Körpələrə topuq testi

Orqanizmdə daxili sekrasiya vəzi kimi fəaliyyət göstərən qalxanabənzər vəz hormonunun çatışmazlığı hipotiroid adlandırılır.

Yeni doğulmuş uşaqlarda ən çox rast gəlinən endokrinoloji problemlərdəndir. Pediatr Altay Abdullaoğlunun sözlərinə görə, tiroid hormonu bətndaxili dövrdə və 2 yaşına kimi böyümə və əqli inkişafı təmin edən hormondur:

«Buna görə də erkən qoyulmuş diaqnoz və müalicə əqli geriliyin qarşısını ala bilər. Gec müalicə edilərsə, əqli inkişaf geriliyi qalıcı olur. Bu baxımdan erkən diaqnoz çox önəmlidir. Bunun üçün bir çox ölkələrdə yeni doğulmuş körpələrdən „topuq testi“ adlandırılan metodla qan alınaraq erkən diaqnoz qoyula bilir».
Davamı →

Övladınızın gözü hansı rəngdə olacaq?

Hamiləlik müddətində valideynləri maraqlandıran mövzulardan biri doğulacaq körpənin göz rəngidir. Əgər ailədə həm açıq, həm də tünd rəngli gözə sahib fərdlər varsa, bu maraq daha da artır. Bəs genetik quruluşa görə körpənin göz rəngini bilmək mümkündürmü?

Elm adamları bu barədə siyahı tərtib ediblər. Onlar genetikaya uyğun olaraq körpənin göz rənginin təxmin edilməsinin mümkün olduğunu bildiriblər.

Yaşıl – Qəhvəyi rəng
Ana və atanın gözləri yaşıl-qəhvəyidirsə, körpənin göz rəngi 50 faiz halda qəhvəyi, 37 faiz yaşıl, 12 faiz halda isə mavi ola bilər.
Davamı →

Əmizdirən ana qəhvə içə bilərmi?

Körpə əmizdirərkən qəhvə içmək olarmı? Kaffeinin südverən anaya və körpəyə hansı zərərləri ola bilər?
Hamilə olarkən bəzi qidaların qəbulunda məhrumiyyətlər normaldır, deyilmi? Bəs körpə doğulduqdan sonra necə olmalı? 9 aylıq qida qəbulundakı qadağalardan sonra köhnə yemək vərdişlərinə birbaşa qayıtmaq mümkündürmü?
 
Hamilə qadınlar əlbəttə ki, daha təmiz və faydalı ərzaqlar yeməyə çalışırlar. Hətta hamilə olduqlarını bilənə qədər yedikləri yumşaq pendir və suşi onların körpəsinə necə zərər verə bilər deyə təlaşa düşürlər. Amma südverən anaların narahatlığı körpə dünyaya gəldikdən sonra da davam edir.
Davamı →

Yeni doğulan uşaqlar haqqında maraqlı məlumatlar

— Yeni doğulan uşağın bədənində təxminən bir stəkan qan olur.
 
— Uşaqlar doğulduqlarında sümük sayları 300-dür. Uşaq böyüdükcə sümükləri birləşərək yetkinlik dövründə 206-ya çatır.
 
— Uşaqlar bir şey istədikdə qışqırar, ya da inildəyirlər, ancaq ağlamazlar. Çünki ilk üç həftə boyu göz yaşı istehsal edə bilmirlər. Göz yaşı kanalları hələ tam olaraq inkişaf etmir. Gözlərini sağlıqlı tutacaq qədər nəm istehsal edirlər. Ancaq bir neçə həftə ərzində göz yaşı axıda bilməzlər.
 
— Uşaqlar doğularkən diz qapaqları olmur. Diz qapaqları 6 ayadək tamamən inkişaf etmir.
Davamı →

Yalnız körpələrin sahib olduğu super güclər

Hər birimiz yeni doğulan uşaqların nə qədər möhtəşəm və şirin olduqlarının fərqindəyik. Bu şirinliklə yanaşı, onlar heç birimizin sahib olmadığı super-güclərə sahibdirlər.

Ağlaya bilmirlər
Körpələr gün boyu qışqırıb ağlasalar da, gözün damcı yolu bağlı olduğu üçün göz yaşı ifraz edilmir. Körpələrin ağlaması yalnız səs-küydən ibarətdir.

Üzmə bacarığı
 Körpələr doğulduqlarından etibarən suya dalmaq refleksinə sahib olurlar. Bunun sayəsində onlar suya girdiklərində nəfəslərini tutmağı bacarır və suyun üzündə qalmaq üçün hərəkətlər edə bilirlər.
Davamı →

Körpələrdə diş çıxartmada gecikmələr

Körpələrin ilk dişləri təxminən yeddi aylıqlarında görünməyə başlayır. Adətən diş çıxarma əlamətləri dişlərdən iki-üç ay əvvəl özünü büruzə verir. Bu simptomlar hər uşaqda müxtəlif formalarda özünü göstərir. Adətən diş çıxaran bir körpədə ağız suyunun axması, tüpürcəyin mütəmadi olması səbəbindən meydana çıxan çənə və ya üz nahiyyəsində qızartılar, dəridə qurumalar, yüngül öskürək, dişləməyə meyilliliyin artması, ağrı, yeməkdən imtina etmək, ishal, hərarətin artması, yuxu pozuntuları, qulaq çəkişdirmə, yanaq qaşıma kimi əlamətlər meydana çıxa bilər.

Lakin bəzən ilk dişin çıxmasına təxminən üçüncü ayda, bəzən isə on iki və daha sonrakı aylarında rast gəlmək mümkündür. Dişlərin çıxması vaxtı adətən irsi xarakter daşıyır. Yəni, erkən diş çıxarmış valideynlərin körpələrində də bu halın təkrarlanması normaldır. Lakin bunun başqa səbəbi də ola bilər.
Davamı →

Körpəni qucağa götürmək faydalıdır

Yeni araşdırmalara əsasən daha çox qucaqda olan körpələr böyüdükdə daha sağlam, daha məhsuldar, daha anlayışlı, mehriban və daha az depressiyaya meylli olurlar. Darcia Narvaez araşdırması əsasında 600 böyük adamı müşahidə etmişdir. Müşahidələrə əsasən məlum olmuşdur ki, körpəlikdə daha çox qucaqlananlar böyüdükdə daha sağlam psixikaya malik olaraq, daha az psixoloji narahatlıqlar keçirirlər. Həmçinin bu insanlar stresin öhdəsindən daha yaxşı gəlirlər. 

“Qucaqlamaq fərq edir” deyən həkimlər, bu araşdırmadan sonra köhnə yanaşma olan ” qucağa öyrəşdirmə” anlayışının tamamilə süquta yetdiyini qeyd edirlər. Qucağa götürməklə körpənizin tərbiyəsini korlaya bilməzsiniz, əksinə ağlayan və mızıldayan körpə hər istəyində qucağa götürülməlidir.
Davamı →

Körpənin göbəyinə necə qulluq etməli?

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin klinik protokoluna əsasən yeni doğulmuş körpələrin göbək güdülünün təmiz və quru saxlanılması kifayətdir, hər hansı vasitələrlə işlədilməsinə ehtiyac yoxdur. Yenə də hər şeyi nəzərə alaraq profilaktik olaraq 70%-li spirtlə təmizlənməsi tövsiyyə oluna bilər. Qısaca olaraq desək, göbək güdülünü çox sayda məhlullar (perekis, zelyonka, ksereform və s.) ilə təmizləməyə, boyamağa ehtiyac yoxdur.

Göbək güdülünü təmiz və quru saxlasanız öz-özünə quruyub düşəcək və daha tez sağalacaqdır. Göbək güdülünün təmiz və quru qalması üçün bezi bağlayarkən göbək kordonunun çöldə (bezdən kənarda) qalmasına xüsusi diqqət edin ki, sidik və nəcis korpənin göbəyini bulamasın.
Davamı →

Körpə üçün yemək hazırlayarkən diqqət edilməsi lazım olan tövsiyələr

Yeməyin hazırlanması və verilməsi zamanı körpənizin təhlükəsi ilə qarşılaşmamasını təmin etməyə çalışın.
♦ Uşağınız üçün yemək hazırlamamışdan öncə əllərinizi daim yaxşı-yaxşı yuyun.
♦ Uşağınızı yedizdirməmişdən öncə onun əllərinin təmiz olub-olmadığını yoxlayın.
♦ Masaların üstünü təmiz saxlayın və körpənizin yeməyə və ya yemək hazırladığınız masaya yaxınlaşmasına imkan verməyin.
♦ Mətbəx taxtasını tam təmiz saxlayın
♦ Soyuducuda bişmiş və çiy əti üstü örtülmüş şəkildə bir-birindən ayrı və həm də digər ərzaqlardan ayrı saxlayın.
♦ Yeməkdən öncə bütün boşqabları və qaşıqları isti sabunlu su ilə yuyun.
♦ Körpənizin qabağından qalmış yeməkləri saxlamayın və yenidən ona verməyin. Bu, ishal və qusma ilə nəticələnə bilər.
♦ Bişmiş ərzaqları bir dəfədən artıq isitmək olmaz.
♦ Bütün ərzaqları tam bişirin və körpənizə verməmişdən öncə ilıq olana qədər soyudun.
♦ Alma və kök kimi meyvə və tərəvəzləri yuyun və qabığını soyun.
♦ Çiy yumurta və çiy dəniz məhsullarından uzaq durun.
Yeməklərin saxlanılması və isidilməsi:
♦ Yeməyi bacardığınız qədər tez soyudun (ideal olaraq, bir-iki saat ərzində) və onu soyuducuya və buz dolabına qoyun. Soyuducuya qoyulmuş yemək iki gün ərzində yeyilməlidir.
♦ Dondurulmuş yeməyi isitməmişdən öncə onun buzunun tam açılmasına əmin olun. Bunun üçün ən təhlükəsiz üsul həmin yeməyi buz dolabından çıxardıb soyuducuya gecə boyu qoymaq və ya mikrodalğalı sobanın “don açma” funksiyasından istifadə etməkdir.
♦ Yeməyi elə qızdırın ki, o tamamilə isti olsun. Körpənizə verməmişdən öncə soyudun.
♦ Yeməyi tez soyutmaq üçün onu hermetik konteynerə yerləşdirin və onu soyuq suyun altında saxlayın və vaxtaşırı qarışdırın ki, qabın içindəki yemək tam soyusun.

Mənbə: www.korpem.net


Davamı →