Sərhəddən cənubda, günəşdən qərbdə

Başqalarına arzu təlqin etmək, təxəyyülünü oyatmaq — bunları həyata keçirmək indi mənim növbəmdir. Məndən tələb olunan, bax, budur. Bəlkə də, bu arzu və fantaziyaların enerjiyə ehtiyacı olacaq. Ola bilsin. Ancaq hər halda, varlığım bir məna kəsb edirsə, gücüm çatana qədər bu işi davam etdirməliyəm.

— Mənə yenə əzab verə bilərsən. Bilmirəm, gələn dəfə necə reaksiya verəcəm. Hərçənd, gələn dəfə əzab verən tərəf mən də ola bilərəm. Söz verə bilmərik. Nə sən, nə mən. Ancaq mən hələ də səni sevirəm. Bu qədər. Onu özümə sıxdım, saçlarını sığalladım.
— Yukiko, gəl sabah hər şeyi əvvəldən başlayaq. Öhdəsindən gələrik. İndi artıq gecdir. Səhər yeni gündür. Onda da başlayarıq. Yukiko diqqətlə mənə baxdı və dedi:
— Sən hələ də heç nə soruşmursan.
— Sabah yeni həyata başlayıram. Nə deyirsən?
— Məncə, bu yaxşı fikirdir.
— Üzü güldü.
Davamı →