Koronavirus xəstəliyi evdə müalicə oluna bilərmi?

Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti Vüqar Məmmədovun sözlərinə görə xəstəliyin birbaşa müalicəsi yoxdur:
“Çünki yeni bir virusdur, hələ öyrənilməyib. Hələ ki, xəstəliyi aşkar edilmiş şəxs digərlərindən təcrid edilməlidir. Karantin rejimi məhz bu səbəbdən tətbiq edilir. Bu zaman xəstənin vəziyyətinə, simptomlarına görə tədbirlər görülür. Məsələn, öskürəyi varsa, burun axırsa bu istiqamətdə dərman verilir və ya tənəffüsdə çətinlik varsa buna görə müalicə tətbiq edilir. Xoşbəxtlikdən xəstələnmiş insanların əksəriyyəti bu xəstəliyi yüngül keçirir. Hətta bəzi xəstələrdə test müsbət çıxır amma simptomları olmur”.
Davamı →