Onlar da yeməz


Günlərin bir günü xəlifə Harun ər-Rəşid Bəhlul Danəndəyə şam yeməyi göndərir. Bəhlul yeməyi alıb itlərin qabağına qoyur.
Xörək gətirən :
– Xəlifənin sovqatını hansı əmirə aparsaydım sevinər və mənə hədiyə də verərdi. Amma sən onları itlərə verdin.
Bəhlul deyir :
– Astadan danış. İtlər eşitsələr ki, pay xəlifənin mətbəxindən gəlib onlar da yeməz.
Davamı →

Hər kəs öz odunu aparır

Günlərin birində Bəhlul Danəndə yoxa çıxır. Qardaşı xəlifə Harun ər-Rəşid hər yeri ələk-vələk etsə də, onu tapa bilmir. Bir müddət sonra Bəhlul Danəndə tapılır. Harun ər-Rəşid onu yanına çağıtdıraraq soruşur: «Ey Bəhlul, haralarda idin? Səni axtarmaqdan yorulduq».

Bəhlul cavab verir: «Evdə odunum qurtardığı üçün Cəhənnəmə odun gətirməyə getmişdim». Qardaşının xasiyyətinə yaxşı bələd olan Harun ər-Rəşid soruşur: «Bəs nə oldu? Odun gətirdin?».

Bəhlul kefini pozmadan cavab verir: «Yox, gətirə bilmədim. Orada odun da, alov da yoxdur. Hər kəs dünyadan gedərkən öz atəşini özü ilə aparırmış».
Davamı →

Ziyafət

Bəhlul Danəndə adəti üzrə Harunun təşkil etdiyi məclisə gəlir. Məclis iştirakçılarını salamlayaraq yuxarı başa keçir və şirin söhbətlər edir.
Az keçmiş sanki yuxuya dalırmış kimi, gözlərini yumub başını aşağı salır. Bir neçə dəqiqədən sonra gözlərini açıb gülümsəyərək ətrafdakılara nəzər salır. 

Harun məsxərə ilə ondan sonruşur: «Aman Allahım, de görək haralard…a oldun, nələri gördün?» Bəhlul özünü itrmədən deyir: «Əmirin taxt-tacı hər zaman yüksəklərdə olsun! Gözlərimi yumub xəyalımda özüm üçün dəbdəbəli taxt-tac, böyük imarətlər, xidmətçilər, fəth olunan böyük şəhər və kəndlər, sayı bilinməyən kənizlər təsəvvür etdim. Elə bir səltənət kimi dünyada tayı-bərabəri olmayıb».
Davamı →

Xeyir verənə xeyir, zərər verənə zərər

Padşaһ şikara çıxmaq istәyәndә Bәһlul ona bәrkdən gülür. Padşaһın ona acığı tutur. Әmr edir ki, onu öldürsünlәr. Kim öldürsün? Heç kәs. Cәllad da Bәһlulu öldürmәyi boynuna götürmür. Bir arvad padşaһa xәlvәtcә deyir:
– Mәn ona zәһәr verib öldürərәm, һeç kәs dә bilməz.
Padşaһ arvada afәrin söylәyib, yalandan Bәһlula da:
– Sәni öldürmәdim, günaһından keçdim, – deyir.

Padşaһ şikara gedir. Qadın zәһәrlә un yoğurub üç çörәk bişirir. Çörəklәri gәtirib Bәһlula verib deyir:
Davamı →

Elə isə əmrimdə müntəzir dur


Harun ər-Rəşid həmişə Şeyx Bəhlulu məclisinə çağırtdırıb, onun hazırcavablığından zövqlənib əylənərmiş. Günlərin bir günü xəlifənin vəzirlərindən biri ələ salmaq məqsədilə Bəhlula deyir:

– Muştuluğumu ver, Bəhlul! Əmirəlmöminin səni öküz və eşşəklərə sərkərdə təyin etmişdir.
Bəhlul deyir:
– Deməli, sən də mənim rəiyyətlərimdən birisən. Elə isə əmrimdə müntəzir dur!
Davamı →

Üç torpaq

Bir padşah öz vәziri ilә sәyahәtә çıxmışdı. Az getdilәr, çox getdilәr, gәlib bir yerə çıxdılar. Gördülәr Bәhlul Danәndә yolun qırağında oturub, qabağına da uç topa torpaq toplayıbdı.

Vәzir soruşdu:
– Bәhlul, bu torpağı nə üçün toplamısan?
Bəhlul cavab verdi:
– Bu torpaqları satıram. 
Vәzir mәәttәl qaldı, özü-özünә dedi: düz-dünya hamısı torpaqdı, görәsәn Bәhlul bu torpağı nә üçün satır.
Davamı →

Get, peyğəmbərliyini elə

Bir dəfə Bəhlul özünü peyğəmbər elan edir. Xəlifə bunu eşidib, Bəhlulu hüzuruna çağırtdırır və ondan xəbər alır.
– Sən kimsən?
– Mən peyğəmbərəm – deyə Bəhlul cavab verir.
– Peyğəmbər olduğunu sübut edən bir möcüzə göstərə bilərsənmi ?
– Bəli !
– Məsələn necə?
– Məsələn, mən adamın düşündüyü fikiri oxuya bilərəm?
Davamı →

Sən gördüyün yuxunu mən də görmüşəm

Günlərin bir günü xəlifə Harun ər-Rəşid yuxuda misli-bərabəri olmayan bir saray görür. Sarayın kimə məxsus olduğunu soruşduqda deyirlər: «Bu saray Bəhlulun sarayıdır».

Xəlifə saraya heyran qalır. Onu Bəhluldan almaq istəyir. Elə bu vaxt hökmdar yuxudan oyanır. Tez Bəhlulu axtarır, onu çölün düzündə tapır. Görür ki, Bəhlul palçıqdan oyuncaq evciklər düzəldir.

Harun ər-Rəşid Bəhluldan soruşur :
– Bunlar nədir?
Davamı →

Dəmir al, kömür al

Günlərin birində bir kişi Bəhlulun yanına gəlib soruşur:
— Bəhlul Danəndə, mən nə alım, nə satım ki, varlanım?
Bəhlul deyir:
— Get dəmir al, kömür al, vur anbara, üstünə də su səp.

Kişi Bəhlulun dediyi kimi edir. Üstünə su səpilmiş dəmirlə kömür qaldıqca ağırlaşır. Bir müddət keçir, kişi narahat olmağa başlayır. İstəyir ki, Bəhlulun yanına getsin, bu zaman qapısı döyülür. Məlum olur ki, qonşu padşahla müharibəyə hazırlaşan ölkə padşahına çoxlu dəmir və dəmiri əridib silah düzəltmək üçün kömür lazımdır. Kişinin dəmir və kömürünü padşahın adamları qızıl qiymətinə ondan alırlar. Kişi birdən-birə gözləmədiyi dərəcədə varlanır. Aradan xeyli keçir. Bir gün kişi imarətinin eyvanında oturub qəlyanaltı edən zaman görür ki, Bəhlul küçədən keçir. Tez adamlarına tapşırır ki, onu yanına gətirsinlər.
Davamı →

Xalq şairi Qabilin lətifələri

Azərbaycanın Xalq şairi Qabilin zarafatları, duzlu-məzəli lətifələri uzun illərdir xalq arasında gəzib dolaşmaqdadır. 

O, daha çox güldürməyi, gülməyi sevirdi. Baş verən hadisələrə özünəməxsus yanaşma tərzi istər-istəməz dodaqlara təbəssüm qondururdu.

Qabilə bu hörməti qazandıran onun zəngin yaradıcılığı ilə yanaşı, ötkəmliyi və cəsarət sahibi olmasıdır. 
Xalq yazıçısı İsmayıl Şıxlı onun haqqında lətifələri toplayaraq “Dostum Qabilin qəribə əhvalatları” adı ilə nəşr etdirib. 

Zaman keçəndən sonra şairin 90 illik yubileyi ərəfəsində ailəsində olan qəribə hadisələrlə bağlı oğlu Mahir Qabiloğlu da “Atam Qabilin qəribə əhvalatları” adlı kitab çap etdirib və bu kitablar xalq içində sevilə-sevilə oxunur.

Xalq yazıçısı İsmayıl Şıxlının Qabil haqqında yazdığı “Dostum Qabilin qəribə əhvalatları” kitabından:
Davamı →