Elxan Elatlı kitabları | Kitablar haqqında

Detektiv romanlar müəllifi Elxan Elatlının kitabları oxucularda böyük maraq və həyəcan hissi yaratmağı bacarır. Bu səbəbdəndir ki, ölkədə ən çox satılan kitabların siyahısında onun əsərləri də yer alır. Bu məqalədə kitabsevərlərin könlünü qazanmış Elxan Elatlının 7 kitabında məlumat verəcəyik.

1. “Bakıdan Gələn Xəfiyyə”


Davamı →

Kitab oxumağın zərərləri

Tarix boyu dünyanın hər yerində, bütün sivil cəmiyyətlərdə kitab oxumaq müqəddəs bir ayin kimi tanınıb, təbliğ edilib.
Zaman-zaman “kitab oxunmur”, “satılmır”, “oxucu sayı kəskin azalıb” şəklində narahatlıqlar eşidirik. Bu qayğılar bəşəriyyəti, az qala, qlobal isinmə, buzlaqların əriməsi, nüvə bombasının atılma ehtimalı qədər narahat edə bilir.

Davamı →

Xoşbəxt xatirələr sənəti

Baş verənlərə şükür etməli olduğumuz bir neçə müsbət səbəb var. Onlardan biri də sonraya buraxılan kitabları oxumaqdır. Beləliklə, Mayk Vikinqin «Xoşbəxt xatirələr sənəti» kitabına əlim çatdı və xatırladığım şeyləri düşünməyə başladım.
Daha aydın desək, kitabın müəllifi Kopenhagendəki Xoşbəxtlik Tədqiqatı İnstitutunun rəhbəridir. Yenidən oxuyun! Xoşbəxtlik Tədqiqat İnstitutu! Coşqu və koronavirus depressiyası həyəcan ilə anidən Danimarkaya köçməyi düşünənlərin vaxtına qənaət edib bildirim ki, – currently no job offers available. Bu institutun komandası insanların nələr hiss etdiklərini, həyatlarında nəyi xatırladıqlarını, insan xoşbəxtliyinin necə formalaşdığı və ümumi olaraq nədən ibarət olduğunu araşdırır. Hygge və Lykke kitablarını çoxdan oxumuşam.

Davamı →

Həbsxanada yazılan əsərlər

Migel de Servantes – “Don Kixot”
Dövlət xəzinəsinin yeyilməsi səbəbi ilə həbsə atılan Servantes dörd divar arasında bəşəriyyətin ən möhtəşəm romanlarından olan “Don Kixot”u yazmağa başlayır. Həbsxana həyatı da elə uzun deyildi. Və yazıçı burda “Don Kixot” kimi əfsanə romanı bitirməyə müvəffəq oldu.
Adolf Hitler – “Mənim mübarizəm”
Hitlerin Landsberq həbsxanasında dostu Rudolf Hess tərəfindən qələmə alınıb. Kitab iki cilddədir. Həyatını, siyasi baxışlarının dəyişilməsində rol oynayan təsirlər, yəhudilər haqqındakı ilk fikirləri, müharibə xatirələri bu kitabın əsas mövzusudur.
Davamı →