Ziya Səfərbəyovun "Mənim lənətlənmiş dünyam" kitabı artıq satışda...

Ziya Səfərbəyovun «Mənim lənətlənmiş dünyam» kitabı artıq satışda...
Artıq satışda...

Oxuculara təqdim olunan “Mənim lənətlənmiş dünyam” kitabı çıxılmaz halda olan üç insanın taleyindən bəhs edir. Ağır bir xəstəliklə mübarizə aparan gənc qadın, öz acizliyini unutmaq üçün hər gün sevərək, qulluq etdiyi “brunfelsiya” adlı zərif bir çiçəyin gözəlliyində təsəlli tapmağa çalışır.
Məşuqəyə görə ailəsindən imtina edən vəfasız atanın oğlu, anasının intiharı ilə barışa bilmir. Narkotikdə təsəlli tapan oğlan öz taleyini puç etməklə yanaşı, günahsız və məsum bir qızı zorlayaraq, onun həyatında unudulmaz bir iz qoyur. 
Zorlanmış qızın acınacaqlı taleyi, onun cəmiyyətdə üzləşdiyi problemlər, ittihamlar, mühakimələr və həyat yolunda rast gəldiyi insanların ətrafında baş verən hadisələr burulğanı, bir anlıq olsa belə sizləri qəddar reallıq ilə qarşı-qarşıya qoyacaq. Bir kövrək, əlacsız qızın cəmiyyətlə olan mübarizəsi nə ilə bitəcək? Qüvvələrin qeyri-bərabər olduğu bu mübarizədə kim qalib gələcək?
Davamı →

"Kitab Allahı" | Elman Mustafayev

Heydər Əliyevin sözünü kəsən, DİN mayorunun rütbəsini sökdürən, Orxan Pamuku təəccübləndirən — Elman Mustafayev
 Hələ sentyabr ayında işdə həmkarlarım arasında kiçik bir sorğu keçirib, ölkənin maraqlı adamlarının siyahısını hazırlamışdım. İndiki zəmanədə nə qədər təəccüblü görünsə də, özünə yemək əvəzinə axırıncı pulunu kitab almağa xərcləyən həmkarım Vəfa xanım (bəlkə bu tərifə görə, mənə yenə kitab bağışladı) çox getdiyi bir ünvanda — Qız Qalasının düz yanındakı kitab mağazasında gördüyü həm müdir, həm satıcı, həm də maraqlı həmsöhbət olan Elman Mustafayevin adını çəkdi. «Niyə də yox», dedim. Həm də əlavə etdim ki, Elman müəllim mənim dostumun dayısıdır. Amma «operativ»liyimi nəzərə alsaq, Qız Qalasının yanına getməyim bir xeyli uzandı. İki aydan sonra, noyabrda təsadüfən həmin dostum Zaur Şəkidən Bakıya gəldi. Özü də məndən xahiş elədi ki, dayımın yanına getmək istəyirəm, məni ora apar. Bax, bu lap yerinə düşdü.Zaurla birgə getdik də, Elman müəllimin bir çayını içdik də, müsahibə üçün razılığını aldım da… Demişdim axı, operativ işləyirəm. Yenə aradan bir ay keçdi və nəhayət, Qız Qalasının yanındakı kitab mağazasına getmək mənə nəsib oldu. Guya bir saatlıq getmişdim. Bir də ayıldım ki, bizim söhbətimiz və Elman müəllimin əla likörünün dadı mənə vaxtı unutdurub. Düz dörd saatdan artıq Azərbaycanın və bəlkə də Qafqazın yeganə ən çox təcrübəli KİTAB ADAMI (seçdirmə mənimdir — E.X.) ilə həmsöhbət olmuşam. Uzun-uzadı yazmadan, söhbətimizin yadımda qalan ən maraqlı məqamlarını Sizə də danışacağam.
Davamı →