Qorxu qandaldır, ümid isə azadlıq

  • Kino
   Amerikan rejissoru Frenk Darabont yazıçı Stiven Kinqin povesti əsasında çəkdiyi “Şouşenkdən qaçış” filmi insan ağlı, qətiyyəti və ümidinin sərhədsiz olması haqqında çəkilmiş ən yaxşı filmlərdən biridir desəm yəqin ki, yanılmaram. 1994-cü ildə ekranlaşdırılmış bu film Kinopoisk saytının 2012-ci ildə keçirdiyi sorğusuna əsasən 250 film arasında birinci yeri tutmuşdur. Frenk Darabont öz yaradıcılığında iki böyük şedevr yaratmışdır və onlardan birincisi yaradıcı və aktyor heyətinə böyük şöhrət gətirmiş “Şouşenkdən qaçış” filmidir.
Davamı →

Cənnət Uşaqları | Children of Heaven

  • Kino
Orijinal adı:  Bacheha- Ye asemanChildren of heaven
Rejissor:  Məcid Məcidi
Janr: Dram/ Macəra/ Ailəvi
Ölkə: İran
İl: 1997
IMDB xalı : 8.2
Mükafatlar: Film bir neçə nominasiya üzrə təmsil olunduğu nüfuzlu kino mükafatı və festifalların heç birində laureat ola bilməmişdir.

Cənnət uşaqları” həm kiçiklərin, həm də böyüklərin maraqla qarşıladığı mükəmməl filmdir. Xoş niyyət və saf duyğularla çəkilmiş bu film Amerika uşaq filmlərinə məxsus gizli istehza və kinayəli yanaşmadan  təmamilə uzaqdır. Bu film insana filmlərdə uşaqların süni yaradılmış karikaturalardan deyil, canlı uşaqlardan ibarət olduğu  dövrü xatırladır.
Film İran tərəfindən çəkilmişdir. Bəlkə də ilk anda düşünə bilərsiz ki, belə bir film uşaqlara maraqlı olmaz. Film 8-9 yaşında olan uşaqların rahat anlaya biləcəyi, hətta öz bacı-qardaşlarına pıçıltıyla izah edə biləcəkləri izahlı formada alt yazıları da var.
Davamı →

Kinoda insan

  • Kino

Yaponlar belə hesab edirlər ki, yaxşı və ya pis adam məfhumu yoxdur. Müxtəlif situasiyalar var və bu situasiyalara fərqli adamların adekvat reaksiyaları mövcuddur. Bu, doğrudan da, belədir. Heç kim öz imkanlarının, bacarığının sərhəddini, hara qədər gedə biləcəyini, hansı şəraitdə konkret situasiyaya necə reaksiya göstərəcəyini qabaqcadan bilə bilməz. İvan Qroznının, Adolf Hitlerin, İosif Stalinin taleyi buna ən yaxşı misaldır. Hitler rəssam olmaq istəyirdi, ancaq aydın olanda ki, təsviri sənət üçün istedadı yoxdur, o, siyasətə girişdi və nəticədə II Dünya müharibəsi başladı, qaz kameraları kəşf edildi.
Digər tərəfdən, qəhrəmanlıq və antiqəhrəmanlıq da hər dəqiqə hamıya nəsib olacaq qismət deyil. Çünki biz insanlar əksər hallarda çox sabit, monoton həyat sürürük. Heç kimə pislik etmədən yaşamaq hələ bizim yaxşı adam olmağımıza dəlalət eləmir. Həmçinin, zənnimcə, pis adamlar daha maraqlıdır. Uzağa getməyək, elə gündəlik həyatımızın, məişətimizin ayrılmaz hissəsinə çevrilmiş seriallara fikir verək: mənfi qəhrəmanlar həm fantaziya, həm mübarizlik, hətta ideyalarına, məqsədlərinə sadiqlik baxımından daha zəngindirlər. Yeganə işi göz yaşı tökməkdən ibarət olan müsbət qəhrəmanlardan fərqli olaraq, onlar daima məqsədlərinə çatmağın cürbəcür üsullarını saf-çürük etməkdədirlər. Müharibədə və sevgidə isə bütün vasitələr yaxşıdır.


Ardı →

Şeytanın Vəkili

Bu filmdə olan hər şeydən xoşuma gəldi. Çox gözəl çəkilib. Çoxdanın filmi olsa da bu yaxınlarda baxdım.  Film heç vaxt məğlub olmayan vəkil haqqındadır. Onun üçün fərqi yoxdur ki, müdafiə etdiyi şəxs günahkardır yoxsa yox. Onun üçün əsas olan onun karyerasıdır, şöhrətdir. Heç vaxt da məğlub olmaq istəmir. Haqsızlığı müdafiə etdiyini bilsə belə....
<< Şübhə yoxdur ki, şöhrətpərəstlik mənim ən sevdiyim günahdır .O çox fundamentaldır. Özünü bəyənmişlik təbiətdən gələn narkotikdir >> — Şeytan


Süjet Xətti:Filmdəki şeytan necə də doğru deyir. Filmdə olan bu kimi sitatlar adamın beynində sanki ömürlük ilişib qalır. Bu misralarda insan oğlunun bütün günahları və zəifliyi öz əksini tapır. Bizlər beləyik. Bunu inkar etmək lazım deyil. Böyük miqdarda uğur və pul qazandıqca çox insanların gözləri şeytan tərəfindən bağlanır. Hətta filmin baş qəhrəmanı olan Kevin sevgini belə şöhrətpərəsliyə qurban verərək, ikinci plana itələyir. Mənə elə gəlir ki, hər bir insanın qəlbində, ruhunda həm qaranlıq həm də işıqlı tərəflər var. Filmdə də ruhun qaranlıq hissəsinin oyanışı əks olunub.
Ardı →

Azərbaycan filmlərində sevgi

Münasibətləri maraqlı etmək üçün mütləq problem olmalıdır?
Kinematoqrafiyamız bir çox mövzular kimi sevgiyə də laqeyd qalmayıb. Filmin süjet xətti nə olursa-olsun, əksər ekran əsərlərində sevgi motivlərinə az-çox yer ayırıb. Komik sevgi situasiyalarından tutmuş, qadağan əlaqələrə kimi hər cür durumlar təqdim olunub.


Davamı →