Yorulmuş atları güllələyirlər

  • Kino
ABŞ Böyük depressiya dövründədir. Hər yerdə aclıq və yoxsulluq hökm sürür. İnsanlar pul qazanmaq və bir parça çörək üçün hər şeyi etməyə hazırdır. O cümlədən, günlərlə davam edən rəqs marafonunda iştirak etmək və marafonun sonunda veriləcək 1500 dollar mükafatı almaq üçün ölkənin müxtəlif yerlərindən gəlmiş cütlüklər arasında ölüm-dirim mübarizəsi gedir.

Kaliforniya sahillərində təşkil edilən marafonun qalibi isə yalnız bir cütlük ola bilər. Bütün ümidlər təsadüfən yarışmada tanış olan və birlikdə iştiraka məcbur edilən Robertlə Qloriyayadır. Robertin uşaqlıq xatirələrinə həkk olunmuş babasının yorulmuş atı güllələməsi səhnəsi isə filmin sonunda onun özünün Qloriyanı güllələməsi epizodu ilə üst-üstə düşür. Söhbət 1969-cu ildə çəkilmiş “Yorulmuş atları güllələyirlər” filmindən gedir…
Davamı →

Uşaqlar üçün çəkilən, böyüklərin sevimli animasiyası - Up

  • Kino
“Yuxarı” (“UP”) animasiya filmi təkcə uşaqların deyil, böyüklərin də həvəslə və maraqla izləyə biləcəyi ekran əsəridir. “Pixar Animation Studios”un çəkdiyi sayca 10-cu tammetrajlı 96 dəqiqəlik filmdə 78 yaşlı Karl Fredriksenin çoxdan arzuladığı macəra axtarışına çıxmasından, bunun üçün ideyalar sərhədini aşan “uçan ev” hazırlamasından və Cənubi Amerikada Cənnət şəlalələrinə yol almasından bəhs edir.

175 milyon dollarlıq büdcəsi olan filmin rejissoru Pit Dokter hətta zarafatla izləyicilərə “Xahiş edirəm, animasiyaya baxdıqdan sonra heç kəs belə bir ev hazırlamaq fikrinə düşməsin” deyib…
Davamı →

Varlığın dözülməz yüngüllüyü

  • Esse
«Varlığın dözülməz yüngüllüyü» kimi çoxqatlı, fəlsəfi əsəri təsvirin dilinə çevirmək cəsarət tələb edir. Amerikalı rejissor Filip Kaufman ağır yükün altına girərək riskə gedir və 1988-ci ildə əsəri ekranlaşdırır. Rejissor filmdə hansı motivləri qabardıb və ekran işi nə qədər uğurlu alınıb — buna aydınlıq gətirməyə çalışacam.

Kaufman bir qayda olaraq, yaradıcılığında bədii əsərlərin ekranlaşdırılmasına üstünlük verir. Onun müraciət etdiyi yazıçılar arasında amerikalı Cek Finneyin, Riçard Praysın, Tom Vulfun əsərləri var. O, eyni zamanda məşhur yazıçıların bioqrafiyasını ekranlaşdırmasıyla tanınır: «Markiz de Sadın qələmi», yazıçılar Anais Ninin, Henri Millerin və onun arvadı Cunun münasibətlərindən danışan «Henri və Cun», «Heminquey və Gellhorn»…
Davamı →

Ekranlaşdırılmış ədəbi əsərlər - Qoca və dəniz

  • Esse
Yazıçıya dünya şöhrəti gətirən, Nobel mükafatına layiq görülən əsər Santyaqo adlı qocanın dənizdə marlin balığını tutmasından, onun nəhəng balıqlarla mübarizəsindən bəhs edir.

84 gün dənizə balıq ovuna çıxan, lakin bir balıq belə tutmayan qocaya qəsəbədə hamı uğursuz kimi baxır. Yalnız balaca dostu Manolindən başqa. Manolinin atası ona Santyaqo kimi bəxti gətirməyən balıqçı ilə dənizə çıxmağa qadağa qoyur və ancaq uğurlu balıq ovu edənlərlə işləməyi tapşırır. Amma oğlan tez-tez qocanı yoluxur, onun qayğısına qalır. Onların söhbətinin əsas mövzusu Santyaqonun gəncliyi, dəniz, balıqlar və qocanın pərəstişkarı olduğu, beysbol oyunçusu Co Di Madcodur (amerikalı beysbolçu, beysbol tarixində ən görkəmli nümayəndələrdən biri). 
Davamı →

Bernardo Bertoluccinin unudulmaz 5 filmi

  • Kino
Bernardo Bertolucci sadəcə italyan deyil, dünya kinosunun nəhəng kinorejissorlarından hesab olunur, «XX əsrin sonuncu böyük maestrosu» olaraq tanınır.
1960-cı illərin başlanğıcında filmlərini çəkməyə başlayan Bertolucci bir çox filmə imzasını atıb. Onun unudulmaz filmlərindən bəziləri...

«Konformist» (1970)
İtaliya-Fransa-Qərbi Almaniyanın birgə istehsalı olan bu siyası dramatik filmdə Bertolucci həm rejissor, həm də ssenaristdir. Faşist ideologiyasını tənqid edən bu filmdə milliyyətçilik, ortaq yaddaş kimi mövzulara toxunulur.

Filmin qəhrəmanı Marcello (Jean-Louis Trintignant) italyan diktatoru Mussolini-yə xidmət göstərən, sual-cavab etmədən itaət edən bir konformistdir. Bal ayı üçün Parisə gedən zaman ona yeni bir vəzifə verilir. Ondan İtaliyada faşizmə qarşı bir təhlükə olaraq qəbul edilən yaşlı bir professoru tapıb öldürməsi istənilir.
Davamı →

Andrey Tarkovskinin qadınları

  • Kino
Sarışın İrme Rauş
Dünya kinosunun nəhəng simalarından biri Andrey Tarkovski iki dəfə ailə həyatı qurub. Hər evlilikdən bir oğlu doğulub. İlk evləndiyi qadınla 1957-ci ildə tanış olub. İrme Rauş adlı bu qadın Tarkovskinin Kinomatoqrafiya Universitetində tələbə yoldaşı olub. 1957-ci ildə evlənirlər. Elə həmin il oğlan övladları dünyaya gəlir. Tarkovski oğlunun adını atasının şərəfinə Arsen qoyur. Uşaqdan sonra ailədə problem yaranır. 60-cı illərin əvvəlində onlar boşanırlar. İrma Rauş “İvanın uşaqlığı” filmində İvanın anası rolunu ifa edib.

Valentina Malyavina
Lakin bir müddət sonra o, “İvanın uşaqlığı” filmində baş rolu ifa edən aktrisa Valentina Malyavinaya aşiq olur. Aktrisa həmin günləri belə xatırlayır: “Onunla birlikdə olmaq çox çətin idi. O, hər zaman məni özününküləşdirmək istəyirdi. Heç vaxt məndən ayrılmaq istəmirdi. O, çox dahi və istedadlı insan idi. Sonra mən operator Pavel Arsenova ərə getdim. O, isə evləndi. Lakin, münasibətimiz davam edirdi. Çox yaxın dostlarımız bizim sevgimizdən xəbərdar idilər. Və onlar bizim münasibətimizə çox diqqətlə yanaşırdılar.
Davamı →

Kim Ki Duk: “Hətta qəddarlıqda da gözəllik tapmaq olar”

  • Kino
Kim Ki Duk2018-ci ilin 16 sentyabrında Almatı Film Festivalı çərçivəsində məşhur Koreya rejissoru Kim Ki Dukun master klassı təşkil edildi.

“Kino…öyrənilə bilməz. Bu, həyatı yaşamaq kimidir. Filmlərimin materialı həmişə mənim öz şəxsi təcrübələrim oldu – deyə Kim Ki Duk vurğuladı”. Rejissor şəxsi təcrübələrini tamaşaçılarla bölüşərkən belə söylədi…

Kino barədə
Ən məşhur filmim – “Yaz, Yay, Payız, Qış və yenə Yaz”- hansısa xalqdan, dövlətdən, müharibədən bəhs etmir. O, təbiətin qanunlarından bəhs edir. Onu çox insan izləyib, ancaq mənim digər filmlərimə də tamaşa edən insanlar, onlara xas olan müəyyən qanunauyğunluğa yəqin diqqət ediblər: filmlərimdə həmişə yaşam dövriyyəsini göstərməyə cəhd etmişəm – biz haradan başlayırıqsa, oraya da qayıdırıq. Buna görə də filmlərimin finalında yaxşı və pis adamlar yoxdur. Və bəlkə bu səbəbdən mən hələ də kinonun nə olduğunu bilmirəm.
Davamı →

Orson Uells

  • Kino
Mənim ilk müəllimim anam olub. Anam çox nadir gözəlliyə malik qadın idi. O, siyasətlə maraqlanırdı. Həmçinin, tüfəngatma üzrə bir neçə dəfə çempion olmuşdu. Musiqi sahəsində isə istedadlı pianoçu idi. Uşaq vaxtı mən evimizə gələn musiqiçi qonaqlar üçün pianinoda musiqilər çalardım. İfa etdiyim musiqilər onların xoşlarına gəlirdisə, mən daha coşqunluqla mahnılar ifa edb, musiqi alətlərini parçalayırdım.

Anam rəhmətə gedəndə səkkiz yaşım vardı. Və onun ölümündən sonra mən hər ehtimala qarşı musiqi alətlərinə toxunmadım...

Atam incə və həssas qəlbə malik insan idi. Onun bütün dostları atamı ürəyiaçıqlığına, xeyirxahlığına və dözümlülüyünə görə çox sevirdilər. O, səyahət etməyi sevərdi. Mənim səyahət etməyə olan sevgimi də uşaqlıqdan atam formalaşdırmışdı.
Davamı →

İstəyirəm ki, tamaşaçı filmlərimə baxanda özünü narahat hiss eləsin

  • Kino
David Fincher“Sosial şəbəkə” filmini çəksəm də facebookda qeydiyyatdan keçməmşəm. Yəqin ki, filmin ayrıca səhifəsi var. Amma mənim sosial şəbəkəyə tələbatım yoxdur. Hamı deyir ki, bu, çox vaxt aparır. Doğrudan da heç bir məcburiyyət olmadan bugünkü 20 yaşlıların özəl həyatının gizlinlərindən imtina etməsi həm dəhşətlidir, həm də asanlaşıb.

Axı, özəl həyat həmişə şəxsi azadlığın mühüm bir hissəsi olub. İnsanlar bunun üçün illərlə mübarizə aparıb. 

İndi elə bir nəsil yetişib ki, sadəcə ona bu lazım deyil. Bəlkə də qorxulu nəsə yoxdur, sadəcə sosial normaların dəyişilməsi baş verir. Daha doğrusu, insanların özü haqda hər məlumatı yayması nəticəsində yəqin ki, cəmiyyət abırsızlıq mənasında tamamilə yenidən təşkil olunacaq və bərabər hüquqlu olacaq”.

Davamı →

Federiko Fellini necə rejissor oldu?

  • Kino
Federico FelliniFederiko Fellini İtaliyanın Adriatik dənizi sahilində yerləşən Rimini kurort şəhərciyində anadan olub. Federiko məktəbdə çalışqan şagird sayılsa da, onu yalnız yaradıcılıq aləmi cəlb edirdi. Fərqi yox idi: o, həm mahir rəssam, həm də, məsələn, kukla teatrının aktyoru ola bilərdi. Amma valideynlərinin könlünü xoş etmək üçün 1939-cu ildə Roma Universitetinin hüquq fakültəsinə daxil oldu. Buna baxmayaraq, universitetin arxiv materialları göstərir ki, gələcəyin böyük kinorejissoru mühazirələrdə bir gün də olsun iştirak etməyib.

O, Amerika komikslərinin böyük pərəstişkarı idi. Hollivudun kino aləmində reportyor olmağa can atırdı. F.Fellini özünü karikaturaçı, jurnalist və nəhayət, ssenarist kimi sınaqdan keçirməyə başlayır. 
Davamı →