Konservləşdirmə

Konserv deyəndə, nəzərimizdə qeyri-ixtiyari olaraq konserv bankasına doldurulub bağlanmış müəyyən bir ərzaq növü — ət, balıq, süd, xörək, mürəbbə, şoraba, şirə və sairə canlanır. Müasir dövrdə metal tutumlarda konservləşdirmə həqiqətən sənaye miqyasında yüksək dərəcədə inkişaf etmişdir. Lakin bununla yanaşı qurutma, duzlama, hisləmə və sair konservləşdirmə üsulları da kütləvi hal daşıyır. Bundan başqa, xalq arasında, xüsusən keçmişdə maraqlı konservləşdirmə üsulları mövcud olmuşdur.
Sənaye miqyasında konservləşdirmə üsulu XIX əsrin əvvəllərinə aid kəşfdir. Əti saxlamaq üçün N.Apparın 1809-cu ildə apardığı ilk təcrübələrdən biri belə olur: o, əti deşiyi olan metal qutuya qoyub qaynadır, bişəndən sonra deşiyi lehimləyir və əti qutu ilə birgə bir daha suda qaynadır. Beləliklə, ilk konserv məhsulu alınır.


Ardı →