Süjet və kompozisiya
Yazıçı qələmə almaq istədiyi fabulanı əsərə çevirərkən fantaziyasında yaratdığı müxtəlif obraz formalarını, konflikt və vəziyyətləri sıralandırmaqda sərbəstdir. Müəllif qələmə almaq istədiyi hadisələri istədikdə əvvəldən sona, istədikdə isə sondan əvvələ doğru nəql edə bilir. Bu yazıçının müəllif niyyətindən, həyat biliyindən, fantaziyasından, hansı epizodlara daha artıq əhəmiyyət verməsindən asılıdır. Epizod hadisəni təşkil edən ayrı-ayrı hərəkətlər və hissələrdir.
Davamı →