Qoqol-moqol

Qoqol-moqol (ing.hoog-muq – həftəbecər, qarışıq) alkoholsuz içkidir. Bu içki toyuq yumurtası və şəkər tozundan hazırlanır. Qoqol-moqol desert hesab edilən içkilərdəndir.

Qoqol-moqol haqqında müxtəlif ölkələrdə müxtəlif cür əfsanələr danışılır. Almaniyada onun ilk dəfə alman konditeri Manfredu Kekenbauery tərəfindən hazırlandığı söylənilir.
Polşada onu Moqelev Qoqelyu şəhərindəki sinaqoqda xorda oxuyanların səslərinin tutulduğu zaman içdikləri söylənilir. Söyləntilərə görə xorda oxuyanlar səsləri tutulan zaman onlar çiy yumurtaya şəkər və şərab əlavə edib içirlərmiş. İçkinin adının da buradan götürüldüyü qeyd edilir.
Davamı →

Kobler

Kobler desert əvəzinə içilən kokteyl içkisidir. O müxtəlif cür meyvələrin, siropların, alkohol içkilərinin qarışımından hazırlanır. O soyuq halda və içərisində buzla içilir.

Koblerin digər kokteyllərdən fərqi onun hazırlanma texnologiyasından asılıdır. Kobler içilən stəkanın 2/3 hissəsi buzla dolu olur. Stəkanın içərisində isə kiçik hissələrə bölünmüş müxtəlif meyvələr olur. Koblerə təzə alma, banan, armud, portağal, gavalı və s. əlavə edilir.

Kobler hazırlayarkən təzə meyvələr olmadıqda konservləşdirilmiş meyvələrdən də istifadə etmək olur. Alkoholu xoşlayanlar koblerə az miqdarda likör də əlavə edə bilərlər. Bu zaman koblerə "şərab sousunda meyvə" deyilir. Kobler əla sərinləşdirici içkidir. Yay günlərində onu içmək insana sərinlik bəxş edir.
Davamı →

Qarpız kokteyli

Lazım olan ərzaqlar:
4 böyük dilim qarpız
1 stəkan qarpız suyu
1 stəkan
Hindistan qozu və ya şaftalı likörü
Qarpız məti
Şəkər tozu
Xırda qarpız dilimləri
Təzə nanə
Davamı →

Xurma kokteyli

Ümumiyyətlə bir çox müalicələr həm acı, həm də əziyyətli ola bilər. Elə müalicələr də vardır ki, həm faydalı olur, həm də ləzzətli. Məhz, bu kokteyl ləzzətlilər qrupuna aiddir.

Hazırlanması:
Hazırlanılma qaydası da sadədir: 3-4 ədəd iran xurmasının qabığı soyulur, tumları çıxardılır, 1 stəkan yağlı südün içinə əlavə olunub blenderlə qarışdırılır. Bu kokteyli gündə 1-2 stəkan içə bilərsiniz.

Faydaları
 Deməli, xurmanın tərkibindəki bütün minerallar və vitaminlər südün tərkibinə keçir, böyüyən uşaqlar və yaşlılar üçün əvəzolunmaz dərəcədə faydalıdır.
Davamı →

Kokteyl (cocktail)

Gözəl qadınlar, qadağalar, qələbələr və savaşların içkisi...
İçkilərimizlə doğmalaşa bilməyib, hələ də süfrəmizdə özünü qərib, yadelli hiss eləyən, bəxti ölkəmizdə yaşayan «ağ adamların» sayəsində, ayda-ildə bir dəfə açılan içkidən – kokteyllərdən danışacağıq. Biz nazlı-duzlu məclislərin sonunda, özü də təkcə xanımlara təqdim olunan qeyri-ciddi içki kimi tanıyırıq kokteyli. Doğrudanmı belədi?
Müxtəlif içkilərin qarışığından ibarət bu içki barədə nə bilirik?
Məncə elə bu qədərini: kokteyl müxtəlif içkilərin qarışığıdır. Vəssalam.
Stəkanınızdakı hər bir qarışıq kokteyldir – bu doğrudur. Amma kokteyl sadəcə axşamkı təsiri səhər oyanan adamın başını partladan alkoqol və ya heç bir şey anlamadığınız şirə qarışığı deyil.
İzninizlə, bir az uzaqdan başlayaq…
Davamı →