Aqressiya necə pandemiyanın simptomuna çevrildi?

Hər il keçirilən “Adam Smitin mütaliəsi” elmi-maarifləndirici konfransın bu ilki mövzularından biri də koronavirus etikası olub.
Psixoloq Lyudmila Petranovskayanın sözügedən konfransda hazırda cəmiyyətdə davranış normalarının dəyişməsi, insanların COVİD-19-la bağlı mübahisə zəminində bir-birini dinləməmələrindən bəhs edən mühazirəsinin tərcüməsini təqdim edir.

Davamı →

Dəyərlərimiz, psixoloji durumumuz, dünyagörüşümüz, ictimai qınaq yetərsizliyi

Əvvəlki yazılarımızın birində bütün dünyanı ağuşuna almış Koronavirus pandemiyası, onun Azərbaycanda yayılmağa başlaması və dövlətimizin gördüyü qabaqlayıcı tədbirlər haqqında məlumat vermişdik. Yenidən bu mövzuya qayıtmalı olduq, çünki yumşaldılma prosesindən sui-istifadə edən bəzi vətəndaşlarımız, virusun daha geniş yayılmasına və karantin rejiminin yenidən sərtləşdirilməsinə səbəb oldu. Əhalisi 10 milyon olan bir ölkə üçün yoluxma sayının 550-dən çox olması kifayət qədər böyük göstəricidir. Artıq koronovirusla mübarizədə evdə müalicə metodu da tətbiq olunmağa başladı, çünki, xəstəxanalarda yer bitmək üzrə idi və ağır xəstələri sayı get-gedə artırdı. Hazırda vəziyyət yaxşılığa doğru getmədədir, lakin yenə qorxuram ki, eyni proses yenidən təkrarlana yəni, yumşaldılmada insanlar yenə bu prosesləri önəmsəməyə.

Davamı →

Koronavirusdan sonra

Tarixdə baş verən bütün böyük rezonanslı hadisələr yaradıcı adamları həyatın sosial gerçəklikləri ilə məşğul edir. Öz təxəyyülündə «gizlənən” yaradıcılar real proseslərin „qurbanı olur”. Tarixi deformasiya dövrlərində nə qədər ciddi sənət cərəyanları yaransa da, eyni zamanda bəs qədər bayağı, bəsit və universal, sənət yükü daşımayan nümunələr də meydana çıxır. Bu isə özündən sonra yüngül estetik dəyərləri “miras saxlayır”. İnkişafda olan cəmiyyətlər üçün mədəni proseslərin bu cür təsirlənməsi daha təhlükəli olur.

Davamı →