Mezoterapiya

mezoterapiya
Mezoterapiya üzün problemli hissələrinə preparatın yeridilməsinə deyilir. Bu iynələrin əsas iş prinsipi dəri hüceyrələrinin işini stimullaşdırma olur. Ancaq mənfi cəhəti odur ki, yaşla əlaqədar baş verən dəyişikliklər nəinki dəridə, əzələ və sümük toxumasında da baş verir.

Mezoterapiya isə ona təsir edə bilmir. Lakin bununla dərinin strukturunu yaxşılaşdırmaq, quruluğu aradan qaldırmaq və sağlam görünüş vermək olar.
Davamı →

Ozonoterapiya

Ozonoterapiya geniş təsir diapazonuna malik olaraq, dünya klinikalarında geniş istifadə olunur. Təbabətin bütün sahələrində istifadə olunduğu kimi ozonoterapiya kosmetologiyada da tətbiq olunur. Ozonla müalicə metodikalarında hüceyrə və toxumaların oksigenasiyasının, mikrosirkulyasiyasının yaxşılaşmasına, dərinin qidalanmasına və müdafiəsinə diqqət yetirilir.

Bir çox kosmetik problemlər (sızanaqlar, kuperoz, saçların tökülməsi, qırışlar, allergiya, sellyulit, kökəlmə (piylənmə)) orqanizmin daxili vəziyyətinin əksidir. Buna görə də bu probləmləri nəinki xaricdən o cümlədən daxildən müalicə etmək lazımdır. Ozonoterapiya bu problemlərin öhdəsindən çox yaxşı gəlir, orqanizmə detoksikasiyayaedici, antimikrob, virus əleyhinə təsir göstərir, qanı oksigenləşdirir, immuniteti artırır.
Davamı →

Botoks haqqında nələri bilməliyik?

botoksBotoks Clostridium Botulinum bakteriyasından alınan botulinum toksin adlanan neyrotoksindən hazırlanır. Çox güclü bir zəhər olmasına baxmayaraq düzgün istifadə olunduqda botoksun bir çox yerlərdə tətbiqi mövcuddur.

Botoks nədir?
Clostridium botulinum bakteriyası torpaq, meşə, göllər daxil olmaqla bir çox təbii birləşmələrdən alınır. Bakteriyaya həmçinin məməlilərin və balıqların bağırsaqlarında, xərçəng və digər dəniz canlılarının organlarında və qabıqlarında rast gəlmək mümkündür. Clostridium botulinum bakteriyasının və sporlarının bu cür təbiətdə tapılan forması əsasən zərərsizdir. Problem yalnız sporlar vegetativ hüceyrələrə çevriləndə və bu hüceyrələr artanda ortaya çıxır. Bu zaman bakteriya botulizmə səbəb ola bilən ölümcül neyrotoksin-botulinum toksin ifraz etməyə başlayır. Neyrotoksinlər sinir sistemini hədəf alaraq, neyronların effektiv əlaqəsini təmin edən xəbərləşmə prosesinə mane olur.
Davamı →

Dərinin cavanlaşması üçün ozon terapiyası

Tibb və kosmetologiya sahəsi gün gündən təkmilləşərək, daim yenilənir.
Yaranan müasir texnologiyalar nəinki xəstəliklərin müalicəsi və qarşının alınması, həmçinin orqanizmin həyat potensialının artırma imkanı yaradır. Belə yeniliklərdən biri də ozon terapiyasıdır.

Ozonterapevt həkimlər, üç atomlu oksigen və ya ozonun bizim orqanizmə sehirli təsir etdiyini bildirirllər. Bəs biz ozon haqda nə bilirik? Havanın tufandan sonra onun qoxusu ilə dolması, insanları ultrabənövşəyi şüalardan qoruyan əsas atmosfer qazlarından biri olması, lazımi miqdarda olmadıqda ozon dəliklərin yaranması və s. kimi məlumatlar hələ hər şey demək deyil.

Vacib məqamlardan biri də odur ki, süni yolla alınan ozon qazı, həkim və kosmetoloqlara bir çox xəstəliklərlə mübarizədə və hətta dərinin və ümumi olaraq orqanizmin qocalma prosesini azaldılmasında köməkçi olur.
Ardı →

Fitoestrogenlər

Keçən əsrdə icad olunan fitoestrogenlər hələ də alim və həkimlərin böyük marağına səbəbdir.

Hal hazırda fitoestrogenlər tibb və kosmetologiyada geniş istifadə olunmaqdadır. Bitkilərdən istehsal olunan fitoestrogenlər, molekul quruluşuna görə insan hormonlarının strukturunu xatırladır. Amma, geniş istifadəsinə baxmayaraq, təhlükəli olub olmaması və necə istifadə olunması haqda mübahisələr mövcuddur.

Estrogenlərin gücü nədədir?
Müasir qadınlar əvvəlki illərlə müqayisədə daha çox yaşayır. Buna səbəb həyat tərzi, qidalanma, komfort və tibbin inkişafı sayılır. Amma yaşam müddətinin uzanma sayəsində təəssüf ki, qadınlar həyatlarının çox hissəsini klimaks dövründə yaşayırlar. Bu isə cinsiyyət funksiyasının sönməsi və orqanizmdə qadın cinsi hormonlarının (estrogen) sayının azalması deməkdir.

Daha öncə işıqlandırdığımız və məhz bu mövzuya həsr etdiyimiz məqalədən artıq bilirik ki, estrogenlər yalnız dünyaya uşaq gətirmək üçün deyil, həmçinin bədən çəkisinin requlyasiyası, dəri, skelet, dırnaq və saçların vəziyyətinə cavabdeh sayılır.
Ardı →

Kosmetoloji məsləhətlər

Problemsiz dəri
Məhsullar: Təzə nanə, duz
Yarım litr suyu qaynadın və içinə on ədəd təza nanə yarpağı atın. On dəqiqə saxlayandan sonra suyu süzün və bir fincan duzla bərabər vanna qəbul edin.
Nanə rahatladıcı, sakitləşdirici təsiri olan bitkidir. Duz isə pilinq etmə özəlliyi sayəsində dərini ölü hüceyrələrdən təmizləyir.
Məhsullar: Süd, duz, bal.
Plastmas şüşədə bir litr süd, bir fincan duz və yarım fincal balı çalxalayaraq qarışdırın. Əldə edilən köpüklə bədəni masaj edin və yaxalanın. Həftədə bir dəfə edilən bu masajda süd epidermisə zərər vermədən dərini təmizləyir. Duz da ölü dəridən azad olmağa kömək edir.
Davamı →

Yağlı dəri

yağlı dəriYağlı dəri öz sahiblərinə həmişə əziyyət verib, əsəb bağışlayıb. Bu, təbiidir: daim yağlı, parıltılı, genişlənmiş məsamələr, qara və qırmızı civizələr istənilən insanın həyatını dözülməz edə bilər. Lakin insanlar artıq çoxdandır təbiətin qanunlarına tabe olmurlar. Bəşər övladı illərdən bəri davam edən təbiətlə mübarizədə problemləri aradan qaldırmaq üçün bir çox üsullar icad edib. İndi yağlı dəriyə malik olanlar da gözəl və təravətli görünə bilərlər. Ancaq bu təbii qüsura qarşı həqiqi mübarizə aparmaq lazımdır.
Əvvəlcə dərinin həqiqətən də yağlı olub-olmadığını dəqiqləşdirmək lazımdır. Bunun üçün klassik üsuldan istifadə edin: üzünüzü yuduqdan 1-2 saat sonra kağız salfeti üzünüzə yapışdırın. Əgər salfetdə yağ ləkələri əmələ gələrsə, deməli, dəriniz yağlıdır. Yalnız bundan sonra fəaliyyətə başlamaq lazımdır.
Davamı →

Quru dəriyə qulluq

Yaşın artması, qidalanma tərkibi və sinir sisteminin vəziyyəti dərinin yağlılıq dərəcəsinin dəyişməsinə təsir edən əsas amillərdir. Normal yağ ifrazının pozulması dərinin vəziyyətinə mənfi təsir göstərir. Bu zaman dərinin elastikliyi azalır, qabıq və çatlar əmələ gəlir, günəş şüalarına, küləyə, yuxarı və aşağı temperaturlara qarşı həssaslığı artır, qıcıqlanır və qırmızı ləkələrlə örtülür.
Davamı →

Əllər və dırnaqlara qulluq

Əllərimizin qayğısına qalaq

Bir qadının yaşı boynundakı cizgilərdən və əllərindəki qırışıqlıqlar ilə müəyyən olunur.Amma çox vaxt qadınlar əllərinə yetərincə diqqət etmir və ya buna vaxt ayıra bilmirlər. Ona görə ev şəraitində gözəl əllərə sahib olmağa çalışaq:
— Əllər gündə bir neçə dəfə yumşaq sabunla və bol təmiz su ilə yuyulmalı, yaxşıca qurulandıqdan sonra kremlənməlidir.
— Həftədə ən az 1 dəfə əllərə çox yağlı kremlə massaj edilməlidir.
— Limon suyu barmaqları təmizləyib rənglərini açır,ancaq limon suyu dərini qurutduğu üçün daha sonra krem çəkilməlidir
— Soyuq havada,xüsusilədə qış aylarında əlcəkdən istifadə olunmalıdır və hər axşam yatmazdan əvvəl əlləri zeytun yağı ilə yaxşıca masaj etmək lazımdır
Davamı →

Çillər və ləkələr

Çillər, adətən, yazda görünməyə başlayır, yayda daha da aydınlaşır, payızda solğunlaşır və qışda tamam yox olur. Sifətində çillər əmələ gələn qadınlar artıq yaz gələrkən üzlərnni günəş şüalarından qorumalı, günəş şüalarına qarşı olan krem və kirşandan istifadə etməlidirlər. Bu kosmetik preparatların tərkibində sifəti günəş şüalarından qoruyan kimyəvi maddələr vardır. Belə kremi və kirşanı sizə həkim-dermatoloq məsləhət görə bilər. Xüsusi kirşana sizin dərinizə uyğun rəng vermək üçün ona adi kirşan qarışdırın.
Əgər çillər artıq əmələ gəlmişsə, onları xüsusi krem və məlhəmlərin köməyi ilə aradan qaldırmaq olar. Bu krem və məlhəmlər dərini qurudur və onun çıxmasına kömək edir. Lakin dərini çıxaran vasitələrdən həkim, ya da təcrübəli kosmetoloqla məsləhətləşmədən istifadə etmək olmaz, çünki belə vasitələr dərini bərk qıcıqlandırar, ya da onun iltihabına səbəb ola bilər. Dəri çıxaran vasitələrdən mədə və böyrəkləri xəstə olan qadınlar istifadə edə bilməzlər. Bundansa, onlar ağardıcı maddələrdən istifadə etsələr daha təhlükəsiz olar.


Ardı →