Mənəviyyatsız qadın, yoxsa ləyaqətsiz kişi?

Bizim cəmiyyətimizin uğur göstərə bilməməsinin səbəbi, qadınlarımıza qarşı göstərdiyimiz laqeydlik və qüsurlardan doğur. Atatürk

Bu günlərdə hansı sosial şəbəkəni açıramsa gözümə dəyən əsas yazıların qayəsində qadın-kişi münasibətli yazılar görürəm. Sanki biri digərinə qadının kişidən və yaxud kişinin qadından daha ağıllı olduğunu sübut etmək istəyir. Bu mövzuda yazmaq rahatdırmı? Yoxsa heç bir dəlil-sübuta, fakta əsaslanmadığı üçün, şəxsi fikrin, subyektiv düşüncənin məhsulu olduğundan az müzakirə olunacağı qənaətindənmi bu tip yazılar çoxalıb, bilmirəm. Bir onu bilirəm ki, bəzi qondarma «qələmşünaslara», adının qarşısında «yazıçı» sözünü oxuduqda aldığı həzzdən stuluna yayxanan bu tiplərə qadını aşağılamaqla ağıllarına gələni yazmaq çox rahatdır.
Davamı →

Qadın hüquqları: kişilər bizi qoruyur?!

Çox zamanlar hər hansı bir “fahişə” haqqında fikir eşidəndə ilk etdiyimiz onu qınamağımız olur. Düşünmürük axı onun həyat tərzinin arxasında hansı hadisələr durur. Düşündürücüdür deyilmi?! Hansı qadın yaxşı həyatdan imtina edib bədənini satar, bədəninə hər əfəlin toxunmasına izn verər, əldən-ələ keçər? Kimlərinsə manyak fantaziyalarının qurbanı olar? Düşünün! Kim yaxşı, rahat həyatdan qaçıb bu yola düşər?! Hansısa qadının həyat hekayəsini bilmədən onu qınamağımız, hüququnu tapdalamamız deyilmi?
Davamı →

Baba Pünhan- "Kişi"

Kişi var ki, kişidir, amma kişiynən işi yox,
Kişi var, nakişidir, amma deyir ki, kişi yox.



Kişi var, ağzı cırıqdır, sözü dişdən tökülür,
Kişi var, ağzı bütövdür, amma bir cüt dişi yox…


Ardı →

Kişiləri qoruyun!

Tarixə düşən bu cümlə tanınmış bir demoqrafa məxsusdur. Demoqraf və həkimlərin müşahidələrinə görə, kişilər qadınlardan daha az yaşayır.

Bu tendensiya, demək olar, bütün ölkə və millətlərə xasdır. Orta hesabla qadınlar kişilərdən 7-10 il çox yaşayır. Bunun səbəbləri nədədir?

1. Bioloji səbəb. Həkimlərin müşahidələrinə görə, kişi cinsinə mənsub olan rüşeymlərin sayı bir neçə dəfə çox olur. Lakin buna baxmayaraq qızlar daha tez-tez doğulur. Məsələ burasındadır ki, müşahidələrə görə, uşaqsalmalar zamanı daha tez-tez hallarda məhz oğlanlar həlak olur. Belə ki, oğlanlar qızlarla müqayisədə daha «incə məxluqdurlar».

Burada da hər şey qurtarmır. Həyatın 1-ci ilində doğulan oğlanlardan müxtəlif səbəblərə görə qızlarla müqayisədə 20% çox uşaq həlak olur. Beləliklə, qızların həyat davamlılığının səviyyəsi oğlanlarla müqayisədə daha yüksəkdir.

2. Ehtiyatsızlıq və risk. 1 yaşından 4 yaşına qədər olan yaş qrupunda da oğlan uşaqları arasında ölüm halları qızlarla müqayisədə daha çoxdur. Bunun səbəbi — qızların oğlanlarla müqayisədə daha diqqətli, ehtiyatlı və qorxaq (yaxşı mənada) olmasıdır.

Bu tendensiya, demək olar, bütün yaş qruplarında dəyişilmir. Kişilər qadınlarla müqayisədə daha riskli və ehtiyatsız olur. Bu səbəbdən də bədbəxt hadisələr, ağır qəzalar, zəhərləmələr və s. kişilərin iştiraki ilə daha tez tez baş verir.


Ardı →

Nə üçün qızların elçiliyə getmə haqqı yoxudur? Nə üçün həmişə seçilməlidirlər?

  
 Nə üçün qadın ehtiyac simvoludur? Nə üçün qızların elçiliyə getmə haqqı yoxudur? Nə üçün həmişə seçilməlidirlər?

Təbii psixologiyasına əsasən, ehtiyaclı olan bir varlıq seçir. Seçilən bir kəs seçən kəsin istəyini təmin edir. Buna əsasən deyilə bilər ki, qadın evlilik və yaşayış məsələsində zənginliyin simvoludur. Onun misalı yalnız varlığını göstərən gül kimidir. Kişi isə ehtiyac simvoludur ki, həyat ehtiyacını təmin etmək üçün bu gülün ətrafında dövrə vurur.

Bu arada qadının seçilməsi məcburi bir məsələ deyil. O, bəzi seçicilərini rədd edə bilər. (Əlbəttə, məsumlardan (Allahın salamı olsun onlara) nəql olunan rəvayətlərə əsasən, bu ehtiyacı oğlanlara və o zənginliyi qızlara vermiş olan Allah, zənginlik vasitəsindən istifadə edərək, heç bir dəlili olmadan ehtiyaclı olan elçini özündən uzaqlaşdırmağı qıza münasib bilmir.)

Ardı →

Onunla kral kimi rəftar et, kraliça ol!

1620-ci ildə poznanlı İshaq Ben Elyakin öz qızı üçün kiçik bir kitabça yazdı və tezliklə bu kitabça yəhudi qadınlar arasında məşhurlaşdı.
«Mərhəmətli qəlb» adlanan bu kitabçada yaxşı arvada on nəsihət və başqa məsləhətlər vardı. Biz bu nəsihətləri nümunə kimi ona görə veririk ki, xanımlarımız ayrı baxış nöqtələrindən də özlərini görə bilsin.
Ardı →

Kişilərin çox bəyənib evlənmək istədiyi qadınlar

Hər bir qadın röyalarının kişisini tapıb evlənmək istəyir.  Lakin bu o qədər də asan deyil. Buna görə məsləhətlərə əməl edin və kişilərin ciddi münasibət qurmaq istədiyi qadınlar haqqında məlumata sahib olun. 

1. Öz həyatınız olmalıdır və öz ayaqlarınız üzərində durmağı bacarmalısınız. Sosial həyatını sevdiyi kişiyə görə qurmayan qadınlar güclü qadın imici yaradır. Bu isə kişiləri ən az xarici gözəllikləri qədər təsirləndirir. Üstəlik sadəcə sevgilinizlə deyil, ailəniz və dostlarınız da vaxt keçirmək münasibətləriniz üçün yaxşı olur. 
Davamı →

Şokolad kişilər üçün faydalıdır

Əvvələr mütəxəssislər hesab edirdilər ki,şokolad hər iki cinsin sağlamlığı üçün faydalı qida elementidir,ancaq son tədqiqatlar daha da kompleks nəticələrin aşkarlanmasına kömək etmişdir.Şotlandiyanın Aberdin universitetindən olan alimlər müəyyən etmişlər ki,şokolada olan sevgidə kişilərin qazancı qadınlara nisbətən daha çoxdur.Təcrübələr seriyası göstərdi ki,kişi orqanizmi şokoladı daha asan mənimsəyir.Bu səbəbdən də onlarda pozitiv effekt daha güclü alınır.


Ardı →

Kişilərdə immunoloji sonsuzluq

Hər bir kişi bilir ki, qasıq nahiyəsi istənilən zərbələrə qarşı çox zərif hesab olunur. Xayaların güclü əzilmələri, cırılmaları, kəsikləri, bir çox hallarda, xüsusən də travmadan sonra həkimə müraciət etmədikdə sonsuzluğa səbəb ola bilir. Belə hal immunoloji sonsuzluq adlanır. Bəs bu necə baş verir?


Ardı →

Klaster baş ağrısı


Klaster (ingilis sözü olub “cluster” – “dəstə”sözündəndir) baş ağrıları – yalnız kişilərin “imtiyazıdır” və buna görə də onu bəzən “kişi miqreni” də adlandırırlar.Klaster baş ağrıları, adətən, 20-30 yaşında olan kişilərdə baş verir. 60-65 yaşlarında isə, adətən,  keçib gedərək, bir daha təkrarlanmayır. Mütəxəssislər hesab edirlər ki, klaster baş ağrılarından işləyən kişilərin böyük əksəriyyəti əziyyət çəkir.


Ardı →