Kitab çap etmək üçün 7 qayda
Naşir Penni C.Sansevieri bir yazıçı ilə söhbət edərkən, ya da ondan bir e-mail alarkən adətən belə bir cümlə ilə qarşılaşdığını deyir: “Kitabım çapa hazırdır”.
Amma bu kitabların çoxunun həqiqətən çapa hazır olmadığını deyən Sansevieri bir kitabın çapa hazır olması barədə 7 maddəlik siyahı hazırlayıb.
1. Kitab bazarını yaxşı bilmək. Bu maddə çox vacibdir. Kitab bazarının kodlarını yaxşı bilməniz lazımdır. Mühiti, kitabınıza və çap təcrübənizə təsir edəcək amilləri bilməlisiniz. Bunu necə etmək olar? Nəşr olunmuş kitablar haqqında yazılanları oxumaq, bloqları araşdırmalısınız ki, kitab bazarında baş verənləri anlaya biləsiz.
2. Yazdığınız kitabın janrı və bu janra bazardakı tələbatı analiz etmək. Bu nöqtə adətən diqqətdən qaçır. Kitab bazarında hansı janrların daha çox satıldığını bilirsinizmi? Sizinlə eyni mövzuda yazan başqa kim var? Onların kitablarını alıb oxumusunuzmu? Kitab bazarında nəyin trend olduğunu, hansı kitabların satılıb, hansı kitabların satılmadığını bilmək sizin üçün vacibdir.
Ardı →