Kredit müqaviləsini oxuyarkən nəyə diqqət yetirmək lazımdır?

Kredit müqaviləsini əsas nüansları: faiz dərəcələri, komisyon haqlar və tariflər
Bəzən kredit almaq insanlara o qədər çətin gəlir ki, bankla razılığa gəldikdən sonra onlar müqavilə haqqında heç düşünmürlər. Təəssüf ki, əksər həmvətənlərimiz müqaviləyə sadəcə yerinə yetirilməsi vacib olan bir formallıq kimi yanaşır, az qala müqavilələri gözübağlı şəkildə imzalayırlar. Bu təkcə kredit müqavilələri ilə bağlı deyil, qısa şəkildə desək, insanlar pulu almağa o qədər tələsir ki, nəyə imza atdığına diqqət belə yetirmir.

Hazırda bankların aktiv kreditləşmə prosesinə qədəm qoyduğunu nəzərə alsaq, kredit götürmək o qədər də böyük çətinlik törətmir, amma kredit müqaviləsinin hər bir şərtini nəzərdən keçirmək və şərtləri aydın başa düşmək heç də hər kəsin iqtidarında olduğu qabiliyyət deyil, səbəb isə həmvətənlərimizin maliyyə və hüquqi savadlılığın yetərincə olmamasıdır. Nəzərə alsaq ki, bankların təklif etdiyi müqavilə savadlı hüquqşünaslar tərəfindən hazırlanır, onda hər bir xırda fakt, hər detal bank yaxşıca nəzərə alınıb, özü də ki, bu zaman bank öz maraqlarını əsas götürüb.
Davamı →

Bank nə vaxt müştərini məhkəməyə verə bilməz?

Günümüzdə maliyyə sıxıntısı yaşayan hər kəs geri ödənilməsi çətin olsa belə çıxış yolunu bankdan kredit əldə etməkdə görür. Elə bu səbəbdən də həmin borclarını geri ödəməkdə çətinlik çəkirlər.

Təbii ki, yüksək faizlərlə olan krediti alıb, probleminizi həll etmək işin ən asan tərəfidir. Lakin krediti əldə etdikdən sonra geri qaytarmaq heç də asan deyil. Çünki banka olan borcunuzu geri qaytararkən əsas məbləğlə birlikdə bank faizləri üstəgəl komisyon haqqları da ödəməli olacaqsınız. Lakin bəzən bank kredit müştərisi olmuş şəxslər, kredit borclarını ödəməkdə çətinlik çəkir və bir müddət sonra ödəmə edə bilmirlər. Nəticə isə problemli kreditlərin artmasına gətirib çıxarır.
Davamı →

Pul sistemi bağlı maraqlı məlumatlar

* Dünyada ən qəribə ad qazanmış qəpik XVI əsrdə Macarıstanda buraxılıb — «qazetta».
 
* XIX əsrin əvvəllərində Alyaskada dəri pullardan istifadə olunub.

* Dünyada ilk kredit kartı 1951-ci ildə «Amerikan-ekspress» şirkəti tərəfindən buraxılıb.

* 100 dollardan ibarət 1 milyon dollar pulun çəkisi 10 kiloqram, 1 sentlərdən ibarət bu həcmdə pulun çəkisi isə 246 tondur .

* Kaliforniya ştatı müstəqil dövlət olsaydı, dünyanın iqtisadi inkişafına görə ilk beşliyində yer alardı.

* Dünyada qədim Afina kəsinə ödənilən məbləğ rekord sayılır — 314 min dollar.

* 10 milyon dollara görə hər 14 adamdan biri istənilən şəxsi öldürməyə hazırdır.

Davamı →

Necə kredit götürməli?

İstər uğurlu, istərsə də hələ ilk addımlarını atan biznes üçün bank krediti tələb oluna bilər. Bank kreditinin xüsusiyyətləri nədən ibarətdir, onu maksimum sərfəli şərtlərlə necə götürmək olar və nəyə diqqət yetirmək lazımdır?

Biznes nə qədər şəffaf olarsa, kredit almaq da bir o qədər asan olar 

Bank biznesi ən sadə və eyni zamanda, ən mürəkkəb bir biznesdir. Banklar pulu satın alır (depozitlər qəbul edir) və həmin pulu arzu edən şəxslərə satırlar (kreditlər verirlər). Bu cür fəaliyyət maksimum dərəcədə ehtiyatlı olmağı, hər şeyi ölçüb-biçməyi və ətraflı düşünməyi tələb edir.   

Balıq təmiz suyu sevdiyi kimi, maliyyə də şəffaflıq sevir. Ona görə də, biznesiniz nə qədər aydın və şəffaf olarsa, kredit almaq şansınız da bir o qədər yüksək olar. Sadəcə, özünüzü bankirin yerində təsəvvür edərək öz-özünüzdən soruşun: «Siz kimə kredit verərdiniz?» Qanuni, aydın, şəffaf biznes sahibinə, yoxsa vergi ödəməyən və öz biznesindən yalnız özü baş çıxaran ərizəçiyə? Fikrimizcə, cavab aydındır.

Ardı →

Kreditin mahiyyəti, prinsipləri və növləri

Çox mühüm iqtisadi kateqoriya olan və ssuda, borc mənasını verən kredit sözü latınca «Creditum» və etibar edirəm, inanıram mə­na­sını verən «Credo» sözlərindən əmələ gəlmişdir. Borc verilən pul, yaxud da əmtəənin müqabilində faiz ödənilir.
Kredit münasibətləri dedikdə borc (ssuda) fondunun əmələ gəl­məsi və həmin vəsaitdən müəyyən müddətə, qayta-rılmaq və faiz ödənil­mək şərtilə hüquqi və fiziki şəxslərə borc verilməsi ilə bağlı meydana çıxan münasibətləri ifadə edən iqtisadi əlaqələr nəzərdə tutulur. Bura­dan aydın olur ki, kreditin verilməsi aşağıdakı prinsiplərə əsaslanır. Kre­dit qaytarılma şərtləri konkretləşdirilməklə: 1) Müddətli; 2) Məq­sədli; 3) Təminatlı və 4) Faizli olmalıdır.
Davamı →

Kredit almaq