Gülməli lətifələr


1. Dərsdə müəllim soruşur:
Gözlüklü ilanlar hansı sinifə aiddir?
Şagirdlərdən biri cavab verir
zəif görənlər sinifinə.

2. Müəllim dərsdən çıxandan sonra uşaqlardan soruşur:
Uşaqlar nə demək lazımdır?
Uşaqlar deyir şükür ALLAHA
Ardı →

Maraqli lətifələr

Gəzməyə çixmiş ər ilə arvad dəniz sahilinə çatanda arvad ərinə deyir:
-Ay kişi ,yadındadırmı on beş il əvvəl mən bax,mən bax burada suya düşüb boğulurdum.Sən məni xilas etməsəydin indiyə kimi sümüklərim də çürümüşdü.
kişi dərindən ah çəkib cavab berdi:
-Yadimdadir ,o vaxt camaat dayanıb baxdıqı halda bilmirəm mən niyə zirəklik etdim???
Ardı →

Maraqlı lətifələr

— Həkim ,düzünü deyin, sizin bu müalicəvi dərmanların hər hansı bir xeyri olurmu?
— Əlbəttə, bu yaxınlarda oğluma villa aldım, qızıma da ev tikdirirəm...

***

Ərlə arvad boşanır. Anasının evinə yığışan arvad deyir:
— Anacan, mən çıxan kimi partlayış səsi gəldi!
Necə fikirləşirsən, o özünü öldürdü?
— Məncə bu şampanın açılış səsi olub.
Ardı →

Seyid Əzim Şirvaninin lətifələrindən

Lətifə 1
Bir gün bir xan məclisdə dedi ki, hər kim öz övrətindən narazıdırsa, ayağa dursun. Hamı qalxdı, ayağa durdular, məgər şəxsi ki, qalxmadı. 
Xan dedi: — Ey şəxs, məgər sən övrətindən razısan ki, ayağa qalxmadın? 
O cavab verdi ki, yox sənə fəda olum, bu gün övrətim qıçıma belə vurubdur ki, qıçım şikəst olubdur. O səbəbdən qalxmadım.


Ardı →

Molla Nəsrəddin lətifələri...


QONAQLIQ ŞƏRTLƏRİ



Bir gün qonşuları mollaya bir qonaqlıq verdirmək istəyirlər. Bir qış gecəsi yığışıb mollanın yanına gəlirlər. Oradan-buradan söhbət açırlar, axırda mətləb üstünə gəlib deyirlər:
— Molla, bir şərtimiz var, əgər yerinə yetirdin, biz sənə bir qonaqlıq verəcəyik, yox, şərti yerinə yetirmədin, sən bizə qonaqlıq verməlisən.
Molla soruşur:
— Deyin görüm, o necə şərtdir? Mənim əlimdən gəlməyən iş olmaz.
Deyirlər:
— Bu gecə səhərə qədər şəhər meydançasında dayanarsan. Heç bir dalda yerə girməzsən. Heç yerdə qızışmazsan. Bu şərti yerinə yetirmək hər igidin işi deyil. Biz daldadan tamaşa eləyəcəyik. Bu şərti yerinə yetirə bildin, biz sənə qonaqlıq verəcəyik, yetirə bilmədin, sən bizə qonaqlıq verməlisən.
Molla meydançada səhərə kimi dayanmalı olur. Səhər tezdən molladan soruşurlar:
— Gecəni necə keçirdin?
Molla deyir:
Ardı →

Duzlu lətifələr

Təməl ölüm yatağında idi. Halallıq almaq üçün arvadı Fatiməni yanına çağırdı:
— Fatimə, xidmətçi qızla sevişib səni aldatmışam...Məni bağışla.
Fatimə cavabında:
— Bilirəm ay kişi, səni boşuna zəhərləmədim ki!
Ardı →

Məzəli lətifələr

1.Bir narkoman kilsəyə gəlib orda yanan şamlari söndürməyə başlayir.Bunu görən keşiş qaçaraq gəlib şamlari yandirir.Narkoman keşişi itələyib deyir:Sən nə edirsən bu gün mənim ad günümdü.

2. Təzə ərə getmiş qadin üz gözü qaralmiş halda ailə həkiminin yanina gəlir.Həkim deyir:Bildiyimə görə sizin əriniz səyahətdədi axi.Bəli,mən də elə bilirdim...


3. Bir nəfər televiziya kanalına məktub yazır: «Sizdən xahiş edirəm. Xəbərlər vaxtı ekranın altında heç bir reklam yazısı yazmayın. Arvadım elə bilir karaokedir.    


Ardı →

Gülməli statuslar

  • Ən böyük icad copy-paste prinsipidi məncə,elə burda da çoxsu ondan istifadə edir.Ən böyük icad copy-paste prinsipidi məncə,elə burda da çoxsu ondan istifadə edir.Ən böyük icad copy-paste prinsipidi məncə,elə burda da çoxsu ondan istifadə edir.

  • Ev telefonu ilə danışarkən “hardasan?” sualını verən insanlar məncə seçilmiş insanlardır.

  • Mən heyvanları çox sevirəm.Məsələn,yolda it görəndə hürkməsin deyə yolumu dəyişdirirəm.Bax belə insanam!

  • Hakimlik sınağından keçmədiyinə görə ağlıyan tanışıma “göz yaşlarına belə hakim olmursan” dedim.Artıq tanış deyilik.

Ardı →