Aşpazlardan faydalı məsləhətlər

Yeməyə sarımsaq qataraq onu daha da ləzzətli etmək istəyirsiniz, ancaq qalıcı qoxu sizi narahat edir? Elə isə, yeməyi boşqaba tökməzdən öncə boşqaba sarımsaq çəkin.

Ciyərin sərt deyil, zərif alınmasını istəyirsinizsə, onu bişdikdən sonra duzlayın.

Aşın bəmbəyaz olmasını istəyirsinizsə, onu bişirdiyiniz zaman suya bir neçə damcı sirkə əlavə edin.
Davamı →

Şef-aşpaz Oqtay Cəfərovdan yemək sirləri

Oqtay CəfərovYarpaq dolmasının dadlı olması üçün:
— Hər şeydən öncə, aşpaz yüksək əhval-ruhiyyədə olmalıdır;
— Yarpaq yaxşı seçilməlidir, məsələn, Novxanı yarpağı...;
— Nəinki yarpaq dolması, ümumiyyətlə, bütün yeməklər vam odda, yavaş-yavaş bişməlidir;
— Dolmalıq ət yumşaq olmalı və yaxşı olar ki, quzu əti olsun.
 
Oqtay ustanın aşının-plovunun dadı, ətri insanı valeh edir. Bəs onları necə belə dadlı edirsiniz, sualımıza belə cavab verdi:
— Həmişə T.Əmiraslanov deyir ki, düyü qadına bənzəyir, onunla incə davranmaq lazımdır. Doğurdan da, düyü ilə çox zərif hərəkət etmək lazımdır. Onu soyuq suda deyil, isti suda islağa qoymaq lazımdır. Ən azı 3-4 saat, yaxşı olar ki, gecədən səhərə kimi suda islaqda qalsın. Belə olan halda düyü şişir və bişəndə isə əyilir, yumşaq olur. Düyünü sadəcə yaxalayıb qaynadanda isə diri qalır.
Davamı →

Gürcüstansayağı toyuq resepti

Satsivi ilə (qoz pastası ilə) toyuq – bu resept gürcü mətbəxinə aiddir, çox məşhur, dadlı və bir qədər də bahalıdır! Bu cür üsulla toyuğu dadan bir də başqa toyuq yeməyi istəmir.

Ərzaqlar:
Toyuq – 1 ədəd (iri)
Qoz ləpəsi – 500 qr.
Sarımsaq – 7 diş
Çox kəskin acika – 3 x.q.
Satsivi (qoz pastası) üçün ədviyyat qarışığı – 2 ç.q. (marketlərdə paket şəklində satılır)
Duz – zövqə görə.

Davamı →

Azərbaycan şərbətləri

Azərbaycanda ən geniş yayılmış spirtsiz içki şərbət hesab edilir. Şərbət qida qəbulundan sonra, eləcə də şadyanalıq rəmzi olaraq toyvə ziyafət məclislərində, qonaq qəbul edildikdə içilir. Məhz nahardansonra müxtəlif meyvə və giləmeyvələrlə yanaşı limon, reyhan, nanə, zəfəran və ətirli-ədviyyəli bitkilərdən hazırlanmış şərbətlər verilir.

Hələ qədimlərdən Azərbaycanda nahar və şam yeməyi şərbət və yaşirniyyatla başa çatdırılır. Şərbəti plov yanında da verilir. Şərbətlərin hazırlanmasında şəkər, bal, ətirli-ədviyyəli bitkilər, meyvə-giləmeyvə və buzdan istifadə edilir. Bəzi şərbətlərə boymadərən, bədmüşk və qızılgüldən çəkilmiş gülab əlavə edilir.

Davamı →

Ceymi Oliverdən mətbəx sirləri

1. Kotletə forma verən zaman əlinizi tez-tez isladın ki, ovcunuza yapışmasın.

2. Tapmadığınız inqredienti digər ərzaqla əvəzləyin, onsuz da dadlı alınacaq.

3. Makaron və ya vermişelin daha dadlı alınması üçün süzərkən, dibində biraz su saxlayın.

4. Limon və digər sitrus meyvələrdən daha çox şirə çıxmartmaq istəyirsinizsə, sıxmazdan öncə masa üzərində əlinizlə basaraq, yuvarlayın.

5. Kartofu soyub, yuduqdan sonra, üzərini ya dəsmal ya da salfetlə örtün ki, suyunu çəkib, bişdikdən sonra daha ləzzətli olsun.
Davamı →

İdeal xəmir üçün incə məqamlar

Tortun xəmirinin yaxşı olması üçün ona qatılan unun 1 qaşığını kartof unu (kraxmal) ilə əvəz edin. Bu zaman sizin tortunuzun biskviti daha yumşaq və dadlı olacaq. Bu qayda ilə bişən xəmir 2-3 gün saxlanılsa da xarab olmur.

Tort üçün bişiriləcək xəmirin ununu bir-neçə dəfə ələyin. Bu zaman un oksigenləşəcək və biskvitiniz daha da havalı olacaq.

Çorək və biskvit xəmirinin yaxşı olması, uzun müddət qalması və xarab olmaması üçün onların ununa az miqdar mannı əlavə edin.

Davamı →

Gül kələmi kotleti

Lazım olan ərzaqlar:
– 500 qr gül kələmi
– 2 yumurta
– 3 dolu xörək qaşığı un
– yarım stəkan süd
– 1 fal çörək
– duz
– istiot
– qızardılması üçün bitki yağı

Hazırlanması:
Gül kələmini kiçik hissələrə ayırıb, duzlu suda yumşalana qədər qaynadırıq. Püre əzən alət ilə əzdiyimiz gül kələminin üzərinə süddə isladılmış çörəyi, yumurtaları, un, duz və istiotu əlavə edib yaxşıca qarışdırırıq. Tavada bitki yağını qızdırıb, hazırladığınız qarışımdan kotletler hazırlayıb orta odda hər iki üzünü qızardırıq. Nuş Olsun!
Davamı →

Ərikli mannı

Tərkibi (4 pay):
3-4 iri yetişmiş ərik (sayı formanın ölçüsündən asılıdır)
80 q mannı yarması
80 q badam unu
150 q şəkər tozu
0,5 l süd
4 yumurta
30 q kərə yağı
1 çimdik duz
1 ç.q. badam, yaxud vanil cövhəri
1 x.q. şəkər pudrası
2 x.q. badam yonqarı
Davamı →

Dietik omlet

Tərkibi:
1 ədəd yumurta
4 ədəd yumurtanın ağı
az miqdarda duz
bir çimdik çəkilmiş istiot
2 yemək qaşığı göbələk
1 ədəd ispanaq
5 dilim yağsız basdırma
1 dilim yağsız holland pendiri

Hazırlanması:
Yeməyi hazırlamaq üçün əvvəlcə yağsız holland pendiri, yağsız basdırma, isbanaq və göbələkdən başqa bütün ərzaqları (yumurta, yumurtaların ağı, duz, istiot) yaxşıca çırpıb qarışdırın.

Yapışmayan tavaya çırpılmış yumurtaları əlavə edin. Bunun üzərinə isə göbələk, ispanaq, basdırma və holland pendirini səliqə ilə düzün. 5 dəqiqədən sonra tavanı ocağın üzərindən götürə bilərsiniz.
Dietik omlet hazırdır. Nuş olsun!
Davamı →