Kreativ proyektin işlənməsi

Bir çox müəssisələrin yenilikləri həyatı keçirmək cəhdləri əksər hallarda effektiv olmayan rəhbərlik və kadrlar məsələsində qeyri adekvat qərarlar üzündən uğursuzluqla nəticələnir.
Novator yeniliklər yaratmaq prosesində əsas fiqurdur. O, müəssisədə «insan resurslarının» idarə olunmasında əsas rol oynayır. Novatorun xarakterik xüsusiyyətinə yeniliklər yaratmaqda aktiv iştirak etmək, qeyri-müəyyənlik və risklərin olduğu şəraitdə düzgün hərəkət etmək, problemin qeyri-standart həllini tapmaq, yüksək istehsal səviyyəsini təmin etmək aiddir. İdeyalar generasiya edən bilikli insan, iş çertyojlarından baş çıxaran mühəndis, məhsul və ya texnologiyanın təkmilləşdirilməsinə aid təkliflərlə çıxış edən ixtisaslı işçi, innovasiya layihəsinə başçılıq edən menecer novator ola bilər.


Ardı →

Təşkilatlarda kreativ mühit

Təşkilatda yaradıcılıq əhval-ruhiyyəsinin təmin olunması üçün rəhbərlik tərəfindən kreativ fəaliyyətin dəstəklənməsi həlledici rol oynayır. Əsl rəhbər o şəxsləri adlandırmaq olar ki, o ya öz sözləri, ya da özünün potensial imkanlarını tam ifadə edib özünü nümunə göstərərək insanları canlandırmaq qabiliyyətinə malik olsun, onların fəaliyyətləri üçün şərait yaratsın və məqsədlərinin realizəsi üçün tam sərbəstlik versin. Menecerin əsas vəzifəsi ondan ibarətdir ki, o bütün məsələləri öz üzərinə götürməməli və bütün qərarları tək qəbul etməməli, əksinə o rəhbərlik etdiyi kollektivdə yaradıcılıq axtarışı atmosferi yaratmalıdır. Bu böyük məna kəsb edir, belə ki, işçilər tədqiqetmə prosesinə cəlb olunur və ən əsası isə özlərinin qəbul etdiyi qərarların reallaşdırılmasında iştirak edirlər.
Davamı →

Kreativ fəaliyyətin idarə edilməsinin xüsusiyyətləri

Rəhbərlik tez-tez özünə belə bir sual verir: " Nə etmək lazımdır ki, bizim firmanın fəaliyyəti yeniliklərə istiqamətlənmiş olsun. Onları qəbul etməyə hazır olsun və yeniliklər yaratsın?" Əgər təşkilatda yeniliklə bazarda təşəkkül tapmış mühitə xas proseslərin təbii gedişinə zidd olması nöqteyi-nəzərindən qəbul olunursa onda yeniliklər heç vaxt yaranıb tətbiq olunmayacaq, Kreativ fəaliyyət və onunla əlaqədar tədbirlər firmanın normal, adi işinin tərkib hissəsi kimi çıxış etməlidir. Buna nail olunması kollektivdə yaradıcılıq mühitinin yaradılmasını tələb edir.


Ardı →