Kişi işi

Ağ yalanlar

Kişilər, sizinlə olan əlaqələrinizdə bu ağ yalanlara müraciət etməyi həyatları boyunca davam etdirəcək. Enerjinizi boşa xərcləməyin və onları dəyişdirməyə cəhd etməyin. Kişilərin müraciət etdiyi çoxu ağ yalan, onsuz da ümumiyyətlə rahatca aydın olar. Ağ yalanlar çıxarmaq mövzusunda biz qadınların daha müvəffəqiyyətli olduğu bilinən bir gerçəkdir. 

Başqa qadınlara baxmaq

Həyatınızdakı kişinin başqa qadınlara ‘baxması’ sizinlə maraqlanmadığı mənasını verməz. ‘Bəlkə sizin gözəlliyinizi başqa qadınlarınkıyla müqayisə etmək istəyirlər’ desək bunun ‘heç də inandırıcı’ bir cümlə olmadığını dərhal qəbul edəcəksiniz, deyilmi? Əmin olun ki ətrafındakı qadınlara baxmaq, kişilərdə sanki bir refleksdir. Bu xüsusiyyətlərini dəyişdirə biləcəyinizi sanmırıq. Reaksiyanızı nümayişin təbii amma qısqanclıq böhranlarına girmədən əvvəl bir dəfə daha düşünün.


Ardı →

Kişilər qadınlarla niyə dost ola bilmir?

Viskonsin universitetinin tədqiqatçıları müəyyən ediblər ki, kişi və qadın arasındakı istənilən dostluqda güclü cinsin nümayəndəsi öz seksual hisslərini idarə etməli olur. Qadınlarsa əksinə, dostluğa normal baxırlar. Qadınların dostlarına qarşı seksual hissləri yalnız öz ərləri və ya sevgililəri ilə problem yarandıqda üzə çıxır.

Tədqiqat zamanı 88 cüt dostluq münasibətində olan kişi və qadından bir-birinin cəlbediciliyini qiymətləndirmək xahiş edilib. Sorğu gizli keçirilib. Həm evli, həm də subay kişilər rəfiqələri seksual cəlbedici hesab ediblər və onlarla görüşmək istədiklərini bildiriblər. Bundan əlavə kişilər elə hesab ediblər ki, qadın dostlarının da onlara qarşı seksual hissləri var. Amma bu həqiqətə uyğun olmayıb. Qadınlar bu barədə ümumiyyətlə, düşünmədiklərini deyiblər.

Evli olmayan qadınlar həqiqətən də dostlarına qarşı seksual hisslər keçiriblər, amma evli və ya sevgilisi olanlar bunu heç ağıllarından keçirmədiklərini bildiriblər.


Davamı →

Rayonlarda qadınlar, Bakıda isə kişilər həyat yoldaşlarından qorxurlar

Həm dinimizdə,  həm də Konstitusiyamızda kişi və qadın hüqüqlarının bərabərliyi göstərilsə də, etiraf etmək lazımdır ki, bir çox məqamlarda hər birimiz bu bərabərliyin pozulmasının şahidi oluruq.

Məsələ ondadır ki, rayonlarda, xüsusən də kəndlərdə qadınlar demək olar ki, kişilərldən çox işləyirlər, bununla belə ərlərindən qorxurlar, öz hüqüqlarının  müdafiəsinə qalxa bilmirlər. Şəhər mühitində isə vəziyyət bunun əksinədir. Qadınlar ya işləmir, ya da asan sahədə çalışırlar. Buna baxmayaraq Bakıda kişilər qadınlardan qorxurlar. Hər halda çox maraqlı və maraqlı olduğu qədər də qəribədir.
Ardı →

Mübahisələrdən sonra

Ailə səadəti ilə bağlı mövzumuzu davam etdirməklə xoşbəxt, ideal ailələrdən bəhs edərkən reallıqları da nəzərdən qaçırmaq olmaz. Yəni nağıllardakı kimi bir ailəmiz yozdursa, ara-sıra həyat yoldaşımızla mübahisə ediriksə və ya keçmişdə etmişiksə, xoşbəxt olmaqdan, sabahlara ümidlə baxmaqdan əlimizi üzə bilmərik...

Hər şeydən əvvəl bilməliyik ki, xoşbəxtlik bizdən asılıdır. Yəni xoşbəxt olmaq istəyiriksə, ümidsizliyi bir kənara qoymalıyıq...

Əlbəttə, hər ailədə söz-söhbət olur. Bir-biri ilə az-çox dalaşmayan, ayrı-ayrı fikirlər üstündə mübahisə etməyən nə qədər az ailə var. Əsas məsələ ilk növbədə bu xoşagəlməz hadisələrin qarşısını almağa çalışmaq, əgər qarşısını ala bilmiriksə, məsələni çox da uzatmamaqdır.
Ardı →

Kişi yalanları

  • Qadın
«Səni sevirəm», «Sənə zəng edəcəyəm»
Heç şübhəniz olmasın ki, kişilər yalan danışır. Məsələn, hansı kişi «Beş dəqiqə sonra evdəyəm» demir, barda yenicə içki içməyə başladığı saatlarda… Ya da hansı kişi həyat yoldaşını aparmadığı yemək dəvətindən sonra «Qonaqların həyat yoldaşları ilə birlikdə gələcəyini bilmirdim» — demir...
Dürüst olmaq lazım gələndə, hekayətlər quraşdırmaq qaneedici ola bilər. Amma bunun özümüzü aldatmaqdan başqa bir işə yaradığını deyə bilmərik. Xanımlar, elə isə möhkəm dayanın! Sizin üçün kişilərin ən sıx müraciət etdikləri yalanları deşifrə edirik!
Ardı →

Həyat yoldaşı axtaranlara

Bu sözlərim evlənmək istəyən gənc oğlan və qızlara ünvanlanıb. Hər şeydən öncə, həyat yoldaşınızda axtardığınız xüsusiyyətlərlə bağlı konkret bir qərara gəlin. Çünki evlilik geriyə dönüşü olmayan bir mərhələdir. Təbii ki, bu hökm ailə məsələsinə baxış tərzindən, insanların dünyagörüşündən, dini — əxlaqi prinsiplərə, adət — ənənələrə əməl etmə səviyyəsindən asılıdır. Mən hadisəyə öz prizmamdan baxdığıma görə belə dedim. Təbii ki, uşaqlarını düşünmədən, onları yetim və başsız qoymaq bahasına həyat yoldaşını dəyişdirən insanlar da var aramızda, elə bil köynək dəyişirlər belə insanlar.

Evlənmək istəyənlərin müəyyən bir fikir və qənaətə gəlməsi ilə bağlı bir neçə metod tövsiyə etmək istəyirəm. Ümumiyyətlə, kişilər və qadınlar gələcək həyat yoldaşlarını necə görmək istəyirlər, onlarda hansı xüsusiyyətləri axtarırlar? Bir-bir sadalayaq:
Davamı →

Kişidən qurtulmağın 11 yolu

  • Qadın
Hər bir qaydanın istisnası olur. Xanımların çoxu partnyor tapmaq və saxlamaq üçün məsləhətlər axtarsalar da, elə hallar olur ki, qızlar dözülməz münasibətlərə son qoymaq istəyirlər. Ən asan çıxış yolu — qarşılıqlı anlaşma üçün nəzərdə tutulan məsləhətləri tərsinə yerinə yetirməkdir. Deyə bilərsən ki, ayrılmaq üçün ən yaxşı çıxış yolu, sadəcə qərarı bildirməkdir. Amma bu sadə addımı atmaqdan ötrü cəsarət toplamaq elə də asan olmur. Bəzi xanımlar ayrılma xəbərini eşidən partnyorlarının reaksiyasından qorxurlar.



Ardı →