İngilis dilini öyrənmənizə kömək edəcək filmlər

Yeni dil öyrənməyin ən yaxşı yollarından biri də maraqlı filmlər izləməkdir. Bu vasitə hər zaman işə yarayır və sizə kitablarda tapa bilməyəcəyiniz ifadələri öyrənməyə kömək edir. Oxuyacağınız bu məqalədə baxıb asanlıqla başa düşəcəyiniz bəzi filmlər toplanılmışdır. 

Forrest Gump
Kino tarixinin ən yaxşı ekran əsərlərindən biri olan bu filmə baxaraq siz öz ingilis dilinizi daha da yaxşılaşdıra bilərsiniz. Filmin dili çox sadə və aydındır. Tom Hanks filmdə sözləri tələffüz edərkən aramla danışır və bu da filmi təzə dil öyrənməyə başlayanlar üçün belə rahat imkanlar yaradır.
Davamı →

Niyazi Bədəlov

Azərbaycan kinematoqrafiyası tarixində parlaq iz qoyan görkəmli sənətkarlardan biri də sənədli filmlər ustası, kinorejissor Niyazi Bədəlov olub.

Niyazi Mustafa oğlu Bədəlov 10 iyul 1909-cu ildə Şəkidə dünyaya göz açıb. 1927-ci ildə Şəkidə “Yeni yol” kinoteatrında kinomexanik köməkçisi işinə qəbul edilir. Kino dünyasına bağlanan gənc 1931-1936-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alır. Burada görkəmli sənətkar S.Eyzenşteyndən rejissorluq sənətinin sirlərini öyrənir.

Bakıya döndükdən sonra “Azərbaycanfilm” kinostudiyasında işə düzəlir və ilk işlərini — “Komsomol nəsli” və “Azərbaycan aşıqları” (1938) sənədli filmlərini ərsəyə gətirir. Sonra görkəmli rejissor H.Seyidzadə ilə birgə “Ayna” adlı bədii filmin çəkilişlərinə başlasalar da, iş yarıda dayandırılır. Ancaq o, çəkilmiş materiallardan istifadə edərək 1942-ci ildə “Sovqat” adlı qısametrajlı bədii filmini hazırlayır. Film II Dünya müharibəsinin qızğın çağlarında arxa və ön cəbhədə nümayiş olunur, döyüşçülərdə yüksək əhval-ruhiyyə yaradır.
Davamı →

İran kinematoqrafiyasından 10 ən yaxşı film

  • Kino
Məcid Məcidi, Cəfər Pənahi, Əsgər Fərhadi kimi rejissorları ilə İran filmləri bütün senzura və çətinliklərə baxmayaraq ən yaxşı dövrlərindən birini yaşayır. Hollivudun parıltılı və bahalı filmlərinə alternativ olaraq, İran filmləri keyfiyyəti və öz tərzi ilə diqqət çəkməyə davam edir. Bu filmlərin bir çoxunda sadəlik və səmimiyyət insanı tamamilə filmə köklənməyə, obrazlarla birlikdə sevinib-kədərlənməyə, onlarla dostlaşmağa və dərk etməyə hər bir tamaşaçını sövq edə bilir.

Close-Up (1990)

Abbas Kiorastaminın 90-cı illərdə İran kinosunun yüksəlişə keçməsinə səbəb olan bu ekran əsəri bir film çəkilişindən bəhs edir. Aktyorların yazılmış bir ssenari üzrə personajları canlandırmaq əvəzinə öz rollarını oynaması filmin festivallarda da bəyənilməsinə səbəb olmuşdu.
Davamı →

Öz həyatını canlandıran aktrisa

Vera Alentova. “Moskva göz yaşlarına inanmır” filmində oynadığı rolu ilə böyük şöhrət qazanan bu aktrisa mənim də yeniyetmə yaşlarımdan pərəstiş etdiyim sənətkarlardan biridir. Aktrisa həmin filmdə canlandırdığı kənddən böyük şəhərə gələn, həyatın çətinlikləri ilə üzləşən, xəyanət görən, lakin buna rəğmən zavodda fəhlə işləməklə bərabər əzmi, iradəsi sayəsində institut bitirən, daha sonra karyera qazanan, zavodun direktoru vəzifəsinədək yüksələn, qızını tək böyüdən Katerina Tixomirovanı milyonlarla tamaşaçıya sevdirməyi bacardı.

O, 1942-ci il fevralın 21-də Arxangelsk vilayətinin Kotlas şəhərində anadan olub. Valideynlərinin ikisi də teatr aktyoru olub. Vera 4 yaşında ikən atası dünyasını dəyişir. Anası həmişə ona təsəlli verərək deyirdi ki, qorxma, sənin bütün işlərin yaxşı olacaq. Çünki Allah yetimlərə kömək edir. Bir müddətdən sonra onlar Ukraynaya köçürlər. Geniş fantaziyaya malik Vera qonşu uşaqlarla birgə səhnəciklər düzəldir, köhnə pərdələrdən paltarlar tikir və onları güllərlə, yarpaqlarla bəzəyirdi. Anası teatrla qastrollara getdiyindən onlar müxtəlif şəhərlərdə olurdular. Vera məktəbə Ukraynada getsə də, orta təhsilini Altayda bitirir, Barnaul şəhərində tibb institutuna daxil olur.
Davamı →

Əlil arabasında ömrünü başa vuran “Kefcil”

  • Kino
İlk dəfə onu uşaq vaxtı sevərək baxdığım “Gələcəkdən gəlmiş qonaq” filmində görmüşdüm. Bu filmdə o, zalım kosmik pirat Veselçak (“Kefcil”) rolunu oynayırdı. Sonralar digər filmlərdə məşhur rollarını görsəm də, nədənsə yaddaşımda elə Veselçak kimi qaldı...

SSRİ-nin Xalq artisti Vyaçeslav Nevinnı 1934-cü il noyabrın 30-da Tula şəhərində anadan olub. Atası silah zavodunda, anası isə dəmir yol vağzalında katibə işləyib. Teatra uşaq yaşlarından həvəs göstərib. Məktəbdə oxuyarkən teatr dərnəyinə yazılıb və tamaşalarda oynamağa başlayıb. 1954-cü ildə orta məktəbi bitirən Vyaçeslav sənədlərini Moskva Akademik Bədaye Teatrının (MXAT) məktəb-studiyasına verir.
Davamı →

Tarkovskinin aynası

  • Kino
ЗеркалоTarkovskinin rejissor kimi üzərində işlədiyi sayca yeddinci filmi “Ayna” haqqında yazmağın böyük məsuliyyət tələb etdiyinin fərqində olsam da, bu ehtiyacımı ödəməkdən boyun qaçırmaq mənə olduqca ağırdır. Rejissorun təbirincə desək, haqqında bir nəfərin belə məqalə yazmadığı bir film barədə məni yazmağa vadar edən səbəblər müxtəlifdir. Bunlardan bəzilərini – müharibənin təhtəlşüurda və maddi aləmdəki ağır nəticələri, müharibədə insan, siyasi strukturun yaratdığı məhdudiyyətlər – bəri başdan deməyə bilmərəm.
 
Heç bir Tarkovski filmi bir rəng deyil. Bəlkə də, ümumiyyətlə, sənət və sənət filmlərinin ən mühüm xüsusiyyətlərindən biri onun hər bir insana müxtəlif formada təsir bağışlamasıdır. Ancaq bu sənətin aristokratlığını azaltmır. Əksinə, onu duymaq üçün tamaşaçı mütləq əvvəlcədən müəyyən hazırlıq keçməlidir.
 
Buna baxmayaraq, “Ayna” filminin bənzər təsirini bu və ya digər formada hər kəs öz üzərində hiss edə bilər. Bu mənada “Ayna” hardasa bir rəng və olduqca özünəməxsus filmdir.
Davamı →

Bu Həftənin Filmləri! (Fevral 8-14)

Bu həftə Bakının kinoteatrlara 4 film daxil olur. Filmlərdən üçü ABŞ, biri isə Türkiyə istehsalıdır. Şəhərin bütün böyük kinoteatrlarında nümayiş olunacaq «Deadpool» filmi ilin ən gözlənilən filmlərindən sayılır.
Bu yazıda filmlər haqqında məlumat əldə edə və mənim subyektiv fikirlərimlə tanış ola bilərsiniz.

 Posters

Davamı →