Lətifələr

— Atacan, mənə tütək al!
  — Yox, oğlum, sən tütəyi mənim qulağımın dibində çalıb işləməyə mane olarsan.
  — Atacan, söz verirəm ki, yalnız sən yatanda çalaram.
                                                                         
                                                                                   * * *
  Ata böyük oğluna üç alma verib dedi:
  — Balaca qardaşınla qardaşcasına bölüşdür.
  — Qardaşcasına, yəni necə?
  — İkisini ona ver, birini özün götür. Adam nəyisə qardaşcasına böləndə həmişə özünə az götürər.
  — Ata, olmaz ki, almaları qardaşıma verəsən, o qardaşcasına bölüşdürsün?

                                                                                * * *
  Yan otaqdan uşağın ağlamaq səsini eşidən ana çığırdı: 
  — Nə istəyir verin, sakit olsun.
  Bir az sonra uşaq daha bərk qışqırdı. Ana yenə dedi:
  — Dedim axı, nə istəyir verin.
  Qulluqçu cavab verdi:
  — Bal arısı istəyirdi, tutub vermişəm, sancıb.

Ardı →

Həkim yumoru

1.  Məktəbdə tibbi müayinə zamanı həkim birinci sinif şagirdindən soruşur:
— Burun və qulaqlarından şikayətin var ?
— Var. Paltarımı geyinəndə mənə mane olurlar

2.  Diş həkiminin kabinetinin qarşısında lövhə:
Diş insana iki dəfə havayı verilir, üçüncü dəfə pul ödəmək lazımdır.

3.  Təcili yardıma zəng:
— Kömək edin! Mənim yoldaşım doğmağa başlayır !
— Bu onun ilk uşağıdır ?
— Başınız xarab olub, bu onun əridir.
Ardı →

Lətifələr :) (2)

Gülməli lətifələr:

1)Bir gün MameD görür ki, top atəşi açılır. MameD yaxınlaşır və 1 əsgərdən soruşur:
— Nəyə görə atəş açırsız?
Əsgər: Kraliça Elizabetta gəlir, ona görə.
Atəş yarım saat davam edir. MameD yenə soruşur:
— Yaxşı indi niyə atırsız ???
Əsgər: Dedim axı, kraliça Elizabetta gəlir.
MameD: Əşşi yarım saata bir arvadı vura bilmədiz?


Ardı →

Lətifələr :)

Sizlərə ən gülməli bildiyim bir neçə lətifəni yazmaq istədim.Belə ki;

1)Alo 103-dü?
-Bəli
-Ambulans var?
-Bəli var
-Bizdə də var yarışaq?
2)Oğlan:Sevgilim sən göydən düşmüş mələksən.
Qız:Ayyy çox sağol əzizim.
Oğlan:Amma baxan kimi bilinir ki,üzü üstə düşmüsən:))
3)Bir gün bir kişi psixoloqun yanına gəlir və deyir:


Ardı →

Evlilik

Bir gənc atasından soruşur: ”Ata evlənmək neçəyə başa gəlir?”
Ata cavab verir: ”Bilmirəm oğulum, mən hələ ödəyirəm.”

                                          ***

Bir dəvətdə bir qadın rəfiqəsindən soruşur:
”nişan üzüyünü səhv barmağına taxmısan?” Digər xanım cavab verir:
”Səhv barmağıma taxmamışam, səhv adamla evliyəm.”

                                          ***

Bir davadan sonra qadın ərinə qışqırır:
”Səninlə evləndiyim gün axmaq olmuşam.”
Kişi cavab verir: ”Düz deyirsən, əzizim, fərqinə varmamışam.”

                                          ***

Evliliyin ilk ilində kişi danışar qadın dinləyər,
Evliliyin ikinci ilində qadın danışar kişi dinləyər,
Evliliyin üçüncü ilində hər ikisi də danışar, qonşular dinləyər.
Davamı →

Əlişir Nəvainin lətifələri

Əlişir NəvaiTanınmış şair və sufi ustadı Əlişir Nəvai (1441 — 1501) zəmanəsinin nüfuzlu hökmdarı Sultan Hüseyn Bayqaranın (1438 — 1506) sarayında vəzirlik edirmiş.
Bir gün sultan ondan soruşur ki, dünyanın harasında ağcaqanad yoxdur.
Nəvai deyir:
— İnsanın olmadığı yerdə.
Vəzirini pis vəziyyətdə qoymaq və yanıldığını ona isbatlamaq üçün sultan ona ata minib, şəhər kənarına gəzintiyə getməyi təklif edir. Ucqar bir yerə gəlib çıxırlar. Bir hovur dincəlmək üçün bulaq başında oturduqları zaman bir neçə ağcaqanadın vızıltısı sultanın zəhləsini tökür. Qanı qaralan Hüseyn Bayqara istehza ilə Nəvaidən soruşur:
— Bəs deyirdin insan olmayan yerdə ağcaqanadlara rastlanmır?
Əlişir Nəvai soyuqqanlı şəkildə cavab verir:
— Yoxsa biz insan deyilik?!


Ardı →

Ağ qoyun, yoxsa qara?

   Bir nəfərin oğlu olur. Uşaq olmamışdan qabaq sən demə bu adam biri ağ rəngdə, digəri də qara rəngdə iki qoyun alıb qapısına bağlayıbmış ki, bəs övladı olsa bunları kəsəcək. Vaxt bitir, vədə çatır, qoyunları kəsmək zamanı yetişır. Kişi oturub fikirləşir ki, hansını birinci kəsim, axı qaranı birinci kəssəm ağ qoyun inciyəcək, yox əgər ağı birinci kəssəm qara inciyəcək. Çox fikirləşir, axırda kənd ağsaqqalının yanına gedir və əhvalatı ona danışır. Ağsaqqal bu işin çox qəliz məsələ olduğunu bildirib ona şəhər qazısına müraciət etməsini bildirir.
Ardı →

Molla Nəsrəddinin Avropa sərgüzəştləri | Ən qısa yol

İlk əhvalata haradan başlayıb, necə nəql edəcəyimə qərar verə bilmirəm. O səbəbdən hesab edirəm ki, bu tərəddüd ətrafında daha çox vaxt itirməkdənsə birbaşa mətləbə keçim və sizə ingilis torpağında alma ağacına dırmaşaraq alma yeməyimdən söz açım. Bu hadisə o vədə baş tutmuşdu ki, yorucu sərasər gəzintilərdən sonra mədəm ac, xurcunum boş idi. Halım xarablayıb, başım az qala gicəllənirdi ki, gördüm bir gözəl alma ağacı yolun kənarında ucalıb və mənə gəl-gəl deyir. Dərhal xurcunumu və əsamı ağacın böyründəki kolluğun dibinə qoyub, qalxdım onun başına. Yerimi ehmalca rahatladım, meyvələrdən aram-aram nuş eləməyə başladım. Bir azacıq keçmişdi, gördüm, yuxu mənə güc gəlir, mənim isə aşağı enməyə bilmərrə həvəsim qalmayıb. Beləcə, budaqların arasında uzandığım yerdə yuxuladım. Bir hovur mürgü döymüşdüm ki, bir dişlək alıb unudaraq əlimdə saxladığım alma diyirlənib budaqlardan atlana-atlana düşdü aşağı. Mən nəsə qiymətli bir şeydən mərhum olmuş kimi dərhal onun arxasınca boylandım və gördüm ki, tappıltı ilə meyvə ağacın dibində peyda olmuş bir gəncin başına dəydi. Cəld aşağı endim və bu cavan oğlanın halına acıya-acıya üzrxahlıq elədim:

Ardı →

Ən maraqlı lətifələr

— Ata, gəlmişəm səninlə yatam!
— Tək yatmaqdan qorxursan?
— Yox, yaxşı yuxular görürdüm, istədim sən də görəsən.
— Nə görürdün?
— Görürdüm mənə velosiped almısan!


-*-


— Məmməd, «pişik» və «bax» sözlərini cümlədə işlət!
— Mən görmədim, pişiyin ayağını basdaladım, o da miyoldayıb dedi:- Korsan? Ayağının altına bax, da…


Ardı →