Kökəlmək üçün ilk addımlar


Bədəninizə uyğun paltar tapa bilmirsiz? Geydiyiniz hər şey üstünüzdən düşür? Bir çoxları artıq çəkidən azad olmaq üçün müxtəlif proqramlar tətbiq edərkən, siz ancaq kökəlmək istəyirsiniz? Bu zaman aşağıdakı yazı tam sizə görədir.

Kökəlmək və orqanizmdə olan zəifliyi aradan qaldırmaq istəyənlər ilk növbədə zəifliyin səbəbini bilməlidirlər. Bura qalxanvarı vəzinin sürətlə işləməsi, bağırsaqlarda parazit olması, iltihablı bağırsaq, genetik və psixosomatik səbəblər aid edilə bilər. Təbii ki, əsas səbəbi həkim doğru söyləyəcəkdir. Əgər hormonal səbəblərdən ötəri zəiflik meydana gəlmişsə, hormon müalicəsi kafi hesab olunur. Orqanizimdə olan parazitlərdən qaynaqlanırsa bu zaman müxtəlif dərman və tabletlərlə müalicə edilir.
Davamı →

Az yeyirəm, ancaq kökəlirəm...


Bəzən insanlar hiss edir ki, onların çəkisi səbəbsiz olaraq artır — qidalanma dəyişilməyib, fiziki hərəkətlik normadadır, ancaq çəki artır. Bəzən bu insanlar hətta pəhriz saxlamağa, daha az yeməyə çalışsalar da, heç bir köməyi olmur və bədən çəkisi artmaqda davam edir.

Belə halın səbəbləri müxtəlif ola bilər. Bəzi xəstəliklər və pozulmalar bədən çəkisinin artmasına gətirib çıxardır. Bu səbəbdən əgər siz özünüzdə bədən çəkisinin «səbəbsiz» artmasını müşahidə edirsinizsə, pəhrizə oturmağa tələsməyin, həkim müayinəsindən keçin.

Beləliklə, çəkinin «səbəsiz» artması bu kimi pozulmalar zamanı baş verə bilər:
Davamı →

Kökəlmək istəyənlərin menyusu

Bir çox insan arıqlamağa çalışsa da, kökəlmək üçün can atanlar da az deyil. Bəziləri anadangəlmə arıqdır, bəziləri isə xəstəlik və stress səbəbindən kökələ bilmir. Oxucularımızın da xahişi ilə, kökəlmək üçün xüsusi pəhriz proqramı təqdim edirik.

Menyu:

Səhər yeməyi:
1 desert qaşığı bal və ya bəhməz

1 ədəd qaynadılmış yumurta

70 qram ağ pendir

5 qram kərə yağı

5 dilim qızardılmış çörək

10-15 ədəd qara zeytun

1 stəkan şirin süd

Ara yeməyi (10:30 – 11:00 arası)
1 stəkan meyvə suyu

4 ədəd biskvit


Ardı →

Kökəlmək istəyirəm!

Bəzi hallarda arıq insana kökəlmək kök insana arıqlamaqdan daha çətin olur. İnsan çox yeməyə başlayır, iştah artıran preparatlar və vitaminlər qəbul edir. Lakin arzuladığı kiloqramlar artmır ki, artmır.

Bu vəziyyətdə nə etmək lazımdır? İlk növbədə terapevtin müayinəsindən keçin. Bəzi xəstəliklər və pozulmalar zamanı insan normal miqdarlarda qida qəbul etsə də kökələ bilmir və əksinə arıqlayır. Bu xəstəliklər və pozulmalar arasında şəkərli diabet, tireotoksikoz (qalxanvari vəzi xəstəliyi), ağır xroniki stresslər və depressiyalar, mədə-bağırsaq sistemi xəstəlikləri, bəzi ağ ciyər və ürək xəstəlikləri, onkoloji xəstəliklər. Lazım olduqda terapevt əlavə müayinə və analizləri təyin edəcək və (və ya) pasiyenti digər mütəxəssislərin müayinələrinə göndərəcək. Əgər hər hansı xəstəlik aşkar olunarsa, xəstəyə müalicə təyin olunacaq.

Lakin heç bir ciddi pozulma və ya xəstəlik aşkar olunmazsa, arıqlığın digər səbəblərini axtarmaq lazım olacaq. İlk növbədə bu kifayət etməyən, natamam qidalanma ola bilər.

Kökəlmək istəyən insan öz qida rasionuna diqqət etməlidir. Lakin bu o demək deyil ki, insan çəkinin artırılmasına gətirən yağlı və şirin yeməklərə üstünlük verməlidir. Belə «pəhrizin» nəticəsində insan yalnnız müxtəlif pozulma və xəstəliklər «qazana» bilər.
Ardı →

Kökəlmək istəyənlər üçün sağlam və faydalı məsləhətlər

1. Gündəlik bəslənmə proqramınızı edərkən, miqdarı az, enerji dəyəri yüksək yeməkləri seçməniz lazımdır. Məsələn 1 kasa sütlü şirniyyatın içinə 2 yemək qaşığı əlavə olunmuş qoz, miqdarını dəyişdirməz amma enerjisini artırmış olar.

2. Yeməklərinizdə bol ədviyyat istifadə edin. Xüsusilə qırmızı bibər, nanə iştahınızı açılmasını təmin edər.

3. Yeməklərdən əvvəl və ya yeməklərlə birlikdə su içməyin. Çünki yeməklərlə birlikdə alınan su tez doymanızı təmin edər. Gündəlik almanız lazım olan 2 litr suyu yeməkdən sonra və ya aralarda için.

4. Sağlam kilo artımını tez bazar yeməklərlə deyil qida dəyəri yüksək qidalar ilə təmin etmək ən doğru yoldur. Məsələn, balıq, süd, qatıq, pendir sıxlıqla istehlak etməniz lazım olan qidalar arasında olmalıdır.


Ardı →

Sağlam kökəlin

  • Kökəlmək üçün nizamsız qida qəbuluna başlamaq lazım deyil. Bu zaman yalnız qarında şişlik meydana gələcək.
  • Hər gün 3 əsas, 3 ara yemək yeyin. Yeməklərin vaxtını ötürməyin.
  • Yeməkdən öncə idman edin, gəzin, qaçın. Bu həm iştahı açır, həm də sağlam kökəlməyə kömək edir.
  • Süd və süd məhsulları, ət və ət məhsullarına üstünlük verin.
  • Qəbul edilən karbohidratın miqdarını artırın.
  • Südə bal, bəkməz, mürəbbə əlavə edərək için.
  • İİçkiləri yemək zamanı deyil, qida qəbulundan ya 30 dəqiqə öncə, ya da sonra için.
  • Təzə meyvə sularına üstünlük verin.
  • Yatmamışdan öncə yemək, şirniyyat yeyə bilərsiniz.
  • Yeməkdən sonra şirniyyat qəbul edin.
  • Fındıq, fıstıq, badam, qoz və sairə yeyin.
  • Hər gün yumurta qəbul edin.
  • Əridilmiş yağ əvəzinə duru yağlara üstünlük verin.
     

Müəllif: Nilufər


Davamı →

Kökəlmək üçün nə etməli?

Yeməklərin yanında buğdadan bişirilmiş çörək yeyin(kəpəkli olmasın)
Hər günorta yeməyində mütləq təzə qaynadılmış kartof yeyin.
Hər gün 1 ay boyunca 10-15 ədəd püstə yeyin. 
Meyvələrdən daha çox təzə ağ üzüm və banan yeyin.
1 həftə boyunca səhər yeməyi ilə günorta yeməyi arasında yarım stəkan su ilə çeynəmədən 3-4 ədəd mixək udulur.7 gün tamamlandıqdan sonra aşağıdakı qaydalara başlanır.
Ardı →