Maks Linder

  • Kino
Maks LinderDünya kinosunda ilk şöhrət tapmış komik aktyorlardan ən yadda qalanları Andre Did, Maks Linder, Çarls Spenser Çaplin idi. Səssiz kinoda pantomim hərəkətlərlə, jest və mimikalarla, tryuklarla tamaşaçıları güldürə bilmək xüsusi məharət tələb edirdi, bu elə də asan deyildi.

Andre Didin yaratdığı ekran qəhrəmanının adı Buaro idi, ilk dəfə «Pate» firmasında fransız rejissoru Jorj Melyesin filmlərində çəkilməyə başlamışdı. Kinoya gəlməmişdən qabaq o, kafelərdə müğənnilik və akrobatlıq edirdi. Onun qəhrəmanları axmaqlığı ucbatından filmdən-filmə çətin vəziyyətə düşürdü. Elə buna görə də rus tamaşaçıları onu «Qlupeşkin» kimi tanıyırdılar.

Buaronu daim təqib edirdilər. Qaçan zaman o, gah yıxılır, gah akrobatik hərəkətlər edir, yoluna çıxanları itələyib yıxır, gülüşü bu vasitələrlə yaradırdı. Gülüş üçün ən çox fiziki hərəkətlərdən, tryuklardan istifadə edirdi. Buaronun uğurundan sonra ona bənzər çoxlu komik qəhrəmanlar yarandı.

Bunlardan ən parlağı Maks Linder idi. A.Diddən fərqli olaraq, o, teatrdan kinoya gəlmişdi. Lionda konservatoriya bitirmiş, aktyor kimi isə «Varyete» teatrında təcrübə toplamışdı. Maks Linder çəkildiyi «Gimnazistin ilk siqarası» filmində maraqlı və məzəli ştrixlər tapdı. Nə qədər ki, Andre Did İtaliyaya getməmişdi, Maks Linder kinoda arxa planda qalmışdı. Yalnız 1908-ci ildən sonra Linderin ulduzu parladı. Linderin obrazları səfeh, yöndəmsiz hərəkətlər eləyən, eleqant kostyumlar geyinən varlı adamlar idi.
Ardı →