Diqqət! Kommunizm təhlükəsi var!

kommunizm1990-cı ildən bəri kommunizm terminini insanlar çox az hallandırırlar. Xüsusilə də, kommunist rejimdən, ya da kommunist təhlükədən danışdıqda insanlar bunu çox qəribə qarşılayırlar. Məntiqləri belədir ki, kommunizm tarixin bir mərhələsi idi ki, gəldi keçdi. Bu haqda danışmağa ehtiyac yoxdu. Ancaq kommunizmi sadəcə gəlib keçən tarixi bir mərhələ kimi qəbul edən insanlar əslində hadisələri səthi qiymətləndirməklə çox bəsit dünyagörüşə sahib olduqlarını sübut edirlər.

“İndiki zamanda kommunizmdən danışmağın yerimi var, kommunizm artıq bitmişdir.” Bu cümlələri quran insanlardan həqiqətən də şübhə duyuram. Ya onlar həqiqətən də yuxarıda qeyd etdiyim kimi, çox səthi dünyagörüşə sahibdirlər, ya da ki bu insanlar hələ də mövcud olan qeyri-qanuni kommunist təşkilat tərəfdarları və onun gizli dəstəkçiləridir ki, gizli təbliğatlarla öz çirkin hədəflərinə çatmaq üçün dünyanı məhv etməyə çalışırlar.


Ardı →