Dərinizin yaşına uyğun tonal krem seçimi

Tonal krem seçimində ən vacib məqamlardan biri də dərinizin yaşına uyğun tonal krem seçimi etməkdir. Bildiyiniz kimi insanın yaşı artdıqca üz dərisi də get-gedə yaşlanmağa başlayır. İllər keçdikcə dəri kənardan daha çox nəmləndirilməyə ehtiyac duyur. Buna görə də yaşlı dərilər gənc dərilərdən fərqli olaraq mütləq nəmləndirici formula malik tonal kremlərlə tonlaşdırılmalıdır.

Bu cür tonal kremlər dərini nəmləndirməklə yanaşı, yağlılığı səbəbindən yaşlı dərilərdə təravətli və təbii görüntü yaradır. Quruducu tonal kremlər isə üzdəki qırışıqlıqları daha nəzərəçarpan etdiyi üçün dərinin daha da yaşlı görünməsinə səbəb ola bilər. Nəmləndirici xüsusiyyətə malik tonal kremlər üz dərisində bərabər yayılıb, dərinin daha gənc görünməsinə səbəb olacaq.

Xoşbəxtlikdən bir çox kosmetika brendləri artıq uzun müddətdir ki, nəmləndirici, günəşdən qoruyucu və “yaşlanmaya qarşı” nəzərdə tutulmuş tonal kremlər istehsal edir. Dərinizi yaşlanmadan qorumaq üçün zənn etdiyiniz kimi heç də orta yaşlara çatanadək gözləmək lazım deyil.
Davamı →

Tonal kremdən düzgün istifadə

Qeyri-bərabər yayılmış tonal krem
Tonal kremin üz dərisindən seçilməməsi üçün onu üzdə tam bərabər yaymaq vacibdir. Qeyri-bərabər paylanmış tonal kremlər təbii ki, üzdə bəzi hissələrin daha tünd bəzi hissələrin isə nisbətən daha açıq rəngdə görünməsinə səbəb olur.

Tonal kremi bərabər şəkildə üzdə rahat yaymaq üçün artıq müxtəlif forma və ölçülərdə süngərlər və fırçalar var. Düzgün vasitə seçimi ilə tonal kremi üzdə təbii görünəcək şəkildə yaymaq artıq çətin deyil.
Davamı →

Kosmetikaların tərkibindəki silikon maddələrin fəsadları

Gözəllik sektoru bu gün dünyada ən çox gəlir gətirən sahələrdən biridir. Mütəxəssislər cavanlaşmaq istəyən xanımlar üçün hər il minlərlə məhsul istehsal edərək böyük pullar qazanır. Və həmişə bütün pulunu bu məhsullara xərcləyən milyonlarla qadın tapılır. Təəssüf ki, təbii tərkibli adı ilə satılan kosmetik vasitələrin çoxu gözləntiləri doğrultmur. Nəticə etibarı ilə dəriyə qulluq üçün alınan məhsullar ona yavaş-yavaş, lakin ciddi ölçüdə ziyan vurur.

Dərinizin tipindən asılı olmayaraq, alimlər və mütəxəssislər silikon tərkibli məhsullar istifadə etməməyi məsləhət görür. Əsas çətinlik buradan yaranır ki, onları etiketdə maneəsiz tapmaq olmur, istehsalçılar uzun illərin təcrübəsi nəticəsində hər cür zərərli məhsulun adını şifrələyərək və elmi terminlərlə işarələyərək onları uğurla «gizlətməyi» öyrəniblər. Bundan başqa, unutmaq olmaz ki, mütəxəssislər hər gün yeni modifikasiyalı yeni silikonlar icad etməyə davam edirlər.
Davamı →

Kremlər

BB-krem
BB-kremin mənası «beauty balm» və ya “blemish balm”, yəni gözəllik balzamı kimi tərcümə olunur. O, dəridə yaxşı örtük yaradır və hər bir mövsüm üçün münasibdir. Dərini heç də nəmləndirici kremdən pis nəmləndirmir. Elə bu səbəbdən də onu üzə sürtəndə ağırlıq yaratmır, sanki nəmləndirici krem effekti verir. BB-kremi iltihabdan sonra dərinin həddən artıq qabıq verməsinin qarşısını alır, dəri tonunu bərabərləşdirir və artıq piqmentasiyanı və aradan qaldırır. Makiyaj altı üçün gözəl təməldir, qüsurları maskalayır və günəş şüalarından qoruyur. Lakin dəri baxım məhsullarından imtina etməyi və təkcə BB kremlərinə yönəlməyi tövsiyə etmirik. O dərini nəmləndirirsə də, bütünlüklə nəmləndirici kremi əvəz edə bilməz.
Davamı →

Əsl BB krem nədir?

Son zamanlar populyar olan BB kremlər bir çoxlarının diqqətini cəlb edib.

Belə ki, bir çox reklam rolikləri bu kremlərin qadınlarda olan bütün dəri problemlərinin həll edəcək vasitə kimi təqdim edirlər. Bəs əsl BB krem nədir? Bu reklamlara inanmaq düzgündür ya yox? Bunun üçün tarixə nəzər salaq.

İlk dəfə BB krem alman alimləri tərəfindən dərini  tez sağaldan və maskalalanan(üstünü örtən) bir vasitə kimi  yaradılmışdır. İlk olarq kremlər əsasən plastik cərrahiyyə pasientləri, bədbəxt hadisə zamanı yara və yanıqlar almış aktyorlar üçün nəzərdə tutulurdu. Tərcümədə də həmçinin bu krem  Blemish Balm və ya Blemish Base hərfi olaraq ləkələrin maskalanması(örtülməsi) və tonun hamarlaşması kimi məna verir. Müalicəvi xarakter daşıyan bu kremin  kremin çox xeyirli və bərpaedici xüsusiyyətləri danilmazdır.


Ardı →

Gözəllik mənbəyi tarakanlar

Müasir kremlərin tərkib hissələrindən biri də tarakanlardır!

Dövriyyədə olan kosmetikaların tərkib hissələri haqqında müxtəlif hekayələr dolaşır. Onların tərkibinə sağlamlıq və dəri üçün təhlükə yaradan kompenentlərin əlavə edildiyi heç kimə sirr deyil. Lakin kosmetikaların tərkibi haqqında bu xəbər bizi də dəhşətə gətirib. Dəri kremlərinin tərkibinə tarakan qatılır.

Gözəllik fırıldaqçıları kremlərin tərkibinə adi ev həşəratları deyil, tarakanların xüsusi növündən istifadə edir.

Qırışlar əleyhinə kremlərə ilbizdən əlavə edilməsi ilə yenicə barışmışdıq. Kremlərin tərkibinə tarakan qatılması isə ən qorxmaz insanı da qorxuda bilər. Bu həşəratlar həqiqətən də zülal mənbəyidirsə, başqa çıxış yolu yoxdur. Xüsusən də kosmetika şirkətləri ev parazitləri ilə heç bir əlaqəsi olmayan tarakan növündən istifadə edir.


Ardı →

İşgüzar xanımlara məsləhətlər

  • Qadın
Qadınların fərqli olduqlarına baxmayaraq onları birləşdirən ümumi cəhətlər də var. Gərgin və yorucu iş günü ərzində daima baxımlı və gözəl görünmək istəyən qadınlar özlərinə lazımi qədər vaxt ayıra bilməməkdən daim şikayətlənirlər. Aşağıdakı məsləhətlər onlar üçün faydalı ola bilər. Ofisdə iş dolabınızın yalnız bir siyirməsini bunun üçün ayırmanız kifayətdir.

Korrektor: Kompüter qabağında işlərkən, gözlərinizin ətrafında əmələ gələn hər hansı bir qızartını, şişkinliyi örtmək üçün əvəzolunmaz vasitədir.Korrektorun dərinizin rəngindən bir ton açıq və ya tünd olmasına diqqət edin. 
Davamı →