Harun Yəhya "Qlobal Masonluq" - Almaniyada dinə qarşı kampaniya: "Kulturkampf"

Bundan 150 il əvvəl Avropada Almaniya adlı bir ölkə yox idi. Bu günkü Almaniyanın ərazilərində çoxlu krallıqlar hökm sürürdü. Onlardan ən böyüyü isə bugünkü Almaniyanın şərqini vəPolşanın böyük bir hissəsini əhatə edən Prussiya idi. Prussiya 1860-cı illərdən digər аlman dövlətciklərini özünə birləşdirməyə başladı və 1871-ci ildə birləşmiş Almaniya Imperiyasını qurdu. Bu yeni dövlətin rəhbəri isə Prussiyanın baş naziri Otto fon Bismark idi. Bismark son dərəcə mahir diplomat olsa da, daxili siyasətdə eyni uğuru təkrarlaya bilmirdi. Bunun əsas səbəbkarlarından biri də «Beynəlxalq liberallar» adlanan və eynilə Fransadakı antikleriklər kimi dinə qarşı çıxan «ziyalılar» zümrəsi idi. «Beynəlxalq liberallar» Almaniyanın birliyinin sağlamlaşdırılması üçün xalqın dini duyğulardan qurtulmasını vacib sayırdılar. Onların təşviqilə Bismark ölkəsində katoliklərə qarşı bir kampaniyayа başlamışdı. «Kulturkampf», yəni «mədəniyyət savaşı» adlandırılan bu kampaniya «аlmanların şüuruna nəzarət etmə mübarizəsi» kimi də qələmə verilirdi. Kulturkampf zamanı, xüsusilə Almaniyanın cənubunda yaşayan katoliklər son dərəcə ciddi təzyiqlərlə üzləşdilər.
Ardı →