***Məmməd Əmin Rəsulzadənin kulturoloji göruşləri***
Qeyd edək ki, M.Ə.Rəsulzadənin kulturoloji fəaliyyətini analiz etmək moderin kulturologiya elmi nöqteyi-nəzərdən məqsədəuyğun hesab etmək olar.Kulturoloji fəaliyyəti-özunu onun ədəbi-publisist və ictimai-mədəni aspektlərində təzahür etdirir.
«Müxəmməs» adlı ilk əsəri "Şərqi Rus" qəzetində (1903-cü il No20) çap olunmuşdur.1904-cü ilin axırlarında «Müsavat» cəmiyyəti«nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində „Hümmət“ təşkilatı» yaradılmışdır. Bu təşkilatın banilərindən biri Məhəmməd Əmin Rəsulzadə (1884-1955) olmuşdur. Təşkilatın «Hümmət» adlı qəzeti də nəşr edilmiş, (1904-1905-ci illər, cəmi 6 nömrə), qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur. Lakin hələlik onun bir nömrəsi də tapılmamışdır.
Bundan sonra qəzet öz nəşrini dayandırır, 1906-cı ilin dekabrından «Təkamül» adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. İ.Stalinlə çox səmimi və yaxın dost olmuşdur. 1954-cü ildə, İstanbulda çıxan «Dünya» qəzeti M.Ə.Rəsulzadənin «Stalin ilə inqilab» adlı sil-silə xatirə-məqaləsini çap etdirmişdir.
Ardı →