Tom Kruz

  • Kino
Tom Kruz — Tom Kruz – ambidekstrdi.

— Avtoyürüş fanatıdır.

— Televiziylardan birinə verdiyi müsahibədə psixologiyanın öyrənilməsini nasizm adlandırıb.

— Disleksiyadan əziyyət çəkib.

— Uşaq ikən düzgün yetişməyən diş problemlərindən əziyyət çəkib.

— “Mission: İmpossible” filminin ilk hissəsinə görə 70, ikinci və üçüncü hissələrinə görə 75 milyon qonorar alaraq, Hollivudun ən yüksək ödənişli aktyorlarından biri olaraq qalmaqdadır.

Oskar bəxtsizlərindən biridir.

— Aktyor 3 qat Qızıl Qlobus laureatı olsa da, bircə dəfə də Oskar laureatı ola bilməyib.
Ardı →

Ən yaxşı sevgi filmləri

  • Kino
Romantik payız günündə bir fincan isti qəhvə ilə romantik filmlərə baxmaqdan gözəl heç nə yoxdur. Sizin üçün soyuq qış günündə oturub keyflə izləyə biləcəyiniz filmləri seçmişik. 

1. İlk sevgi, ilk rəqs (Dirty Dancing)
 

Ardı →

Səməndər Rzayev

Səməndər RzayevNədənsə, adama elə gəlir ki, haçansa yenə teatrın pərdəsi qalxacaq və biz yenidən öz füsunkar səsi ilə insanı riqqətə gətirən Səməndər Rzayevin oyununa tamaşa edəcəyik. Bu böyük sənət fədaisi qəlbimizə o qədər yaxın idi ki, ölümündən 18 il ötsə də, hər an canlı bir insan kimi xatırlanır. Şaqraq gülüşü, zəhmli baxışları, pəhləvan cüssəsi heç zaman xəyallardan silinmir. Çünki o, əvəzsiz ifa tərzi ilə hər birimizin qəlbində elə öz sənəti boyda bir qala qurub.

Səməndər Mənsim oğlu Rzayev az yaşasa da, çox zəngin tərcümeyi-halı var. Cəmi 41 il ömür sürmüş yaradıcı bir insan üçün bu qədər obraz yaratmaq, bu qədər iş görmək, vallah, möcüzədir. Ağsuda dünyaya göz açıb. Sonra İncəsənət İnstitutunda böyük Təhmasibin məktəbindən dərs alıb, Sumqayıt Teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Akademik Dram Teatrında keçirib.

Səməndərin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da, radio da, televiziya da. Hər yerdə Səməndər öz ucalığını, əlçatmazlığını qoruya bilmişdi.

Səməndər daxilən azad sənətkar idi. O, ürəyi tutmayan rolları oynamazdı. Ona görə də rollarının çoxunda özünə oxşarlıq var. Onların çoxu ağayana, öz sözünü deyən, həm də mülayim insanların obrazlarıdır. “Şəhərin yay günləri”ni xatırlayın. Bəhram Zeynallını necə də dəqiq ştrixlərlə canlandırıb. Səməndərin ifasında çox qəribə bir şirinlik vardı. Onun qəhrəmanları, nədənsə, tamaşaçıya çox doğma, yaxın adam təsiri bağışlayırdı. Elə bilirdin, bu adamları nə vaxtsa, hardasa görmüsən.
Ardı →

Təmiz düşüncənin əbədi parlaqlığı

  • Kino
Eternal Sunshine of The Spotless MindFilm: Təmiz düşüncənin əbədi parlaqlığı

Rejissor: Mişel Qondri

Ölkə: ABŞ

Janr: Dram, Fantastika

İl: 2004

İMDB balı: 8.5

Film Fiction balı: 8.5

Filmin ideyası fransalı rejissor və ssenarist Mişel Qondrinin aktyor Pyer Bosmot ilə söhbətindən sonra yarandı. Aktyor rejissora belə bir fikir söyləmişdi: “Səhər tezdən durursan və poçt qutunuza məktub gəlir. Açırsız və orda yazılıb- Siz tanıdığınız şəxs sizi yaddaşından pozdu.“Məhz bu ideya tammetrajlı bir filmin yaranmasına səbəb oldu. Baxmayaraq ki, Mişel bu filmə qədər elə də tanınmırdı və cəmi bir filmi var idi, filmin ssenarisi bir çox aktyor və aktrisalara maraqlı və cəlbedici görünürdü.
Ardı →

Monika Belluçi

Monica BellucciMonika Belluççi 30 sentyabr 1964-cü il İtaliyanın Çitta-De-Kastello şəhərində anadan olub. Atası Luici Belluççi adi kəndçi, anası Mariya Qustanelli isə rəssam idi. Uşaqlıqdan bir arzusu var idi- vəkil olmaq. Bu arzunun reallaşması üçün isə o, “Perudci Universiteti”nə qəbul olmalı idi. Bunun üçün isə pul lazım idi. Monika arzusunu nəyin bahasına olursa olsun reallaşdırmaq məqsədi ilə 16 yaşında “Liceo Classico” model agentliyi ilə müqavilə bağladı.

Qlamur həyat tərzi Monikanın ürəyincə oldu və o, uşaqlıq arzusundan əl çəkdi. İndi o, ən məhşur model olmaq istəyirdi. Bu heç də asan deyildi. Monika isə uşaqlıqdan mübarizə əzmi və səbri ilə həmişə seçilirdi. Qoyduğu məqsədə çatmaq üçün o hər şeyə qadir idi. Çox keçmədən ingilis, fransız dillərini öyrəndi. İspan danışıq dilini də həmçinin. Bu, professionallaşmağa doğru inamlı addımlar idi. 1988-ci ildə Milana gələn Monika, burda “Elite Model Management” model agentliyi ilə müqavilə bağlayır. Artıq bir il sonra- 1989-cu ildə o, Nyu York və Parisin modeli kimi tanınır və “Dolce Gabbana”, “Elle” kimi brend markalar üçün podiuma çıxırdı.

1990-cı ildə Monika uğurlu model biznesi ilə kifayətlənmək istəməyərək, özünü aktrisa kimi sınamağa qərar verdi. O, öz vətənində debüt etdi böyük filmə. Aktrisanın ilk filmləri “Oğullarla keçən həyat” (Vita coi figli) və “Canilər” (Briganti) olur. Bu filmlərdəki epizodik rollarda o heç nə ilə yadda qalmadı. 1992-ci ildə isə Frensis Ford Koppala aktrisaya ilk ciddi film təklifi etdi və bu aktrisanın böyük kinoda ilk ciddi imtahanı oldu.
Ardı →

Tom Hanks

  • Kino

Tom HanksTomas Ceffri “Tom” Henks – amerikalı aktyor, prodüser, yazıçı və rejissor. Fəaliyyətinə televiziyada başlayan Tom “Big” (Böyük) – 1988 filmi ilə uğurların başlanğıcını qoydu. “Philadelphia” (Filodelfiya) — (1993) filmi ilə “Oskar” alan aktyor növbəti il “Forrest Gump” (Forrest Qamp) ilə yenidən mükafata sahib çıxdı. Yüzlərlə mükafata namizəd olan Henks Hollivudun canlı əfsanələrindən sayılır. 
 İlk İllər: Tom Henks 9 iyul 1956-cı ildə Kaliforniyada, səyyar aşbaz Amos Mefford Henks və xəstəxana işçisi Canet Merilinin ailəsində dünyaya gəlib. Atası ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun uzaq qohumu idi. 1960-cı ildə valideynləri ayrıldı. Tom da daxil olmaqla ailənin üç uşağı atası ilə getdi, kiçik Cim Henks isə anası ilə qaldı. Sonradan onların hər ikisi evləndi. O, katolik kimi tərbiyə almışdı.

Tom “Chabot” kollecində teatr dərslərinə yazıldı və iki ildən sonra Kaliforniya Dövlət Universitetinə keçirildi. O, bu dövrü belə xatırlayırdı: “Səs-küyü sevən mənim kimi bir oğlan üçün aktyorluq dərsləri çox yaxşı yer idi. Vaxtımın çox hissəsini tamaşalarda keçirirdim. Sadəcə teatra gedir, bilet alır, auditoriyada oturur və tamaşanı izləyirdim. Bertold Brext, Tennessi Uilyams, Henrik İbsen kimi dramaturqların əsərlərinə çox baxmışam. Və aktyorluq mənim işimdir ”.

Karyera: 1979-cu ildə Henks Nyu-Yorka köçdü və növbəti il aşağı büdcəli “He Knows You're Alone” (O bilir sən təksən) filmi ilə kinoda debüt etdi. 1980-82-ci illərdə o “Bosom Buddies” (Yaxın Dostlar) serialında rol aldı. 1982-ci ildə “Happy Days” (Xoşbəxt Günlər) serialında qonaq aktyor kimi göründü. Bu serialda onu görən rejissor Ron Hovard Henksi 1984-cü ildə çəkdiyi və dəniz qızı və insanın sevgisindən bəhs edən “Splash” (Sıçrama) filminə dəvət etdi. Film kassa yığımında böyük uğur qazandı. Bir neçə serial və filmdən sonra 1988-ci ildə “Big” (Böyük) filmi ekranlara çıxdı. Film Henksi Hollivudun əsas aktyorları sırasına daxil etdi. O, “Ən Yaxşı Aktyor” kateqoriyasında ilk nominasiyasını aldı. Bu filmin ardınca Henksin bir neçə filmi kassada uğursuz oldu. Yalnız “Turner & Hooch” (Törner və Xuç)- (1989) filmi uğurlu alındı.
Ardı →

Görüntüsü gözəl olan ən yaxşı 30 film

  • Kino
1. Tarkovski- «Stalker»
Disident rejissorun dünya kinosuna bəxş etdiyi sənət əsəri. Film ustalıqla və incəliklə lentə alınıb. Tarkovski öz ampulasında tamaşaçıları simvollarla çaş-baş salır. Film yüksək səviyyədə yaradılıb. 

Ardı →

Vyaçeslav Tixonov

  • Kino
Hardasa uzaqlarda… daha dəqiq desək, “Elefant” restoranında dünyanın ən yaraşıqlı kəşfiyyatçısı öz həyat yoldaşı ilə görüşür. Onlar ayrı-ayrı masalarda əyləşiblər, səssiz-səmirsiz, heç nə demədən bir-birilərinə tamaşa edirlər.
Aralarındakı məsafə 5-6 addımdır, lakin bu məsafə yoxa bərabərdir. Bu baxışlarla onlar həm qucaqlaşır, həm öpüşür, həm də bir-birilərinin qoxusunu alırlar...

Ardı →

Rac Kapur

  • Kino
Rac Kapur“Axı insan nə istəyir? Pul, mövqe, uğur. Lakin insan üçün vacib olan sabah başına nə gələcəyini və sabahın bugünkündən daha yaxşı olacağını bilməkdir. Qalan heç nə vacib deyil”… Bu sözlər Hindistanın Çarli Çaplini hesab edilən aktyor Rac Kapura aiddir. Rac Kapura hələ qayıdacağıq.

Puldan söz düşübsə, gəlin bu incə məqamda bir az dayanaq…  Pulun heç bir əhəmiyyət daşımadığını iddia edən, bir az da dəqiq desək, onun əl çirki olduğu fikrini illər boyu insanların beyninə yeridən sovet hakimiyyəti üçün hind kinosu, sözün əsl mənasında, sərfəli idi, hətta belə desək, göydəndüşmə idi.

Hind kinosu heç bir inqilabi mesajlar ötürmür və yağış altında rəqslərin müşayiəti altında insanlara sadə, zərif və sadəlöhv sevgi aşılayırdı. Bütün bunlara rəğmən, hind kinosunun öz özəllikləri var və məhz bu özəlliklər sayəsində müəyyən bir qrup tamaşaçı hind kinosunu sevir, ona pərəstiş edir. Nədir bu özəlliklər? Bir məqamı da qeyd edək: Hind kinosuna ya baxırlar, ya da ümumiyyətlə, baxmırlar. Bu birmənalıdır.
Hind kinosu tamaşaçını gərginlikdə saxlamır, onu uzun-uzadı düşünməyə vadar etmir. Bəzi məqamlarda yüngül gərginlik baş qaldırırsa da, ani anda yağış yağır və qadın qəhrəman al-əlvan sarisi ilə yaşıllığın ortasında peyda olur və nazik səsi ilə oxumağa başlayır. Daha hər hansı bir gərginlikdən söz gedə bilərmi?..
Ardı →

Jan Pol Belmondo

  • Kino
Jan Pol BelmondoO, Avropa kinosunun ən kifir və eyni zamanda, ən yaraşıqlı aktyorlarındandır...
Nə qədər eybəcər, nə qədər kobud olursa — olsun, bir o qədər də çəkici, bir o qədər də seksualdır.
Rejissor və aktyor Pyer Düks onun barəsində demişdi: “Gərək sən səhnədə öpüşməyəsən, onsuz da heç kim inanmayacaq! Sənin simana ancaq əclaf obrazları yaraşır!...”
Ancaq zaman gəlir və məşhur fransız aktyoru Jan-Pol Belmondo dünyanın ən gözəl aktrisaları ilə tərəf-müqabili olur...
Bəli, Jan Pol Belmondo — dünya kinosunun ulduzu, heç bir xüsusi gözəlliyə malik olmasa da, bir çox qadınların qəhrəman idealı...

Fransızlar onu “Bebel” deyə çağırırlar. Əslən siciliyalı olan Belmondoya italyanlar isə dostcasına “İl bruto” (“eybəcər”) ləqəbini veriblər.
Ardı →