Ərəblinskiyə həvalə edildi.
Ardı →

Kino tarixi

  • Kino

Bu kino ki var, çox qəliz məsələdir...
Kino XIX əsrin ən maraqlı kəşfidir. 1895-ci ildə meydana gələn kino o dövrün bütün texniki yeniliklərdən daha çox bəşəriyyətin diqqətini çəkdi. Buna qədər kinoya yaxınlaşan müxtəlif komponentlər (fonoqraf, fotoqraf, kinetoskop — Tomas Alva Edison, Dikson tərəfindən) kəşf edilsə də, onların cəmindən yaranan sinematoqraf Oqüst və Lümyer qardaşlarının adı ilə bağlıdır. Sinematoqraf bütün dünyanı təəccübləndirdi.

1895-ci il martın 22-də Lui Lümyer “Lümyerin Monplezir və Liondakı fabrikindən fəhlələrin çıxması” kadrını tamaşaçılara göstərdi. Bu kiçik kadr tamaşaçıları maraqlandırdığından həmin ilin yayında Lümyer 10-dan artıq qısa süjetlər çəkdi. Dekabrın 28-də isə kinonun nadir və maraqlı tapıntı olduğunu tamaşaçılarına sübut etmək məqsədilə qardaşı Oqüstlə birlikdə Parisin Kapusinov bulvarında ictimai baxış təşkil etdi. Bu kino seansı tamaşaçıların bəşər tarixində gördüyü təəccüblü və sensasiyalı bir baxış idi. Həmin gün dünya kinosunun yaranması kimi tarixə düşdü. Beləliklə, kino XIX əsr imperialist epoxasında, kapitalist cəmiyyətində yaranan burjua mühitinin yeni bir əyləncə vasitəsi kimi qəbul edildi.


Ardı →