Kinomagiya

  • Kino
Fizikada «enerjinin itməməsi» qanunu var. Bu qanuna görə, enerji heçdən yaranmır və heçə getmir. Bir şəkildən başqa şəklə düşür. Kino nə qədər material sənətdirsə, o qədər də ideoloji, psixoloji hadisədir. Və baş verən əhvalatın enerjisi yalnızca lentlərə yox, aktyorlara, məkana və hətta zamana hopa bilər. Bu yazıda o kino teyfi (teyf — ruh, kabus) haqqında danışacağıq.

Təqlidin lənəti
Ölümündən sonra postmodernizm zamanında məşhurlaşan və qədri bilinən fransız sosioloqu Qabriel Tard sosial proseslərin üç əsas tipini ayırırdı: təqlid, əks mövqe və adaptasiya. Ona görə sosial proseslər bu üç qanun-prinsiplərlə davam edirdi. O, özünün «Təqlid qanunları» əsərində bunu geniş izah edirdi. İdealın təqlidi, nümunəyə əsaslanan təqlid və qarşılıqlı təqlid. Qarşılıqlı təqlid insanların qarşılıqlı təsirindən yaranırdı. Əlbəttə, Tard dövrümüzdə yaşasaydı, televiziyanın və kinonun, vizual vasitələrin həyatda bu qədər nüfuzunu görsəydi, öz nəzəriyyəsindən bir daha arxayın olardı. Hərçənd o, belə də hər şeyi görə bilirdi. Tard «Gələcəyin tarixindən qeydlər» yazan bir fikir adamı idi.

Bu gün televiziya-kino, virtual şəbəkələr təqlidin əsas ötürücüsüdür. İnsanlarmı TV-də gördüklərini təqlid edir? Televiziyamı baş verənləri ekranda təqlid edir? Yoxsa televiziyada göstərilənlər təkrarən baş verir? Biz kinonu təqlid edirik, yoxsa kino bizi? Tək görünən nədir? Təqliddən lənətlənmiş kimi yaxa qurtarmaq olmur. Və bu «təqlid» həyatımızı məhv etmək gücünə malikdir. Kriminal xəbərlər artdıqca, təfərrüatları yayımlandıqca cinayətlər də artmaqda davam edir. Televiziya, kino, cəmiyyət, təbiət bir birini təqlid edir.
Ardı →

Qorxu qandaldır, ümid isə azadlıq

  • Kino
   Amerikan rejissoru Frenk Darabont yazıçı Stiven Kinqin povesti əsasında çəkdiyi “Şouşenkdən qaçış” filmi insan ağlı, qətiyyəti və ümidinin sərhədsiz olması haqqında çəkilmiş ən yaxşı filmlərdən biridir desəm yəqin ki, yanılmaram. 1994-cü ildə ekranlaşdırılmış bu film Kinopoisk saytının 2012-ci ildə keçirdiyi sorğusuna əsasən 250 film arasında birinci yeri tutmuşdur. Frenk Darabont öz yaradıcılığında iki böyük şedevr yaratmışdır və onlardan birincisi yaradıcı və aktyor heyətinə böyük şöhrət gətirmiş “Şouşenkdən qaçış” filmidir.
Davamı →