Yaşıl alma kokteyli

Tərkibi:Yaşıl alma kokteyli

1 ədəd yaşıl alma
1,5 su stəkanı soyuq süd
3 top vanilli dondurma
2 xörək qaşığı toz şəkər

Hazırlanması:

Yaşıl almanı yuyub soyun, çəyirdəyini təmizləyib dilimləyin.

Blendrin içinə südü, şəkəri, dondurmanı və almaları qoyub tam həll olana qədər qarışdırın.

Zövqə görə içinə 3-4 parça buz da əlavə edə bilərsiniz.

Soyuq halda süfrəyə verin. Nuş olsun!


Davamı →

Kokteyl (cocktail)

Gözəl qadınlar, qadağalar, qələbələr və savaşların içkisi...
İçkilərimizlə doğmalaşa bilməyib, hələ də süfrəmizdə özünü qərib, yadelli hiss eləyən, bəxti ölkəmizdə yaşayan «ağ adamların» sayəsində, ayda-ildə bir dəfə açılan içkidən – kokteyllərdən danışacağıq. Biz nazlı-duzlu məclislərin sonunda, özü də təkcə xanımlara təqdim olunan qeyri-ciddi içki kimi tanıyırıq kokteyli. Doğrudanmı belədi?
Müxtəlif içkilərin qarışığından ibarət bu içki barədə nə bilirik?
Məncə elə bu qədərini: kokteyl müxtəlif içkilərin qarışığıdır. Vəssalam.
Stəkanınızdakı hər bir qarışıq kokteyldir – bu doğrudur. Amma kokteyl sadəcə axşamkı təsiri səhər oyanan adamın başını partladan alkoqol və ya heç bir şey anlamadığınız şirə qarışığı deyil.
İzninizlə, bir az uzaqdan başlayaq…
Davamı →