Beyinyumanın anatomiyası

Kütləvi informasiya vasitələri – televiziya, qəzetlər, virtual media müasir dünyamızın vazkeçilməzinə çevrilib. Az qala, hər saniyə lazımlı-lazımsız informasiyalar qəbul eləyirik. Əfsus ki, bu fasiləsiz informasiya axını həmişə bilgiləndirmək məqsədi güdmür, əksinə dinləyicini, oxucunu, tamaşaçını bu və ya digər istiqamətə yönləndirmək, manipulyasiya eləməyi hədəfləyir və bunun üçün ən müxtəlif üsullardan yararlanır. Ukraynalı sosioloq, publisist Viktor Soroçenko “Təbliğat metodlarının ensiklopediyası” kitabında həmin üsulları təsnifləyib.

Davamı →

Kitab və mədəniyyət | Abuzər Xələfov

Dünyanın böyük mütəfəkkirləri, elm və mədəniyyət xadimləri bəşər mədəniyyətinin inkişafında kitabın əhəmiyyətini olduqca yüksək qiymətləndirmiş, kitabın şəninə bilik mənbəyi, cəmiyyətin inkişafının tərəqqisinin əsas vasitəsi kimi fikirlər söyləmişlər.
Bəşər mədəniyyətinin inkişafının əsas vasitəsi olan kitab, cəmiyyətin yaranmasının erkən dövrlərində meydana gəlmiş, zəmanəmizə qədər cəmiyyətlə birgə addımlamış, formalaşmış, bəşəriyyətin yaddaşına çevrilmişdir. Məhz cəmiyyət maddiləşmiş bu yaddaş (kitab) vasitəsi ilə bəşəriyyətin yaratmış olduğu bilikləri nəsildən-nəsilə ötürməyə nail olmuşdur.

Davamı →

Bədii kitabları necə oxumalı?

Başlığın sonuna qoyduğum sual işarəsi üzərində bir az dayanmaq istərdim. Əgər bu sualı öz şəraitimə, zövqümə, rahatlıq anlayışıma görə cavablandırsam, cavab yalnız özüm üçün əhəmiyyətli olacaq. Sizin üçün bütövlükdə bu yazının bir əhəmiyyəti qalmayacaq. Mütaliə elə məsələdir ki, burada ən yaxşı məsləhət oxucuya kiməsə qulaq asmaması, fərdi bədii zövqünü formalaşması, ürəyinin səsini dinləməsi ilə bağlıdır. Bu şərtlərə əməl etməklə razılaşırsınızsa, o zaman bəzi fikir və tövsiyələrimi paylaşmaqda bir təhlükə görmürəm. Çünki yuxarıdakı şərtlərə əməl edənlərə verilən tövsiyələr onsuz da oxucunun sahib olduğu ən vacib keyfiyyəti – azad düşüncəni korlamayacaq. Hərçənd ədəbiyyat, şeir, mütaliə elə şeylərdir ki, onlara min illərdir ki, qadağa, qayda, şərt işləmir. Voterlo müharibəs32inin tarixi yüz ildir ki, məlumdur.

Davamı →

Uşaqlarla kitabxanaya getmək üçün 5 mühüm səbəb

Dünya miqyasında pediatrlar valideynlərə uşaqları üçün kitab oxumağın üstünlüklərini vurğulayırlar. Uşağı ilə birlikdə kitab oxumaqla daha çox vaxt keçirən valideynlər övladları ilə müsbət münasibət formalaşdırır, uşaqların sosial-emosional inkişafına şərait yaratmış olurlar.

Kitab oxumaq hər yerdə mümkündür lakin, bunun üçün yaradılmış xüsusi mühit və şərait daha məhsuldar şəkildə kitab arxasında vaxt keçirməyə səbəb olacaqdır. Kitabxanalar və oxu zalları həm valideyn, həm də uşaqlar üçün tam uyğun bir məkandır. Kitabxanalara ara-sıra baş çəkmək nəinki uşaq hətta bütün ailədə xoş ənənələrin yaranmasına səbəb olacaqdır. Bunun üçün hətta ailə xüsusi bir gün və saatlar da təyin edə bilər- “kitabxana günü”, “qiraət saatı” və s.
Davamı →

Ziya Səfərbəyovun "Mənim lənətlənmiş dünyam" kitabı artıq satışda...

Ziya Səfərbəyovun «Mənim lənətlənmiş dünyam» kitabı artıq satışda...
Artıq satışda...

Oxuculara təqdim olunan “Mənim lənətlənmiş dünyam” kitabı çıxılmaz halda olan üç insanın taleyindən bəhs edir. Ağır bir xəstəliklə mübarizə aparan gənc qadın, öz acizliyini unutmaq üçün hər gün sevərək, qulluq etdiyi “brunfelsiya” adlı zərif bir çiçəyin gözəlliyində təsəlli tapmağa çalışır.
Məşuqəyə görə ailəsindən imtina edən vəfasız atanın oğlu, anasının intiharı ilə barışa bilmir. Narkotikdə təsəlli tapan oğlan öz taleyini puç etməklə yanaşı, günahsız və məsum bir qızı zorlayaraq, onun həyatında unudulmaz bir iz qoyur. 
Zorlanmış qızın acınacaqlı taleyi, onun cəmiyyətdə üzləşdiyi problemlər, ittihamlar, mühakimələr və həyat yolunda rast gəldiyi insanların ətrafında baş verən hadisələr burulğanı, bir anlıq olsa belə sizləri qəddar reallıq ilə qarşı-qarşıya qoyacaq. Bir kövrək, əlacsız qızın cəmiyyətlə olan mübarizəsi nə ilə bitəcək? Qüvvələrin qeyri-bərabər olduğu bu mübarizədə kim qalib gələcək?
Davamı →

Boş qalan dolu kitabxanalar

Elm və texnologiyanın inkişafı insanı günbəgün təbiilikdən uzaqlaşdırır. Qabaqlar hamımızın görüş yerimiz, bilgi və  elm ocağı olan kitabxanalar yavaş-yavaş virtual alternativləri ilə əvəzlənir. 5-10 il öncə kitabxana salonlarında “iynə atsan yerə düşməzdi”, amma indi bu məkanlara gedənlər barmaqla sayılacaq qədər azdır. Milli.Az xəbər portalı bu dəfə kitabxanaları araşdırır.

İlk kitabxana eramızdan əvvəl olub
Kitabxanalar yazılmışları bir araya yığan, qoruyan, onlardan insanların faydalanmasını təşkil edən xalq evləridir. Bir çoxumuzun vazkeçilməz qiraət və istirahət yeri hesab etdiyimiz kitabxanalar barədə nə bilirik?
Kitabxanalar xidmət formalarına görə milli kitabxanalar, ümumi və ya xalq kitabxanaları, uşaq kitabxanaları, məktəb kitabxanaları, universitet kitabxanaları, xüsusi kitabxanalar, şəhər kitabxanaları və səyyar kitabxanalar kimi növlərə ayrılırlar.
Əsrlər boyunca yazılan və bu gün nəşr edilən milyonlarla kitab kitabxanalarımızı hər gün bir az zənginləşdirir. Lakin təəssüflə qeyd etməliyik ki, son vaxtlar bu sahədə kəmiyyət artsa da, keyfiyyət azalıb.
Ardı →