Öpüş xəstəliyi

Körpənizi öpdüyünüz yerə diqqət yetirin!
Yeni doğan körpələri ağız və ağız ətrafından öpmək yoluxucu xəstəliklərə yoluxmağa səbəb ola bilər. Xalq arasında”'öpüş xəstəliyi” olaraq bilinən Ebstein Barr Virusu (EBV) tərəfindən yaradılan infeksiya bu şəkildə yoluxur. Öpüş xəstəliyi hərarət, linfa damarları, dalağ və qaraciyər böyüməsi kimi narahatlıqlara səbəb ola bilər.

Antaliya Manavgat Dövlət Xəstəxanasının baş həkimi və Uşaq Xəstəlikləri Mütəxəssisi Dr. Məmməd Quru, öpüş xəstəliyinin uşaqlara keçməməsi üçün uşağı öpməyi qadağan edir.  Quru, xəstəliyin yolxucu olmasının ən əsas səbəbi tüpürcək olduğunu söyləyib. Quru, sözlərini belə davam etdirib:

"Ətrafımızda dəfələrlə bu sözü eşitmisiniz; “Öpməkdən doya bilmədim, çox şirindir. Adamın yeməyi gəlir!" 
Halbuki uşaqları, sevgidən də olsa, öpüşlərə boğmaq heç də doğru deyil, hələ kənar adamların, yəni tanımadığımız kəslərin uşağımızı öpməsinə icazə vermək böyük bir səhvdir. “Tanımadığım biri uşağımı niyə öpsün?” deyə bilərsiniz, amma içimizdəki uşaq sevgisi, bizə hər şeyi etdirir. Gözəl bir körpə gördükdə, küçədə ya da hər hansı bir məkanda yanına gedib, maç deyə yanağına bir öpüş qondururuq. Bu davranışla tüpürcəkdə daşınan və son illərdə körpələri və kiçik uşaqları da təhdid edən “Öpüş Xəstəliyinə” yoluxdururuq."
Quru, xəstəliyin hərarət, linfa damarları, dalaqda və qaraciyər böyüməsinə səbəb ola biləcəyini qeyd edib. Körpə və uşaqlara öpüş xəstəliyi yaxın təmas ya da dodaqdan öpmə ilə yoluxur. Quru, infeksiya edən virusun tüpürcəklə keçdiyini qeyd edib.

Həkimlər həmçinin onu da qeyd edib ki,  «Bu uşaq dünya şipşirindir deyərək ağız və ağız ətrafından öpməyək. Ana və atalar yaxınlığı nə olursa-olsun, uşaqlarını yad insanların öpüşündən qorumalı və xəbərdar etməlidir. Bu xəstəlik birdən və ya yavaş-yavaş  istilik, baş ağrısı, titrəmə və iştahsızlıqla başlayıb, linfa damarlarında şişmə, şiddətli boğaz ağrısı ilə davam edə bilər. Virus, körpələrdə qızdırmanı 39-40 dərəcə qədər yüksəldə bilər.»

Müəllif: Tahirə 


Davamı →

Ana südünə təsir edən faktorlar

1 — Köp verən yeməklərdən qaçın (sarı meyvələr, mərci, xiyar, göy noxud, noxud, paxla, kələm, ispanaq).

2 — Körpədə köp olduqda ağlamağı normaldı. Sağlam bir körpənin bağırsağında ən az gündə 3 saat, həftədə üç gün və 3 həftə davam edən periodik köp olur.
Ümumiyyətlə, axşam saatlarında sağlam körpədə birdən-birə üzdə qızarma olur, dizlərini qarınına çəkmə ilə bərabər qışqırıq şəklində ağlama başlayır və bir neçə dəqiqə içində keçir.
Ağlamalar 2-3 saat davam edə bilər. Qaz çıxartmaqla ağrı yüngülləşə bilir. Köp ümumiyyətlə körpənin həyatının ilk və ya ikinci həftəsində başlayır. Altıncı həftədə şiddətlənir.
Körpələrin 25%- i gündə 3 saatdan çox ağlayır. 2-3- cü ayda, bəzən də 4- cü ayda özbaşına kəsilir. Bütün körpələr təxminən 20% — 30%- i köpdən sancı çəkir. Köp səbəbi ilə əlaqəli bəzi nəzəriyyələr yaradılıb.
Ardı →

Uşaqlara nə vaxt və hansı oyuncaqlar verilməlidir?

Yaşa görə seçilməyən oyuncaqlar uşaqlarda bir çox problemlər yarada bilər. Böyük əksəriyyətimizin evində körpə var, körpə olan evdə də sözsüz ki, oyuncaqlar da var. Bir çoxumuz uşaqlarımıza oyuncaq alarkən hər bir nüansa diqqət yetiririk, bəzilərimiz isə «oyuncaq olsun» fikrilə qarşımıza çıxanı alırıq. Bu günədək oyuncaqların zərərləri və xeyirləri barədə çox yazılıb. Biz isə qərara aldıq ki, oyuncaqların körpənin yaş dövrünə uyğun seçimi və düzgün seçilmədikdə övladımızda yaratdığı psixoloji və əqli problemlər barədə yazaq. Beləliklə,  budəfəki araşdırma oyuncaqların körpənin inkişafındakı önəmi və ziyanları barədədir.
Ardı →