Kieslovski Kieslovskidən danışır

  • Kino
1982-ci ildə Polşadakı hərbi komendatura illərində film çəkmək çətinləşmişdi. Siyasi vəziyyət çox ağır idi. Küçələrə SSRİ əleyhinə şüarlar yazılırdı. Bu şüurlar haqda bir film çəkmək istəyirdim. Adətən gecələr yazılan bu şüarları səhərlər ya ağ boya ilə boyayır, ya da düzəliş edib kommunist şüarına çevirirdilər. Bundan əlavə məhkəmələr haqda sənədli film çəkmək istədim. Əslində, bədii film çəkmək istəyirdim, amma buna heç cür imkan yox idi. Məhkəmə mövzusu o dövrlərdə çox aktual idi. Adi bir “günah”a görə böyük cəzalar verirdilər. Misal üçün, küçəyə şüar yazmağa görə iki-üç il iş verirdilər.

Məhkəmə prosesində ədalətsiz qərar çıxaran hakimlərlə müttəhimlərin sifətini çəkmək istəyirdim. Film üçün icazə almağım iki aydan çox çəkdi.
Davamı →

Rejissorlar kino haqqında

  • Kino
1. Lars Fon Triyer
“Tarkovskinin niyə möhtəşəm olduğunu izah etmək çətindir, amma məncə onun filmlərinə baxanda sanki adama vəhy gəlir.”

2. Jan Lük Qodar
“Foto gerçəkdir, kino isə saniyədə iyirmi dörd dəfə gerçək.”

3. Federiko Fellini
“Yaxşı filmin qüsurları da olmalıdır. Həyat kimi, insanlar kimi.”

4. Alfred Hiçkok
Filmdəki mənfi qəhrəman nə qədər güclü alınıbsa film də o qədər yaxşıdır.
Davamı →

Məşhur rejissorların ən sevdiyi 5 film

  • Kino
Rejissorlar çəkdikləri filmlər ilə milyonlarla insanın rəğbətini qazanır. Ancaq onlar özləri də tamaşaçıdır. Ona görə də həmişə müsahibələrdə hansı filmlərdən ilham aldıqları sualına cavab verməli olurlar.

Stenli Kubrik
Ustad rejissor 1963-cü ildə “Cinema” adlı jurnala verdiyi müsahibədə aşağıdakı filmlərin adını çəkib:
1.“I Vitelloni” (1953)
2.“Wild Strawberries” (1957)
3.“Citizen Kane” (1941)
4.“The Treasure of the Sierra Madre” (1948)
5.“City Lights” (1931)

Vudi Allen
Demək olar ki, ildə 2 film çəkən və getdiyi hər kino festivalından mükafatla qayıdan rejissor Vudi Allenin də tərzinə təsir etmiş əsərlər var. Rejissorun ən sevimli filmləri aşağıdakılardır:
1.“The 400 Blows” (1959)
2.“8½” (1963)
Davamı →

Azərbaycan kinosunun icmalı

Kinematoqrafiya – (yunan sözləri «kinema» – hərəkət və “qrafi” – yazmaq, təsvir etmək- sözlərinin birləşməsindən yaranıb, hərəkətdə olan təsvir deməkdir) XIX əsrdə Fransada meydana çıxmışdır. 1895-ci il dekabrın 28-də Lui və Ogüst Lümyer qardaşları Parisin Kaputsino bulvarındakı “Qrand-Kafe”də özlərinin ixtira etdikləri aparatla çəkdikləri kiçik süjetlərin nümayişini keçirirlər. Elə həmin tarix də dünya kinosunun ad günü hesab olunur.

Davamı →

Corc Kluni

  • Kino
Yer üzündəki milyonlarla kişi onun uğuruna paxıllıq edir. Kolleqaları isə hörmət edir: “Kluni? O, əsl kişidir!” Hər özünə hörmət edən supermenin isə öz qaydaları var… Bu da Corc Klunin qaydaları:

Heç vaxt təslim olmamaq...
Corc Kluninin həyat tarixçəsi məşhur Amerika mifinin həqiqət olduğunu bir daha sübut edir: “Azad Amerikada sən hər şey edə bilərsən, bir arzun yetər...” Ancaq Corc hazırın naziri olmayıb. Uşaqlıqda Bell iflici adlı ağır xəstəlik keçirib. Çox-çox illər sonra Kluni xatırlayırdı:
Davamı →

Marlon Brando

  • Kino
Geri qayıtmayan qulluqçu…
Marlon Brando 3 aprel 1924-cü ildə Amerikanın Nebraska ştatının Omax şəhərində andan olmuşdur. Marlonun atası Marlon Brando kimyəvi yem istehsalı ilə məşğul olan mütəxəssis, anası Doroto Culiya Brando isə Amerikada qızıl idxalı ilə məşhur olan Pennibeyker nəslinin nümayəndəsi idi. Culiya çox erkən yaşında Marlonla ailə həyatı qurur. Ona qədər isə teatrda özünü aktrisa kimi sınamağa müvəffəq olur. Hətta məşhur Amerika aktyoru Henri Fondla da bir neçə dəfə eyni səhnəni paylaşır.

Kiçik Marlondan sonra ailədə iki qız övladı da dünyaya gəlir. Frensis və Coslin. Onların ailəsində heç vaxt sakitlik olmur. Marlonun atasının sərt və dözülməz xasiyyəti hər kəsi təngə gətirir. Ata övladları ilə heç zaman maraqlanmır, onların qayğısına qalmır. Atasından heç bir qayğı görməyən kiçik Marlonun yeganə məşğuliyyəti anasının pianoda ifa etdiyi musiqiləri dinləməkdən ibarət idi.
Davamı →

Elli haqqında

  • Kino
Ədəbiyyatda da, kinoda da intellektual emosiyanın tərəfdarıyam. Nə ədəbiyyat olduğu kimi yazmaq lazım deyil, nə də kino da olduğu kimi çəkmək…
Ədəbiyyat da, film də dünyanın yenidən dərk olunması üçün vasitələrdir… Sənət yolu ilə dərketmə! Sosial sıxıntılar, darıxmaqlar, itki və ayrılıq notları mənim dünyamda xaric səslənir. Komplusiv-obsessiv psixoloji pozuntu halından əziyyət çəkən insan ağrıları, atasını itirən və maddi yoxluqların qurbanına çevrilmiş yoxsul, yetim, dışlanmış insan ağrılarından heç də zəif deyil.

Məsələn, Trierin epilepsiyadan əziyyət çəkən qadın obrazı Kurasavanın “Yaşamaq” filmindəki kişi qəhrəmandan daha çox kədərlidi mənim üçün. Faiz nisbətiylə sentimental, lokal olsa da təbiilik, səmimiyyət İran filmlərinə baxmağıma səbəb oldu.
Davamı →

Azadlıq sevgidi

  • Kino
La-Mança şəhərinin kino yaradıcılığına təsiri…
Mənim doğulduğum La-Mança şəhəri İspaniyanın bəlkə də ən quraqlıq olan bölgəsidir. Orda torpaq tünd qırmızı rəngə çalır. Və üst-üstə təbəqələrdən ibarətdir. Uzaqlara baxdığınız zaman dümdüz üfiqi xətt, tək-tük ağac nəzərə çarpır. Torpağın üzərində isə ağır buludlu asiman sonsuza qədər davam edir. Bununla yanaşı çox maraqlıdır ki, La-Mançalı yazıçı və rəssamların çox parlaq və xeyli barokko tərzləri var. Hesab edirəm ki, o qədər də bər-bəzəkli olmayan belə bir mənzərə insana öz fantaziyasını yaratmaqda kömək edir.

Uşaq vaxtı insan özünü sadəcə uşaq kimi görər. Bunun üçün başqa bir şans da olmur. Səkkiz yaşıma qədər La-Mançada yaşamışam. Ancaq filmlərimdə istifadə etdiyim rənglər toplusunu orada tapa bilməzsiniz. Qəribədir ki, həmin rənglərlə çox sonralar Santo-Dominqoda, Kubada, Meksikada rastlaşdım. Oralara ilk dəfə getdiyim zaman artıq karyeramın ortalarında idim. Və həmin rənglərlə elə bütünləşmişdim ki, məni həmin torpaqlara bağlayan genlərə sahib olub-olmadığım haqda maraqlanırdım.
Davamı →

Yarımçıq kino - Abbas Kiarostami

  • Kino
Abbas Kiarostaminin 1995-ci ildə Kinonun Yüz İllik Yubileyi münasibəti ilə Parisdəki çıxışı

Əvvəllər kino zallarında işığın monitorun daha yaxşı görünməsi üçün söndürüldüyünü düşünürdüm. Sonra tamaşaçılara diqqətlə baxanda çox vacib bir nüansı anladım: qaranlıq izləyicinin özünü digərlərindən ayırmasını və tək qalmasını təmin edirdi. Tamaşaçı həm başqalarıyla bərabər, həm də onlardan ayrı idi.

Tamaşaçıya sinematoqrafik bir dünya göstərəndə hər kəs şəxsi təcrübələrinə söykənərək özlərinə xas bir dünya yaratmağı öyrənir. Rejissor olaraq bu yaradıcı alış-verişə inanıram, belə olmasaydı tamaşaçı da, kino da çoxdan ölərdi. Bir çox mətnlərin başlıca problemi oxucunun hekayəyə daxil olmasına imkan verməməsidir.

Hekayəsi olmayan filmlərin tamaşaçı tərəfindən o qədər də qəbul olunmadığı ilə razıyam, ancaq hekayələrin də yazılmayan cümlələrə, tapmacalardakı kimi düşündürməyə, izləyicinin doldurması üçün buraxılan boşluqlara ehtiyacı var. Ya da ki, tamaşaçıların dedektivlər kimi kəşf edə biləcəkləri ipucları olmalıdır.
Davamı →