Ən qalmaqallı filmlər

  • Kino

Almaniyanın «Sinema» jurnalı kino tarixində bütün dövrlərin ən qalmaqallı, mübahisəli və cəmiyyətdə tabuları qıran 70 filmin adını açıqlayıb. Bu siyahıya düşən filmlərdən daha çox maraq doğuranları təqdim edirik.
Siyahının ilk pilləsində dahi ispan rejissoru Luis Bunyuelin ekranlaşdırdığı və kino tarixində ilk qalmaqal şokunu yaradan «Əndəlus köpəyi» filmi (1929) dayanır. Ülgüclə gənc qızın gözünün kəsilməsi indiyədək dünya kinosunun ən amansız səhnələrindən biri sayılır.
Siyahıda ikinci yerin sahibi yenə də sürrealist Bunyuelin filmidir: «Qızıl əsr» (1930). Pornoqrafik film kimi damğalanan «Qızıl əsr»i qəzetlər həm də bolşevizm əhval-ruhiyyəsinə görə günahlandırırdı. O zaman filmin nümayişinə yasaq qoyulmuş, surətləri isə müsadirə edilmişdi.


Ardı →

Kinoda insan

  • Kino

Yaponlar belə hesab edirlər ki, yaxşı və ya pis adam məfhumu yoxdur. Müxtəlif situasiyalar var və bu situasiyalara fərqli adamların adekvat reaksiyaları mövcuddur. Bu, doğrudan da, belədir. Heç kim öz imkanlarının, bacarığının sərhəddini, hara qədər gedə biləcəyini, hansı şəraitdə konkret situasiyaya necə reaksiya göstərəcəyini qabaqcadan bilə bilməz. İvan Qroznının, Adolf Hitlerin, İosif Stalinin taleyi buna ən yaxşı misaldır. Hitler rəssam olmaq istəyirdi, ancaq aydın olanda ki, təsviri sənət üçün istedadı yoxdur, o, siyasətə girişdi və nəticədə II Dünya müharibəsi başladı, qaz kameraları kəşf edildi.
Digər tərəfdən, qəhrəmanlıq və antiqəhrəmanlıq da hər dəqiqə hamıya nəsib olacaq qismət deyil. Çünki biz insanlar əksər hallarda çox sabit, monoton həyat sürürük. Heç kimə pislik etmədən yaşamaq hələ bizim yaxşı adam olmağımıza dəlalət eləmir. Həmçinin, zənnimcə, pis adamlar daha maraqlıdır. Uzağa getməyək, elə gündəlik həyatımızın, məişətimizin ayrılmaz hissəsinə çevrilmiş seriallara fikir verək: mənfi qəhrəmanlar həm fantaziya, həm mübarizlik, hətta ideyalarına, məqsədlərinə sadiqlik baxımından daha zəngindirlər. Yeganə işi göz yaşı tökməkdən ibarət olan müsbət qəhrəmanlardan fərqli olaraq, onlar daima məqsədlərinə çatmağın cürbəcür üsullarını saf-çürük etməkdədirlər. Müharibədə və sevgidə isə bütün vasitələr yaxşıdır.


Ardı →

Qısametrajlı filmlər: ənənə və yeniliklər

Dünyanın mədəniyyət tarixində əvəzsiz rola malik kinematoqrafiyanın yaranması qısametrajlı filmlərin istehsalı ilə başlanıb. Bu filmlərdə zaman məhdudiyyəti ilə yanaşı, personaj sayı və cərəyan edən hadisələrin əhatə dairəsi də məhduddur.
Zaman ötdükcə, kino özünün inkişaf mərhələlərini keçdikcə qısametrajlı filmlər tammetrajlı filmlərlə əvəzləndi. Bununla belə, qısametrajlı filmlər heç də tamamilə sıradan çıxmadı, əksinə, özünə yeni meydan qazandı. İndi dünyada qısametrajlı filmlərlə bağlı müxtəlif müsabiqələr, festivallar da keçirilməkdədir.
Azərbaycan kinosunda da qısametrajlı filmlərin müəyyən ənənəsi var. Ötən əsrin 30-cu illərindən başlayaraq “Dostlar”, “Rəqs edən qurbağalar”, “Kazbek”, “Liftçi qız”, “Qaraca qız”, “Afroditanın qolları”, “Dəvətnamə”, “Dairə”, “Boş yer”, “Yapon və yaponiyalı” və s. filmlər çəkilib. Daha sonra “Debüt” qısametrajlı filmlər studiyasının fəaliyyəti ilə qısametrajlı film çəkilişi kinomuzda ənənə halını alıb. Son illərdə çəkilən qısa filmlərə Şamil Əliyevin “Təsadüfi görüş”, Asif Rüstəmovun “Ev”, Əli İsa Cabbarovun “Düyün”, Samir Kərimoğlunun “Qanadlarıma sığal çək”, Fariz Əhmədov və İsmayıl Məmmədovun “Qocalar”, Elməddin Alıyev və Xəyyam Abdullayevin “Nəfəs”, “Koramal” və s. nümunə göstərmək olar.


Ardı →

“Art House”- müəllif filmi

  • Kino
Adətən, belə filmlər bütünlüklə rejissorun zəhməti hesabına ərsəyə gəlib özündə müəllifin ideya və arzularını əks etdirdiyindən tamaşaçı tərəfindən o qədər də asanlıqla həzm olunmur. Bəzən tamaşaçı tərəfindən səhv anlaşılan, qəliz məzmunla xarakterizə edilən bu filmlərin ideyası, kinoya gətirdiyi yeniliklər əslində təqdirəlayiq haldır. Müəllif filmlərinin Azərbaycan kinosunda azlığını nəzərə alıb bunun səbəblərini araşdırmaq məqsədi ilə bir neçə mütəxəssisə müraciət etdik. Suallarımız isə belə oldu:
1. Müəllif filmlərinin çəkilməməsinə səbəb nədir və bunun üçün hansı şərait yaradılmalıdır?
2. Azərbaycan kinosu və tamaşaçısı belə filmlərə nə dərəcədə hazırdır?
3. Dünya kino bazarında müəllif filmlərinin yeri.
Ardı →

"Qara qu quşu"

  • Kino
Qız bir qu quşunun bədəninə sıxışıb qalıb. Azad olmağa can atır. Sadəcə həqiqi və güclü məhəbbət bu tislimi qıra bilər. Arzusu çin olmağa az qalıb deyərkən şahzadəni qara qəlbli əkizi- Qara Qu quşu yoldan çıxarır. Qu Quşuna vurulan şahzadənin daha çıxış yolu olmur. Arzuları qırılan Ağ qu quşu uçurumun təpəsinə çıxıb özünü aşağı atır. Ölüm onu azadlığa qovuşdurur.
Bu dünya şöhrətli bəstəkar Çaykovskinin məşhur «Qu gölü» baletinin qısa məzmunudur. «Qara Qu quşu» (Black Swan) filminə girişi də məhşur rejissor Darren Aronofski məhz bu baletdəki rəqslə başlayır. Filmin qəhrəmanı Nina (Natali Portman) adlı balerin qızdır. O öz rəqibləri arasında hər zaman birinci olmağa can atır. Baletdə baş rolu ifa etmək üçün dəridən -qabıqdan çıxır.
Davamı →

Filmlərdən faktlar

  • Kino
İndiyə qədər çəkilmiş ən bahalı film 289 milyon dollar büdcəli «Harry Potter and the Goblet of Fire» olub. Bundan əvvəlki rekord 280 milyon dollar ilə «Return of the King»ə aid idi.

Charlie Chaplin gizlicə qatıldığı bir «Charlie Chaplin-ə bənzəmə» yarışmasını qazana bilməmişdi.

«Matrix-in Neo-su» üçün ilk olaraq Leonardo DiCaprio və Ewan McGregor-a təklif aparılmış ancaq ikisi də rolu rədd etmişdi.

“Star Wars” dakı şüa qılıncının səsi bir film proyektoru səs-küyü ilə arxası sökülmüş bir televiziyaya yaxınlaşdırılmış mikrofonun yazdığı səs qarışdırılaraq edilmişdi.

Haley Joel Osment «Altıncı Hiss»dəki səhnələrində kifayət qədər sarsılmış görünmək üçün çəkilişlərdən əvvəl özünü divardan divara vururmuş.
Ardı →

Kino tarixi

  • Kino

Bu kino ki var, çox qəliz məsələdir...
Kino XIX əsrin ən maraqlı kəşfidir. 1895-ci ildə meydana gələn kino o dövrün bütün texniki yeniliklərdən daha çox bəşəriyyətin diqqətini çəkdi. Buna qədər kinoya yaxınlaşan müxtəlif komponentlər (fonoqraf, fotoqraf, kinetoskop — Tomas Alva Edison, Dikson tərəfindən) kəşf edilsə də, onların cəmindən yaranan sinematoqraf Oqüst və Lümyer qardaşlarının adı ilə bağlıdır. Sinematoqraf bütün dünyanı təəccübləndirdi.

1895-ci il martın 22-də Lui Lümyer “Lümyerin Monplezir və Liondakı fabrikindən fəhlələrin çıxması” kadrını tamaşaçılara göstərdi. Bu kiçik kadr tamaşaçıları maraqlandırdığından həmin ilin yayında Lümyer 10-dan artıq qısa süjetlər çəkdi. Dekabrın 28-də isə kinonun nadir və maraqlı tapıntı olduğunu tamaşaçılarına sübut etmək məqsədilə qardaşı Oqüstlə birlikdə Parisin Kapusinov bulvarında ictimai baxış təşkil etdi. Bu kino seansı tamaşaçıların bəşər tarixində gördüyü təəccüblü və sensasiyalı bir baxış idi. Həmin gün dünya kinosunun yaranması kimi tarixə düşdü. Beləliklə, kino XIX əsr imperialist epoxasında, kapitalist cəmiyyətində yaranan burjua mühitinin yeni bir əyləncə vasitəsi kimi qəbul edildi.


Ardı →

Kaskadyorluq

  • Kino
Kaskadyorluq çətin və təhlükəli peşədir. Dünya kinosunda ilk kaskadyorluq tryuku 1908-ci ildə “The Count of Monte Christo” filmində gerçəkləşib. Filmdə edilən ilk hərəkət yüksək qayalıqdan şəlaləyə atılmaq idi. Bu tryuku həyata keçirən akrobat sirk artisti idi və bu tryuka görə 5 dollar almışdı.Əslində aldı demək də doğru səslənmir. Çünki həmin kaskadyor məhz bu təhlükəli tryukdan sonra dünyasını dəyişdi. Bu filmdən sonra tamaşaçılarda belə filmlərə maraq daha da artdı və beləliklə ilk macəra filmləri çəkilməyə başladı. Aktyor Broncho Bill Andersonun təhlükəli səhnələrdə (macəra filmlərində) aktyorluq etməsi kaskadyorluq sənətinin inkişafına böyük təsir etdi. Təsadüfi deyil ki, bu sənəti çox vaxt onun adı ilə bağlayırlar. Daha sonralar qadınlarda da bu sənətə maraq artdı.
Ardı →