Kompüterlərin arxitekturası

Kompüterlər yalnız xarici ölçülərinə görə deyil, eyni zamanda funksional imkanlarına görə də bir-birindən fərqlənirlər. Fərdi kompüterlərin yaranma tarixi 1974-75-ci illər hesab olunur. 1974-cü ildə iki amerikalı entuziast Stefan Voznyak və Stiv Jobs fərdi kompüter yaratmış və onu APPLE adlandırılmışdır. Fərdi kompüterlərin kütləvi istehsalına isə 1981-ci ildən başlanmışdır.
Fərdi kompüterlərin struktur sxemi aşağıdakı şəkildə göstərilmişdir (şəkil 1).
Fərdi kompüterlərin quruluşu aşağıdakı kimidir:

  • əsas aparat hissəsini özündə birləşdirən sistem bloku;
  • mətn və qrafik məlumatı özündə əks etdirən monitor (və ya displey);
  • istifadəçi tərəfindən istənilən informasiyanı fərdi kompüterə daxil etmək üçün əlaqə qurğusu olan klaviatura;
  • monitorun ekranı üzərində yerləşən xüsusi göstəricini­­-kursoru ekran boyu istənilən istiqamətdə hərəkət etdirən MOUSE qurğusu;
  • fərdi kompüterin periferiya qurğuları (əlavə qurğular)-printer, skaner, plotter, strimmer, rəqəmli kamera və s.

Ardı →

Kompüterin əsas hissələri

Sistem bloku:
Sistem bloku  kompüterdə istifadə edilən texniki qurğuların əsas birləşmə qovşağı olub, daxilində iş üçün lazım olan ən əhəmiyyətli hissələr, xaricdə isə bloka qoşulan əlavə, xarici qurğular yerləşir. Kompüterin sistem blokuna xaricdən qoşulan qurğularına periferiya qurğuları deyilir. Periferiya qurğuları fərdi kompüterdə köməkçi əməliyyatları yerinə yetirmək üçün istifadə edilir və aşağıdakı kimi qruplaşdırılırlar:
-verilənləri daxil edən qurğular (klaviatura, xüsusi manipulyatorlar, skaner və rəqəmli kameralar);
-verilənləri xaric edən qurğular (skaner, plotter);
-verilənləri saxlayan qurğular (strimmerlər, toplayıcılar və maqnitooptik qurğular);
-verilənləri mübadilə edən qurğular (faks-modemlər və şəbəkələr);


Ardı →

Kompüterin qurğuları

Kompüter və istifadəçi arasında interfeys. Kompüterlə ünsiyyət müasir dövrdə dialoq rejimində həyata keçirilir. Dialoq komanda və proqramların köməyi ilə yaradılır. Müəyyən əməliyyatı yerinə yetirmək üçün kompüterim başa düşdüyü dildə ona verilən göstəriş komandadır. Proqram komandaların müəyyən şəkildə toplusudur.
Birinci nəsildən başlayaraq indiyə qədər bütün kompüterlər bir-birindən nə qədər fərqlənsələr də, hamısı Fon Neymanın verdiyi klassik sxem əsasında işləyir. Kompüterin ümumi quruluşu:
  1. Hesabi-məntiqi qurğu-xüsusi elektron sxem — çip (cheap) hesab və məntiqi əməliyyatları aparmaq üçündür

  2. İdarəedici qurğu — çip olub kompüteri idarə etmək, proqramları yerinə yetirmək, qurğulara müraciət etmək və s. üçündür. Buna bəzən kompüterin beyni də deyilir.

  3. Operativ Yaddaş — kompüterin elə bir hissəsidir ki, bütün daxil edilənlər üzərində əməliyyatlar məhz orada keçirilir. Buna daxili yaddaş da deyilir.

  4. Xarici qurğular — informasiyanı kompüterə daxil etmək və uzun müddət yadda saxlamaq üçündür. Buna xarici yaddaş da deyilir.

Ardı →