Niyə kitab oxumuruq?!

Mütəxəssislər bunu ciddi ədəbiyyatın yaranmaması, dil baryeri və texnoloji inkişafla əlaqələndirirlər

İlk kitab çapından beş əsrdən çox vaxt keçir. Yüzilliklər ərzində kitab çapı avadanlıqları, üsulları əsaslı dəyişiblər. İlk dəfə almaniyalı alim İohan Quttenberq tərəfindən 1445-ci il sentyabrın 30-da xristianlığın müqəddəs kitabı «Bibliya» metal lövhələrin köməyi ilə çap olunub.

Davamı →

Kitab oxumağın zərərləri

Tarix boyu dünyanın hər yerində, bütün sivil cəmiyyətlərdə kitab oxumaq müqəddəs bir ayin kimi tanınıb, təbliğ edilib.
Zaman-zaman “kitab oxunmur”, “satılmır”, “oxucu sayı kəskin azalıb” şəklində narahatlıqlar eşidirik. Bu qayğılar bəşəriyyəti, az qala, qlobal isinmə, buzlaqların əriməsi, nüvə bombasının atılma ehtimalı qədər narahat edə bilir.

Davamı →

Kənan Hacı - Ağrı dodaqlanmayan saitlər şəklində... Ötmüş zaman üçün remeyk

Bu faylı açdığım vaxtdan yarım saat keçib, ilk cümləni indi yazdım. Gün ərzində ilk siqaretimi yandırıram, tüstü həmişəkindən fərqli olaraq acı və yandırıcı olur. Can ağrısı adamın ağzından qalın saitlər şəklində çıxır: aaa, ıııı… Belə anlarda ağıla ancaq sait səslər gəlir. Gecənin səssizliyində bu dodaqlanmayan saitlər zəif iniltiyə çevrilir, səsboğucu silah kimi adamı öldürür. Ağrını içində boğursan, yanındakı adamın yuxusunu pozmaq istəmirsən.Elə insanlar var ki, ağrı onların ağzı, burnu, saçı kimi anadangəlmə olur. Bu ağrı onlarla birgə doğulur və onlarla birgə də dünyasını dəyişir.
Dərddi, ağrıdı, kədərdi, ayrılıqdı, bunlar dodaqlanmayan məfhumlardır. İnsan həmişə ağrıyan yerinə tərəf əyilir, ağrı insanın ən zəif nöqtəsidir. Mənim ağrım anadangəlmədir, müalicəsi yoxdu. Anadangəlmə xəstəliklərin müalicəsi olmur.

Davamı →

Azalanda çoxalan xoşbəxtlik – “Minimalizm” kitabı haqqında

Ətrafda səs-küy, qaçaqaç, harasa tez çatmaq istəyi, gec qalmaq qorxusu, varlıq içində yoxluq, yoxluğun bolluğu, sahib olduqlarımızın həzzini, olmadıqlarımızın xiffətini çəkə-çəkə ömür bitir.
Doğulanda balaca qarına, öləndə balaca qəbirə yerləşən insan yaşayarkən yerə-göyə sığmır. Bəs nə edək sualına “Minimalizm” kitabında çox gözəl cavab veriblər.

Davamı →

Kitab oxumaq niyə vacibdir?

Son dövrlərdə bir çox hadisələr bizə neqativ təsir edir – xüsusən də, stres və səhv qərarlar. Bir neçə il əvvəl nələrisə dəyişsəydik, bu gün bəlkə də daha xoşbəxt olardıq. Xoşbəxtlikdən sağlamlığımızı və rifahımızı qorumaq və yaxşılaşdırmaq üçün mistik iksir və ya milyon dollarlıq məhsul lazım deyil. Sağlam olmaq üçün reseptimiz əlimizin altındadır — sadəcə bir kitab.

Davamı →

Mədəni zorakılıq edən adamlar

Təxminən dörd il qabaq Bakının məşhur kitab mağazalarından birində satıcı-məsləhətçi vəzifəsində işləyirdim. Gün ərzində yüzlərlə müştərinin kitab zövqünə uyğun əsərlər məsləhət edirdim, onlar üçün yaxşı üz qabığı olan, yaxşı hekayəsi olan romanlar seçirdim.
İki il bu işlə məşğul oldum. Deyilənə görə, gülərüz və səbrli satıcı olduğum üçün müştərilər mağazaya girəndə məni axtarırlarmış. Özümü tərifləmək istəmirəm, amma həqiqətən, elə adamlara, elə “kitab əhlinə” dözürdüm ki, səbr edib onların nazı ilə oynayırdım ki, kənardan özümə baxsam, ya peyğəmbər kimi görünərdim, ya da Qandi kimi.

Davamı →

Elias Kanetti | Məni formalaşdıran kitablar

Məktəbə getməyə başladıqdan bir neçə ay sonra bütün gələcək həyatımı müəyyən edən əlamətdar və həyəcanlı bir hadisə baş verdi. Atam mənə bir kitab gətirdi. O, məni biz uşaqlar üçün yataq otağı kimi ayrılmış arxa otağa apararaq izah etməyə başladı. Bu kitab uşaqlar üçün nəşr olunan «The arabian Nights» – «Min bir gecə» idi. Kitabın üz qabığında rəngbərəng bir şəkil vardı, deyəsən, Ələddin və sehrli çırağı idi. Atam mənə ruhlandırıcı sözlər deyir, ciddi tərzdə danışır, kitab oxumağın böyük bir sevinc olduğunu söyləyirdi. O, kitabdan bir əhvalatı ucadan oxuyub dedi ki, bu kitabdakı digər əhvalatlar da bu əhvalat qədər gözəldir. Sonra əlavə etdi ki, oxuduqlarım barədə axşam ona danışım. Bu kitabı oxuyandan sonra başqa bir kitab gətirəcəyini də söylədi. Xahişi təkrarlamağa ehtiyac qalmadı, oxumağı yenicə öyrənməyimə baxmayaraq, bu ecazkar kitabı əlüstü oxumağa girişdim və artıq axşamlar atama söyləyəcək nəsə var idi. O, öz vədinə əməl etdi – hər bitmiş kitab dərhal yenisi ilə əvəz olunur, oxumaq bir gün də olsun kəsilmirdi.

Davamı →

Uşaqlara kitab oxumağın faydaları

Uşaqların məktəbdə, işdə və ümumiyyətlə həyatda uğur qazanması üçün oxu bacarıqlarının əhəmiyyəti danılmazdır. Onlara çox erkən yaşlarından kitab oxumaqla övladlarınızın uğurlu olacağına zəmanət verə bilərsiniz. Gəlin, uşaqlara kitab oxumağın ən böyük faydalarını və mütaliənin onların gələcəyini necə dəstəkləyə biləcəyini öyrənək.

Davamı →

Günel Mövlud dünyanın kitab paytaxtından yazır

Bir yazıçı olaraq, sosial şəbəkə hesablarımda dostluq siyahım əsasən kitab işi ilə bağlı, ya da mətbuatla əlaqəli insanlardan ibarətdir. Naşirlər, yazıçılar, jurnalistlər, tərcüməçilər...Bu siyahıda xeyli insan da qonşu Gürcüstandadır.
Bu il başlayandan, dostluq siyahımdakı gürcülərin paylaşımları birdən-birə intensiv və rəngarəng olmağa başladı, ana səhifəmi Tbilisidəki kitab tədbirlərindən çəkilmiş isti, hərəkətli videolar, şəkillər bürüdü. Heyranlıq və həsədlə baxdığım bu fotoların çoxluğu təəccüblü deyildi, axı Gürcüstanın paytaxtı Tbilisi 2021-ci idə “Dünyanın kitab paytaxtı” elan edilib. Və il başlayandan Tbilisi dünyanın bütün ölkələrindən axışıb gələn yazarların, şairlərin, naşirlərin toplaşdığı mədəniyyət mərkəzinə çevrilib.

Davamı →

18,6 sm haqqında

Soruşanda ki, kimin başı gəşəngdir, tısbağa öz başını çıxartdı.
Atalar məsəli

Müxtəlif vaxtlarda, müxtəlif zamanlarda dəfələrlə cəhdlər etsəm də, dəfələrlə ətrafında düşünsəm də, bu suala heç cür cavab tapa bilmirəm: necə oldu 18,6 sm romanını yaza bildim?
Desəm ki, romanı hər şeyi dərk edərək, planlı şəkildə, qazandığım təcrübəyə söykənərək yazmışam, bu, tərtəmiz yalan olar. Desəm ki, 18,6 sm sırf dəliliyin, ipə-sapa yatmamağın nəticəsində yazılıb, bu da düzgün cavab sayılmaz. İstəyirəm deyəm 18,6 sm taleyim, alın yazımdır, amma alın yazısına da inanmıram.

Davamı →