Oxuyan qızla sevgili olmaq

Oxuyan bir qızla sevgili ol. Pulunu pal-paltar əvəzinə kitablara sərf edən bir qızla sevgili ol. Kitablarından dolayı rəfinə sığa bilməz o. Oxuyacağı kitabların siyahısını tutan, 12 yaşından bəri kitabxana kartı olan bir qızla sevgili ol.

Oxuyan bir qız tap. Oxuyan bir qız olduğunu çantasında hər zaman oxumaqçün kitab gəzdirməyindən anlaya bilərsən. Kitab dükanında sevgiylə rəflərə baxan və axtardığı kitabı tapanda səssizcə sevinəndir o. Bukinistdə köhnə bir kitabın səhifələrini qoxlayan gözəl xanımı gördünmü? Bax, o oxucudur. Üstəlik kitabın səhifələri saralıbsa qoxlamadan durmaz...

Kafedə kimisə gözləyərkən oxuyan qızdır o. Fincanına göz gəzdirsən qəhvəsinin soyuduğunu görərsən, çünki kitaba dalıb. Yazarın yaratdığı dünyada qeyb olub. Sən də bir stul çək, otur yanında. Sənə tərs-tərs baxa bilər, çünki kitab oxuyan qızlar narahat edilməyi sevməzlər.

Ondan kitabı sevib sevmədiyini soruş. Ona yeni bir qəhvə sifariş ver. Murakami haqqında nə düşündüyünü soruş. Coysun “Ulisis”ini başa düşdüyünü deyirsə, deməli intellektual görünməyə çalışır. Alisanı çox sevir, yoxsa Alisa olmaq istəyir, bunu soruş.
Ardı →

Kitabdan reallığa

Bu təəccüblü olsa da bəzən yazıçılar özləri də bilmədən hər hansısa əsəri yazanda fantaziya gücünü işə salaraq müəyyən fenomeni, ideyanı irəli sürürlər hansı ki, hələ mövcud deyil. İndi biz sizə bu kitabların adını və ideyalarını göstərəcəyik hansılar ki, illər sonra reallaşmışdı.

1. ”Atom bombası” söz birləşməsini ilk dəfə yazıçı Herbert Uells işlətmişdi. O, “Dünyanın azad edilməsi” kitabında bu fikirdən istifadə etmişdi. Maraqlısı odur ki, kitab 1913-cü ildə işıq üzü görmüşdü. Yəni 1-ci Dünya müharibəsindən əvvəl və hamıya məlumdur ki, atom bombası 2-ci Dünya müharibəsinin sonu 1945-ci ildə sınaqdan keçmişdi.

2. Struqas qardaşlarının “Günorta, XXII əsr” povestində “Kaspar-Karpor” sitemindən istifadə etmişdi. Bu metod beynin sürətinin köçürülməsi və riyazi modelinin yaradılmasına xidmət göstərir. Əsər 1962-ci ildə çap edilmişdi. O zaman Anatolu Karpovun 11 yaşı vardı, Qarri Kasparov isə hələ dünyaya gəlməmişdi.

3. Artur Konan Doyl Şerlok Holms hekayələrində bir çox kriminal metodların adını çəkmişdir hansılar ki, hələ polislərə məlum deyildi. Bura siqaretin külü, yazı maşınlarının identifikasiyası, hadisə yerinə lupa ilə nəzər salmaq kimi metodlar daxildi. Nəticədə polislər Holmsun bu və digər metodlarından istifadə edərək cinayət işlərinin üstünü açırdılar.

4. Rey Brenderi öz zamanında ideya baxımından qulaqcıqların ən müasir növünü yaratmışdı-hansını ki, ” damcılar” adlandırmışdı. O “ Faranqete görə 451 dərəcə” adlı əsərində bu ideyanı irəli sürmüşdü. Roman 1950-ci ildə yazılmışdı. O zaman hansı növ qulaqcıqların mövcud olduğunu yəqin ki, bilirsiniz.
Ardı →