Antiklik və müasirliyin vəhdəti

Sezann, Van Qoq, Mane, Munk və Vermeyerin əsərlərindəki obrazlar XXI əsrin texnologiyalarından istifadə etsəydi, nə baş verərdi?

Koreyalı illustrator və qrafik dizayner Kim Dong-Kyu “ArtxSmart” layihəsi ilə internet ulduzuna çevrilib. Onun əfsanəvi rəssamların şah əsərlərinə olan müasir yanaşması böyük maraqla qarşılanıb. Müəllifin fikrincə, əgər sözügedən dahilər XXI əsrdə yaşasaydılar, əsərlərini şübhəsiz ki, məhz belə təsvir edərdilər. Axı, bu gün smartfonlar cəmiyyətin ayrılmaz hissəsidir.
Davamı →

Kreativlik anlayışı

Kreativlik adətən məsələni orijinal və qeyri-adi eyni zamanda faydalı şəkildə həll etmək kimi xarakterizə edilir. Kreativlik şirkət üçün uyğun loqo hazırlamaq kimi asan, lakin eyni anda siyasət, elm, iqtisadiyyat və s. kimi çətin məsələlərə də aiddir.

Unutmamalı olduğumuz iki açar söz mövcuddur: gözlənilməz və faydalı. İstənilən bir layihənin əvvəlində müştərinin müəyyən gözləntisi olacaq. Siz və sizlə işləyən komanda üzvlərinində həmçinin gözləntiləri ola bilər. Kreativlik sizə bu gözləntilərdən kənarda çalışmağa və nəticədə yeni və dəyərli bir işin ərsəyə gəlməsinə imkan yaradır.

Tarix boyu insanlar kreativliyi anlamağa və izah etməyə çalışıblar. Sivilizasiyanın ən erkən mərhələlərində insanlar kreativliyin mistik olduğunu güman edirdilər. Kreativ insan ilahidən gələn ilhamla dolu bir hədiyyə idi. Yunan dövründəki Muzalar haqqda bir düşünün; elm,incəsənət və ədəbiyyata ilham verən ilahələr.

Bir çox psixoloqlarında kreativlik haqqda şəxsi fikirləri var idi. Sigmund Freud kreativliyin sərvət, güc və sevgi istəkləri ilə bağlı, idrakli və şüuraltı gərginliyin nəticəsi olduğuna inanırdı. Psixoloqlar uzun müddət kreativliyin artist və elm adamlarına xas olduğuna inanırdılar; onlara görə adi insanlar nadir hallarda kreativliyə əl atırlar. Zamanla bu düşüncə tərzi dəyişdi və insanlar kreativliyin istənilən şəxsə xas ola biləcəyini dərk etməyə başladılar.

Bu fikir 1900-cü illərin ortalarında psixoloq və alimlər tərəfindən keçirilən testdə öz əksini tapdı.
Ardı →

Beyin fırtınası

Ümumiyyətlə yaradıcılıq üsulları 2 fərqli məqamları özündə ehtiva edir: 1) mümkün qədər çox yeni ideyalar yaratmağa çalışın; 2) ya da mövcud ideyalar içərisindən ən yaxşısını seçməyə çalışın.

Ən yaxşı ideyaya çata bilmək üçün tez-tez fikirlərinizi dəyişməyə çalışın. Fikirlərinizi tez-tez dəyişməli olduğunuz qatar kimi düşünün. Başqa sözlə, biz eyni ideyaları başqa-başqa formalarda yenidən düşünür və icra edirik. Geniş perspektivlər üçün bu prosesi həyata keçirtmək sizə asan gələcək.


Ardı →