İşıq sürəti nədir?

İşıq sürətinin təbiətində bir sürətin olduğunu bilirik. Kosmosda işığın sürəti ümumiyyətlə c ilə göstərilir. Fizikanın bir çox hissəsində istifadə olunur. Vacib bir fiziki sabit kimi diqqəti cəlb edir. Təxmini 299.792.458 m / s. İşıq sürəti bir çox zarafatda da istifadə olunur. Əlbəttə ki, hər kəsin məqsədi işıq sürətini aşmaqdır. Ancaq bu mövzuda təsadüfi olan elm adamlarının işığın sürətini aşması, işığın sürətini aşması və ya işığdan daha sürətli bir hissəcik tapması kimi sehrli xəbərlərdə həqiqət yoxdur. İşıq sürəti saniyədə 300.000 kilometr sürətdir və bu zaman kainatdan keçə biləcək heç bir mexaniki və ya başqa bir fenomen yoxdur.


Davamı →

Kosmos haqqında 9 maraqlı fakt

Kainat sirrlə örtülmüşdür. Bəşəriyyətin cavab verə bilmədiyi bir çox sual var. Biz kainatın çox böyük olduğunu bilirik, lakin hələ də onun nə qədər böyük olduğunu tam dərk etməmişik. Və bizə məlum olan faktlar çox təsir edicidir.

Kosmosla bağlı 9 maraqlı faktı təqdim edirik:


Davamı →

Kainatın böyüklüyü nə qədərdir?

Elmi nailiyyətlər bizi çox mühüm nəticəyə gətirir. Kainatın möhtəşəm böyüklüyü! Kainatın ölçüləri haqqında düşündüyümüzdə qarşımıza çox böyük rəqəmlər çıxır.
Yer planeti, bildiyimiz kimi Günəş Sisteminin bir parçasıdır. Bu sistem kainatdakı digər ulduzlara görə orta böyüklükdə olan Günəşin ətrafında dövr edən 8 planetdən və onların 54 peykindən meydana gəlir. Yer Kürəsi bu sistemdə Günəşə ən yaxın üçüncü planetdir.
Davamı →

Kosmik yanılmalar - kainat haqda elmin xətaları

Elm sahəsindəki yeniliklərə dair xəbərlərə öyrəşmişik və bu gün onları təbii qəbul edirik. Nə İlon Maskın raketləri, nə genom texnologiyaları, nə də bir protonun ölçüsündən 10000 dəfə kiçik bir güzgü sürüşdürməsi ilə qeydə alına bilən cazibə dalğaları bizi təəccübləndirə bilməz. Halbuki, çox yox, iyirmicə il əvvəl bu gün bildiklərimizin gerçək olacağına ancaq çox böyük optimistlər inana bilərdi.
Müasir elmin buzqıran gəmi kimi, demək olar ki, qarşısındakı maneələri görmədən irəlilədiyi haqda aldadıcı bir təsəvvür var. Bu stereotip, əsasən elmi nailiyyətlərdən danışmağı, uğursuzluqlar haqda isə susmağı adət etmiş dərsliklər və media sayəsində formalaşıb.

Davamı →

10 il davam edən səfər tamamlandı!

   Kosmos tarixindəilk dəfə olaraq tədqiqat qurğusu kometin səthinə enib. Avropa Kosmik Agentliyinin Rosetta zondunun “File” modulu Churyumov-Gerasimenko kometinin səthinə noyabrın 12-də çatıb. File modulunda yeri qazan qurğu, fotokameralar quraşdırılıb. Kometdən analiz üçün qrunt götürüləcək və həmçinin onun tərkibi analiz olunacaq. File modulu kometin səthində 4-6 ay işləyəcək. Rosettanın kometə yaxınlşamasına 10 ildən çox vaxt gedib. Kometi 1969-cu ildə sovet astronomları kəşf edib. Bu kometin əhəmiyyəti və ona belə maraq onunla bağlıdır ki,o, 4,5 milyard il bundan əvvəl yaranıb, indiyə kimi onda heç bir dəyişiklik olmayıb. Alimlər onu öyrənməklə, kainatın necə yaranmasını öyrənmək istəyir.  
Ardı →

Kosmosda həyat mümkün olacaqmı?

kosmosBBC Future Proqramı çərçivəsində 21 Oktyabr tarixində “Dünyanı Dəyişdirən Fikirlər” adlı konfrans keçirilmişdir. Konfransda elm, texnologiyalar və sağlamlıq haqqında yeniliklər müzakirə edilmişdir. Əsas müzakirə olunan məsələlərdən biri də kosmosda insan koloniyalarının qurulması ilə bağlı olmuşdur.

Planetimizdə əhali sayının sürətlə artması nəticəsində yaranan ərazi və resurs problemləri insanları yeni dünya axtarmağa məcbur edir. SpaceX adlı kosmik turizm şirkətinin sahibi Elon Mask bildirir ki, “Hər hansı bir fəlakət nəticəsində insan varlığını qorumaq üçün başqa planetlərdə yaşamağa imkan verən araşdırmalar vacibdir”. Kosmik koloniya haqqında ilk fikiri 1920-ci ildə Avstriyalı roket dizayneri Herman Potoçnik irəli sürmüşdür. Potoçnikin xəyal etdiyi layihə UFO-ya bənzər dairəvi kosmik aparat yaratmaq idi. Bu aparat süni yer cazibəsi yaratmaq üçün fırlanacaq və enerjini isə günəş palelləri vasitəsi ilə əldə edəcəkdi.

Digər alimlər isə kosmosda koloniya qurmaq əvəzinə başqa bir planetdə ya da Ayda insanın yaşaması üçün lazımi vasitələri özündə birləşdirən süni biosfer yaratmağı daha ağlabatan hesab edirlər. Bu sahədə ilk layihə “Mars 2025”-dir, hansı ki həmin ilə qədər Marsda yeni mədəniyyətin yaradılmasını nəzərdə tutur.


Ardı →

Günəşdən böyük təhlükə gəlir!

Günəş qasırğası hər yüz, bəzən də hər 200 ildən bir təkrarlanır. Sonuncu dəfə bu hadisə 1859-cu ildə qeydə alınıb. O zaman planetdə teleqraf sistemi sıradan çıxmışdı. Bəşəriyyətin elektrik cihazlarından daha çox asılı olduğu ındiki vaxtda isə təhlükənin daha yüksək olacağı bildirilir. Belə ki, sözügedən qasırğa nəticəsində bütün elektrostansiyalar fəaliyyəti dayanacaq, sistem əlaqələri ,naviqasiya sistemləri, kompüterlər sıradan çıxacaq, bütün planetdə texnogen qəzalar müşahidə ediləcək. Bütün bunlar bir neçə saniyənin içində baş verəcək. Günəşdə baş verəcək ən güclü sıçrayış nəticəsində yaranan radiasiya axını Yerin maqnit sahəsini dəyişəcək ki, bu da qiyamət deməkdir. Ən dəhşətlisi isə odur ki, günəş qasırğasının yerə nə zaman təsir edəcəyini yalnız yarım saat öncə demək mümkündür.
 Ardinda videoyaziya da baxa bilərsiniz.

Ardı →

Beynəlxalq kosmos hüququ haqqında

Beynəlxalq kosmos hüququ səma cisimləri də daxil olmaqla, kosmik məkanın hüquqi rejimini müəyyən edən və kosmik fəaliyyətin iştirakçılarının hüquq və vəzifələrini tənzimləyən beynəlxalq hüququn norma və prinsiplərinin məcmusudur.
Kosmik fəaliyyət prosesində (kosmik obyektlərin buraxılmasında subyektlər arasındakı, praktiki məqsədlər üçün kosmos texnikasından istifadə prosesindəki hüquq münasibətləri) beynəlxalq münasibətlərin tənzimlənməsi beynəlxalq kosmos hüququnun predmetini təşkil edir.
Beynəlxalq kosmos hüququ, əsas etibarilə, beynəlxalq müqavilələrə söykənir. Bu sahədə əsas beynəlxalq müqavilələr Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyətinin prinsipləri haqqında 1967-ci il Müqaviləsidir (kosmos üzrə Müqavilə).
Davamı →