Ağa deyir sür dərəyə | Aqşin Yenisey
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
1990-cı ildən bəri kommunizm terminini insanlar çox az hallandırırlar. Xüsusilə də, kommunist rejimdən, ya da kommunist təhlükədən danışdıqda insanlar bunu çox qəribə qarşılayırlar. Məntiqləri belədir ki, kommunizm tarixin bir mərhələsi idi ki, gəldi keçdi. Bu haqda danışmağa ehtiyac yoxdu. Ancaq kommunizmi sadəcə gəlib keçən tarixi bir mərhələ kimi qəbul edən insanlar əslində hadisələri səthi qiymətləndirməklə çox bəsit dünyagörüşə sahib olduqlarını sübut edirlər.
“İndiki zamanda kommunizmdən danışmağın yerimi var, kommunizm artıq bitmişdir.” Bu cümlələri quran insanlardan həqiqətən də şübhə duyuram. Ya onlar həqiqətən də yuxarıda qeyd etdiyim kimi, çox səthi dünyagörüşə sahibdirlər, ya da ki bu insanlar hələ də mövcud olan qeyri-qanuni kommunist təşkilat tərəfdarları və onun gizli dəstəkçiləridir ki, gizli təbliğatlarla öz çirkin hədəflərinə çatmaq üçün dünyanı məhv etməyə çalışırlar.
Şirinlər həqiqətənmi kommunist ideologiyanı mühafizə edən bir cizgi serialıdır?
İllərdir bu mövzu mövzu üzərində müxtəlif müzakirələr aparılmaqdadır. Əlavə olaraq, bu mövzu bir çox universitetlərdə cizgi film, serial, reklam vəfilm ilə birlikdə „media və mədəniyyət“, „mədəni imperialzm“ kimi dərslərdə dərs mövzusu olaraq keçirlir. Beləliklə, həqiqətən də şirinlər kommunistdir, yoxsa son illərdə italyan araşdırmacı Antonio Soronun bildirdiyi kimi massonmu? Yaxşı, dayanın, beyniniz qarışmasın!
„Necə yəni, illərcə izlədiyimiz və hələ bu gün də izləməkdə olduğumuz məsum şeylər, yəni şirinlər əzazil kommunistdirlərmi?“ (bu sual kommunizm fobiası olanların beynində çoxdan peyda oldu belə, məncə). İlkin olaraq, şirinləri analiz edərlən hansı üsuldan istifadə dəcəyimizi bəlli etməliyik. Həll üçün istifadə edəcəyimiz üsul mətn oxumaq olacaq. Yəni şirinlərin yaşayışı, davranışı, şəxslər, əslində nələri təmsil etdiyinə baxacayıq.
Mövzunun daha aydın olması üçün bir misalla başlayaq ki, İkinci Dünya Müharibəsi zamanı Hitler həm radionu, həm də kinomotoqrafiyanı özünün istədiyi kimi mesajlarla bəzəyərək alman xalqını uyuşdurmuşdu. Hitlerin dövründə Almaniya kinofilmlərinə nəzər yetirildikdə görülür ki, o dövrdə çəkilən bütün filmlərdə rol alan aktyor və aktirisalar sarışın və mavi gözlüdür. Burada məqsəd saf alman irqini təmsil etmək, tamaşaçının başında alman təsvirini formalaşdıraraq beyin yıxmaqdır (baxmayaraq ki, tamaşaçının sistem xaricində, televiziya və filmlərdə kodlaşdırılmış alt mətnlərə məruz qalmasına dair yazılacaq çox şey var, lakin burada qısa olaraq yalnız bir misal vermək istədim, çünki mövzu şirinlərdir).