Kivi mürəbbəsi

Kivi qeyri-adi dada və xarici görünüşə malik olan meyvədir. Kividən çox dadlı mürəbbə hazırlamaq olar. Qonaqlarınızı heyrətləndirmək istəyirsinizsə, çay süfrənizi bu mürəbbə ilə bəzəyin.

İnqrediyentlər:
Kivi — 1,5 kq
limon şirəsi — 1 xörək qaşığı
şəkər tozu — 1 kq

Hazırlanması:
1. Meyvələri yaxşı yuyun və qabıqlarını soyun.
2. Kiçik dilimlərə doğrayın və divarları qalın olan qazana qoyub üzərinə limon şirəsini tökün.
3. Mürəbbəni vam odda vaxtaşırı olaraq qarışdıra-qarışdıra bişirin.
4. Meyvə tam yumşaldıqdan sonra, şəkər əlavə edin, yaxşı qarışdırın və orta odda 15-20 dəqiqə ərzində bişirin.

Nuş olsun!
Davamı →

Kivinin 10 faydası

  • Flora
Kivi kiçik bir meyvə olmasına baxmayaraq, faydaları çoxdur. Əsil vətəni Çindir. Kivinin faydaları ilə tanış olaq:

1. Kivinin təxminən 100 qr-da 98 milliqr. C vitamini vardır. Kivini səhər yeməklərində yemək məsləhət görülür. Bədənə C vitaminini daxil edir və immun sistemini möhkəmləndirir. Yüksək qan təzyiqi, allergiya və zökəmlə mübarizə aparır. C vitamini ən güclü anti-oksidant hesab olunur.

2. Kivi stressi azaldır, sakitləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır.

3. Kivi qəbizliyin dərmanıdır. Kivinin tərkibində çoxlu liflər olduğu üçün bağırsaqların hərəkətini tezləşdirir. Nəticədə qəbizliyi aradan qaldırır.

4. Kivi bədəndə olan artıq mayeni dəf edir. Kivinin çox hissəsi sudan təşkil edildiyinə görə, kalorisi çox azdır. Onu yeyən insan toxluq hiss edir. Nəticədə bu meyvə arıqlamağa şərait yaradır.
Davamı →

Yalnış qaydada yediyimiz meyvə və tərəvəzlər

Ola bilsin ki, siz düzgün təmizlmə qaydalarını bildikdən sonra daha çox meyvə və tərəvəzlərdən istifadə edəsiniz.
Sizə düzgün istifadə etmədiyiniz 5 məhsulu təqdim edirik.

Protağal və naringi
Siz bu narıncı sitrusları çox xoşlayırsınız ama onların təmizləyərkən əliniz yapışqan olur? Sizə bu C vitamini ilə zəngin meyvələrin düzgün istifadsini təqdim edirik: bunu üçün sadəcə meyvənin alt və üts  hissəsinin kəsmək və qabığının çıxartmaq lazımdır.


Ardı →

Kivi

  • Flora

kiviKivi çox “cavan” giləmeyvədir. Bizə Yeni Zelandiyadan “gələn” kivi XIX əsrdən tanınır.

Bu möcüzəli giləmeyvə müxtəlif vitamin və mikroelementlərlə olduqca zəngindir. Mütəxəssislərin fikirlərinə görə məhz kivi C vitaminin miqdarına görə bütün sitrus meyvələri arasında birinci yer tutur. Bundan əlavə kividə B2, B3, B9 (fol turşusu), B6, A, E, PP  vitaminləri, maqnezium, kalium, dəmir, fosfor, yod, mis, sink və s. mikroelementlər var.

Zəngin vitamin-mineral tərkibi ilə yanaşı, kivi azkalorili giləmeyvədir. Bu səbəbdən  kivi diyetik qidalar sırasına daxildir. Öz çəkisindən narazı olan və ya çəkisini azaldmağa çalışan insanlar fikirləşmədən bu meyvəni qəbul edə bilərlər. Kivi orqanizmdə olan piyləri əridir.

Kivi insanın immun sitemini möhkəmləndirir, orqanizmin müdafiə və bərpa funksiyalarını gücləndirir, orqanizmin streslərə qarşı davamiyyətini yüksəldir. Həkimlərin fikirlərinə görə, kivi onkoloji xəstəliklərinin profilaktikasında böyük rol oynayır.


Ardı →