Dadlı kotlet hazırlamaq üçün sadə qaydalar

— Farş hazırladıqda ona süddə isladılmış ağ çörək əlavə etdikdə, kotletlər yumşaq alınacaq.

— Kotlet üçün ət nə çox yağlı, nə də çox yağsız olmamalıdır.

— Ət yağsızdırsa, farşa 1 xörək qaşığı bitki yağı əlavə edin.

— Qızartdıqdan əvvəl kotletləri unlamaq lazımdır. Bu məqsədlə həmçinin üyüdülmüş suxarıdan istifadə etmək olar.
Davamı →

Pəhriz kotleti

Tərkibi:
600 qr toyuq filesi
300 qr gül kələmi
1 ədəd bolqar bibəri
70-80 qr bərk pendir
2 ədəd yumurta
2 xörək qaşığı xama
2 xörək qaşığı un
göy soğan, cəfəri
duz
istiot.

Davamı →

Fərqli kotlet

Ərzaqlar:
1 ədəd ortaboy gül kələmi
2 ədəd yumurta
2 xörək qaşığı un
Duz
İstiot

Qızartmaq üçün:
yağ

Hazırlanması:
Gül kələmini doğrayıb yuyun. Duzlu suda tam bişənədək qaynadın. Sudan çıxardıqdan sonra əzib püre halına gətirin. Soyuduqdan sonra üzərinə yumurta, duz, istiot, əlavə edib yaxşı qarışdırın. Tavada yağı qızardıb qarışımdan 1 xörək qaşığı həcmində götürüb tavaya qoyun və kotletləri ikitərəfli qızardın. İsti-isti süfrəyə verin. Nuş olsun!

Gül kələmi kotleti

Lazım olan ərzaqlar:
– 500 qr gül kələmi
– 2 yumurta
– 3 dolu xörək qaşığı un
– yarım stəkan süd
– 1 fal çörək
– duz
– istiot
– qızardılması üçün bitki yağı

Hazırlanması:
Gül kələmini kiçik hissələrə ayırıb, duzlu suda yumşalana qədər qaynadırıq. Püre əzən alət ilə əzdiyimiz gül kələminin üzərinə süddə isladılmış çörəyi, yumurtaları, un, duz və istiotu əlavə edib yaxşıca qarışdırırıq. Tavada bitki yağını qızdırıb, hazırladığınız qarışımdan kotletler hazırlayıb orta odda hər iki üzünü qızardırıq. Nuş Olsun!

Kiyev kotleti

İnqridientlər:
toyuqun döş əti — 2 ədəd
kərə yağı — 40 qr.
sarımsaq, şüyüd, duz
yumurta -2 ədəd
suxarı qızartma üçün
bitki yağı

Hazırlanması:
Yumşaq kərə yağı doğranmış sarımsaq, şüyüd və duzla qarışdırılır. Kiçik uzunsov formada içliklər hazırlayırıq və soyuducda dondururuq.

Toyuğun döş əti yuyulur, dərisi çıxarılır və əti sümükdən ayrılır. Toyuğun iki döş ətindən 4 kiev kotleti hazırlamaq olar.

Toyuq filesi mətbəx çəkiciylə döyülür və arasına əvvəlcədən dondurulmuş yağ bükülür. Hazır kotletlər yumurtaya sonra suxarıya, yenə yumurtaya və sonra suxarıya bulanaraq 7-8 dəqiqə ərzində frityurda bişirilir.

Frityur əvəzinə dərin tava və bitki yağından istifadə etmək olar.

Sobada kotlet

Tərkibi:
500 qr toyuğun döş əti
1 ədəd yumurta
1 ədəd soğan
1 stəkan qarğıdalı unu
2 dilim boyat çörək
göyərti
duz, istiot

Üzəri üçün: sürtgəcdən keçirilmiş holland pendiri

Hazırlanması:
Toyuq ətini maşından keçirib içinə yumurtaları qırın. Suda islatdığınız bayat çörəkləri sıxıb içinə qatın.

Sürtgədcən keçirdiyiniz soğanı da əlavə edin. Üzərinə qarğıdalı ununu da qatıb qarışdırın. Duz, istiot, göyərtini də qarışdırıb yoğurun. Yağlanmış listə yuvarlayaraq düzün.

175 dərəcədə 15 dəqiqə bişirin. Sonra sobadan çıxarıb üzərinə holland pendiri səpin və sobada 5 dəqiqə daha bişirin.

Nuş olsun!

Noxud kotleti

Tərkibi:
1 stəkan qaynamış noxud
1 ədəd yumurta
2 xörək qaşığı un
1 ədəd soğan
3 diş sarımsaq
cəfəri
1 çay qaşığı soda
duz
İstiot
sarıkök
duru yağ

Hazırlanması:
Qaynamış noxudu maşından keçirin. Soğan, sarımsağı rəndələyin. Cəfərini xırda doğrayın. Bunların hamısını bir qabın içinə qoyun, duz, istiot, soda, un, sarıkök və yumurtanı əlavə edib yaxşıca yoğurun. Soyuducuda 1 saat saxlayın. Hazırlanan qarışımdan qoz boyda kotletlər hazırlayın və isinmiş duru yağda qızardın.

Nuş olsun!  

Qazan kotleti

Qazan kotleti üçün ərzaqlar:
  • 500 q çəkilmiş ət
  • 3 ədəd baş soğan
  • 4-5 ədəd kartof
  • 2 ədəd şirin bibər
  • 3 ədəd pomidor
  • 3 x.q əridilmiş kərə yağı
  • 1/2 st su
  • 1 balaca dəstə (keşniş, şüyüd, reyhan)
  • Duz
  • Istiot

Davamı →

Düyülü, göbələkli toyuq kotletləri

Tərkibi (6 pay):
1,8-2 kq-lıq toyuq
1 yumurta 
4 dilim ağ tost çörəyi (qabıqsız)
1 iri diş sarımsaq 
3-4 budaq şüyüd 
duz və qara istiot (zövqə görə)
narın suxarı 

iç: 
1 iri baş soğan 
200 q şampinyon 
150 q bişmiş düyü
duz və qara istiot (zövqə görə)
Ardı →

Kartof kotleti

Tərkibi:
Kartof — 10 ədəd.
Təzə göbələk — 500 q
Soğan — 2 ədəd
Un — 2 x.q
Çörək qırıntıları — 1 x.q
Bitki yağı — 2 x.q
Duz, istiot

Hazırlanması:
Göbələkləri təmizləyin sonra isə xırda doğranmış soğanla birlikdə yaxşıca qızardın. Suda qaynadılmış kartofun qabığını təmizləyin və rəndədən keçirin. Sonda isə bütün məhsulu un əlavə edərək birlikdə yaxşıca qarışdırın. 
Kotlet halında yumrulayaraq yağda qızardın.  Nuş olsun!