Faşist diktaturasının kino sənətinə təsiri

  • Kino

Kino və diktatura mövzusunu araşdırarkən maraqlı bir ziddiyyət üzə çıxır. Diktatura bəzi ölkələrdə kinonun bir sənət növü kimi az qala məhvinə rəvac versə də, bəzi ölkələrdə, əksinə, totalitar rejim kinonun inkişafına səbəb olub. Əsasən Afrika, Asiya, Kuba da daxil olmaqla Latın Amerikası və Mərkəzi Amerikanın bir sıra ölkələrində siyasi senzura kinonun inkişafı yolunda ciddi əngəldir.

Amma bu tendensiyanın əks qütbündə faşist diktaturası zamanı kino sənətində inqilab etmiş italyan neorealizmi, sərt dini rejimin qılıncı altında bütün dünya kinematoqrafiyası üçün hadisə sayılası filmlər ortaya çıxaran, dahilər yetişdirən İran kinosu dayanır.

Diktatura ilə kino sənətinin ilk toqquşduğu dövr isə İkinci Dünya müharibəsinə təsadüf edir.


Ardı →

Bizi ağladan və güldürən kino

  • Kino
Artıq yarım əsrdir ki, kino sənayesi biznesin ən gəlirli sahələrindən biri sayılır. İnsanlar filmlərə baxır, ağlayır, gülür və bunun üçün də pul ödəyirlər. Qəribə səslənsə də, bu bazarın dəyişilməz qanunu belədir. Çünki tamaşaçını ümidləndirmək, güldürmək və ya kosmosun əlçatmaz, maraqlı dünyasına cəlb etmək ucuz başa gəlmir, külli miqdarda pul tələb edir. Kino hamını cəlb edir. İstənilən düşüncə sahibi hansısa mövzuda, janrda «öz kinosunu» tapır. Düzdür, əvvəllər «hər bir kəs heç olmasa bir dəfə kinoteara gedib» sözləri işlədilirdisə, bu gün Azərbaycanda kinoteatrda bir dəfə də olmayan adam və hətta adamlar tapmaq çətin deyil. Səbəblər müxtəlif olsa da, başlıcası yerli kino bazarının inkişaf etməməsi, ümumiyyətlə, mövcud olmamasıdır.    Halbuki, kino sənayesi ilk növbədə ölkə büdcəsinə iqtisadiyyatın digər sahələrindən az gəlir gətirməyən biznesə çevrilə bilər. Sadəcə, Azərbaycanda uzun illər boyu kino yalnız incəsənətin bir növü kimi qəbul olunub. Rejissorlar, ssenaristlər kinoya daha çox özlərini ifadə etmək üçün müraciət ediblər. Və incəsənətin ən gənc növünün həm də pul, maliyyə gətirə biləcəyi fikrini yaxın qoymayıblar. Amma bununla yanaşı qeyd etmək lazımdır ki, uzun illər boyu dediyimiz sovet dönəmində kino yalnız incəsənət növü kimi qəbul edilsə də, kino xadimləri yüksək qonorarlar alır, kinoteatrlardan dövlət büdcəsinə pul gəlirdi.
Ardı →

Kino 70-80-ci illərdə

  • Kino
Amerikalı sosioloqlar bu onillikləri ABŞ-da silinmiş, sıfır erası adlandırmışdılar. Siyasi və ictimai həyatda ilk baxışda nisbi sakitlik yaranmışdı. Əvəzində kinonun vəziyyəti gərgin idi. 70-ci illərin əvvəllərində Hollivud studiyalarının əksəriyyəti dərin maliyyə böhranı ilə üzləşmişdi, mustəqil kinokompaniyaların simasında ciddi rəqiblər meydana çıxmışdı. Onilliyin sonlarında isə ölkədə üçüncü elektron inqilabı baş verdi — evlərdə videomaqnitofon peyda oldu. Bununla belə «Xaç atası» ( rej. F. F. Koppola) kriminal savaşı, «Qu quşu yuvası üzərindən uçuş» (rej. Miloş Forman), «Qəddar küçələr», «Taksi sürücüsü», «Nyu- York, Nyu- York» (rej. Martin Skorseze), «Maral ovu» (rej. Maykl Çimino) filmləri, məhz bu onillikdə ekranlara çıxdı. Stiven Spilberqin də adı 70-ci illərin sonlarında kino məkanında hallanmağa başladı.
Ardı →

Hind kinosu

  • Kino

Hər bir hindli üçün kinematoqraf ilk məhəbbət kimidir. Onu heç nə məhv edə bilməz. Hindistanda ən ucuz əyləncələrdən biri, qaranlıq zalda ekran qarşısında oturmaq və bütünlüklə kino adlı nağılın sehrinə qapılmaqdır. İldən-ilə hind filmlərinin estetikası dəyişir, lakin ümumi sxem olduğu kimi qalır. Mövzu olaraq bu filmlərdə mahnılar, rəqslər, musiqi və göz yaşlarını öz-özünə axmağa məcbur edən melodramatik süjet həmişə var. Hind kinosunun mövcud olduğu 100 il ərzində onun pərəstişkarlarının axıtdığı acı göz yaşlarının miqdarını heç kim bilmir. Lakin hind filmlərinə və axıdılan göz yaşlarını bir yerə toplasaq, ikinci Hind okeanının yaranmasına bəs edirdi
Hind kinematoqrafiyasının yaranma tarixi 1900-cü ildə Kəlküttə və Bombey şəhərlərində canlanmış fotoşəkillərə bənzəyən ilk süjetlərin çəkildiyi vaxtdan hesablanır. Həmin tarixdən iyirmi il sonra hind kinosu artıq cəmiyyətin sevimlisinə çevrildi. Ölkədə milli dildə filmlər çəkilməyə başladı, onlarla birlikdə ilk kino ulduzları, kadrarxası mahnıları oxuyan müğənnilər meydana gəldi. Bu müğənnilər Hindistanda kino ulduzlarından heç də az deyillər.


Ardı →

Kinoda insan

  • Kino

Yaponlar belə hesab edirlər ki, yaxşı və ya pis adam məfhumu yoxdur. Müxtəlif situasiyalar var və bu situasiyalara fərqli adamların adekvat reaksiyaları mövcuddur. Bu, doğrudan da, belədir. Heç kim öz imkanlarının, bacarığının sərhəddini, hara qədər gedə biləcəyini, hansı şəraitdə konkret situasiyaya necə reaksiya göstərəcəyini qabaqcadan bilə bilməz. İvan Qroznının, Adolf Hitlerin, İosif Stalinin taleyi buna ən yaxşı misaldır. Hitler rəssam olmaq istəyirdi, ancaq aydın olanda ki, təsviri sənət üçün istedadı yoxdur, o, siyasətə girişdi və nəticədə II Dünya müharibəsi başladı, qaz kameraları kəşf edildi.
Digər tərəfdən, qəhrəmanlıq və antiqəhrəmanlıq da hər dəqiqə hamıya nəsib olacaq qismət deyil. Çünki biz insanlar əksər hallarda çox sabit, monoton həyat sürürük. Heç kimə pislik etmədən yaşamaq hələ bizim yaxşı adam olmağımıza dəlalət eləmir. Həmçinin, zənnimcə, pis adamlar daha maraqlıdır. Uzağa getməyək, elə gündəlik həyatımızın, məişətimizin ayrılmaz hissəsinə çevrilmiş seriallara fikir verək: mənfi qəhrəmanlar həm fantaziya, həm mübarizlik, hətta ideyalarına, məqsədlərinə sadiqlik baxımından daha zəngindirlər. Yeganə işi göz yaşı tökməkdən ibarət olan müsbət qəhrəmanlardan fərqli olaraq, onlar daima məqsədlərinə çatmağın cürbəcür üsullarını saf-çürük etməkdədirlər. Müharibədə və sevgidə isə bütün vasitələr yaxşıdır.


Ardı →

Uşaq dünyası haqqında filmlər

Dünya kinosunun təşəkkül tarixi ilə üst-üstə düşən Azərbaycan kinematoqrafiyasında uşaq filmlərinin xüsusi yeri var. Bu filmlərdən “Asif, Vasif, Ağasif”, “Qaraca qız”, “Mən mahnı qoşuram”, “Qərib cinlər diyarında”, “Şərikli çörək”, “Ögey ana”, “Skripkanın sərgüzəştləri”, “Bir qalanın sirri”, “Sehrli xalat” və sairlərinin adlarını çəkmək olar.
Bu gün də geniş tamaşaçı auditoriyası tərəfindən sevilə-sevilə baxılan bu filmlərin ictimai məzmun və əhəmiyyəti, mənəvi-tərbiyəvi rolu böyükdür.


Kinorejissor Həbib İsmayılovun “Ögey ana” filminin qəhrəmanı dəcəl İsmayılın (Ceyhun Mirzəyev) personajı ərköyün uşaqlığın mənəviyyatında və zəkasında kök salmış xudbinliyin, tənbəlliyin müsbət keyfiyyətlərlə necə əvəzləndiyini nümayiş etdirir. Nəticədə İsmayıl obrazı uşaqlar üçün mənəvi tərbiyə örnəyinə, mərd, daim yaxşı mənada yaşıdları arasında fərqlənməyə can atan uşaq simvoluna çevrilir.


Ardı →

Kino tarixi

  • Kino

Bu kino ki var, çox qəliz məsələdir...
Kino XIX əsrin ən maraqlı kəşfidir. 1895-ci ildə meydana gələn kino o dövrün bütün texniki yeniliklərdən daha çox bəşəriyyətin diqqətini çəkdi. Buna qədər kinoya yaxınlaşan müxtəlif komponentlər (fonoqraf, fotoqraf, kinetoskop — Tomas Alva Edison, Dikson tərəfindən) kəşf edilsə də, onların cəmindən yaranan sinematoqraf Oqüst və Lümyer qardaşlarının adı ilə bağlıdır. Sinematoqraf bütün dünyanı təəccübləndirdi.

1895-ci il martın 22-də Lui Lümyer “Lümyerin Monplezir və Liondakı fabrikindən fəhlələrin çıxması” kadrını tamaşaçılara göstərdi. Bu kiçik kadr tamaşaçıları maraqlandırdığından həmin ilin yayında Lümyer 10-dan artıq qısa süjetlər çəkdi. Dekabrın 28-də isə kinonun nadir və maraqlı tapıntı olduğunu tamaşaçılarına sübut etmək məqsədilə qardaşı Oqüstlə birlikdə Parisin Kapusinov bulvarında ictimai baxış təşkil etdi. Bu kino seansı tamaşaçıların bəşər tarixində gördüyü təəccüblü və sensasiyalı bir baxış idi. Həmin gün dünya kinosunun yaranması kimi tarixə düşdü. Beləliklə, kino XIX əsr imperialist epoxasında, kapitalist cəmiyyətində yaranan burjua mühitinin yeni bir əyləncə vasitəsi kimi qəbul edildi.


Ardı →

Gürcü kinosu

  • Kino

Gürcü kinosunun tarixi Avropa kinosu ilə eyni vaxtdan başlayıb. Tiflisdə ilk kinoseans 16 noyabr 1896-cı ildə keçirilib. İlk nümayişdən sonra Gürcüstanın Kutaisi və bir neçə başqa şəhərlərində də kino mərkəzləri açılıb. 1908-ci ildə Diqxmelov və Amaşukeli gürcü kinosunun ilk eksperimental kadrlarını çəkiblər. Gürcü kinematoqrafiyasının rəsmi yaranma tarixi isə 1912-ci ildən hesablanır. Məhz bu tarixdə rejissor Amaşukelinin «Akakiya Sereteli Raça- Leçkumidə» adlı ilk tammetrajlı sənədli filmi meydana çıxıb.


Ardı →

Qadın rejissorlar

  • Kino
Dünya kinosunda qadın rejissorların imzalarına hələ kinonun səssiz dövründə rast gəlinirdi. Yüzlərlə kişi rejissorların arasında onlar tək-tək gözə dəysə də, ötən əsrin iyirminci illərində Fransa kinosunda avanqardın atası sayılan Lui de Lukun tələbəsi Jermen Dulak artıq impressionist filmlər çəkirdi. Onun «İspan bayramı», «Gülümsəyən madam Böde» filmləri kino tarixində özünəməxsus yer tutur. Bolqarıstanda Binka Jelyaskovanın antifaşist ruhda çəkdiyi «Biz necə də gənc idik» filmi 1961-ci ildə Beynəlxalq Moskva Kino Festivalında mükafata layiq görülmüşdü.
Ardı →